Avropa şurasi (AŞ pa)


- Orada seçilmiş hakimiyyət var



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə58/60
tarix06.01.2022
ölçüsü0,54 Mb.
#51039
1   ...   52   53   54   55   56   57   58   59   60
Avropa Şurası

- Orada seçilmiş hakimiyyət var. 

Hansı hakimiyyət? Siz hansı hakimiyyəti nəzərdə tutursunuz? 

Prezidenti, Parlamenti nəzərdə tuturam.  

- Bu ərazidə heç bir qanun işləmir. Heç bir beynəlxalq təşkilat orada monitorinq keçirə bilmir, adi silahlar 

haqqında müqavilə orada qüvvəyə malik deyil, oradakı tankların və  hərbi texnikanın sayı Azərbaycanda və 

Ermənistanda olduğundan xeyli çoxdur. Nəyə görə? Buna görə  də o tanınmamışdır, yəni o, sanki dünyada 

yoxdur, amma eyni zamanda o var və qeyri-sabitlik ocağıdır. Axı, siz heç bir erməninin heç vaxt yaşamadığı 7 

rayonun işğal olunması faktını inkar etməyəcəksiniz. Siz bu suala cavab vermək istəmirsiniz? Mən isə burada 

sizə bu sualı verirəm və cavab alıram ki, bəli,  ərazi işğal edilmişdir, bir milyon insan çadırlarda yaşayır, 

ərazimizin 20 faizi işğal olunmuşdur. Bəs Ermənistan nə deyir? Deyir ki, biz ərazini işğal etmişik və ona görə 

də güc mövqeyindən danışırıq. 

Dünya daha o dünya deyil, dünya dəyişmişdir.  İndi güc mövqeyindən danışmaq mümkün deyildir, siz 

mənim sözlərimi yadda saxlayın, Ermənistanın vəziyyəti  getdikcə  ağırlaşacaq, bu cür qəsbkarlıq siyasətini 

aparmaq onun üçün daha çətin olacaqdır. Nə baş vermişdir?  Əlbəttə, münaqişə  nəticəsində Azərbaycan zərər 

çəkmişdir. Rayonlar dağıdılmışdır, insanlar ağır  şəraitdə yaşayırlar. Amma iqtisadi inkişafa dair beynəlxalq 

statistikanı,  ən başlıcası isə, Ermənistanla Azərbaycanın perspektivlərini müqayisə etsək, görərik ki, onların 

arasında uçurum dərinləşir. İndi Azərbaycanın təkcə valyuta ehtiyatı 1 milyard dollardır. 

Ermənistan  əsasən diasporun və ABŞ Konqresinin yardımı hesabına dolanır.  Əhalinizin yarısı köçüb 

getmişdir. Bu, faktdır. Ermənistanda 1,5 milyon, Qarabağda 100 mindən az adam yaşayır və bu proses davam 

edir. Bəs sonra nə olacaq? Bir şeyi başa düşün: Azərbaycan bu cür vəziyyətlə heç vaxt razılaşmayacaqdır. Vaxt 

ötəcək, onda gec olacaqdır. Bu gün Ermənistan regional layihələrdən tamamilə təcrid olunmuşdur. Bütün neft və 

qaz kəmərlərinin çəkilməsi üçün iqtisadi cəhətdən  ən sərfəli yol Ermənistandandır, amma bunlar oradan yan 

keçir. Başqa regional layihələr də var. Bəs sonra nə? Siyasətçilər çox vaxt bugünkü məsələlərin həlli ilə məşğul 

olurlar, halbuki, onların vəzifəsi öz xalqı barəsində çox-çox illər qabaqcadan düşünməkdən ibarətdir. Açığını 

deyəcəyəm, sizdə perspektiv barədə düşünən siyasətçilər görmürəm. 


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin