TƏDQİQAT İŞİ
MÖVZU
Birinci Dünya müharibəsi illərində hərbi-siyasi koalisiyaların tərkiblərinin dəyişməsi
Ad: Vüqar
Soyad: Cəfərov
İxtisas: Tarix
Kurs: III
Qrup: 1090
Fənn: Yeni Tarix
Müəllim: Rövşən Hətəmov
«Biz hazırıq, və indi, nə qədər tez, o qədər bizim üçün yaxşı»
Helmut fon Moltke
1 iyun, 1914
Bildiyimiz kimi, I Dünya müharibəsi ilk geniş maştablı nüharibə idi. İki böyük hərbi koalisiya – Antanta və Üçlər ittifaqı, bir-biri ilə qarşı-qarşıya gəldi. Müharibəyə səbəb Almaniyanın yeni müstəmləkələr əlda etmək istəyi idi ki, zəif ölkələri özünə tabe edə bilsə də, İngiltərə və Fransa öz müstəmləkələrini heç zaman güzəştə getməzdilər.
Antanta
XX əsrin əvvəllərində Fransa ilə Böyük Britaniya arasında yaxınlaşma başladı. Almaniyanın güclənməsi bu yaxınlaşmanın əsas səbəbi idi. Fransa və İngiltərə müstəmləkələrlə bağlı ziddiyyətlərdə razılığa gəldi və 1904-cü ildə Antanta adlanan saziş imzaladı. Bu saziş Fransanın vasitəçiliyi ilə İngiltərə və Rusiyanın barışmasına da şərait yaratdı. 1907-ci ildə İngiltərə və Rusiya arasında müqavilənin bağlanması ilə Antanta ittifaqının yaranması başa çatdı. Antantaya bu dövlətlərdən başqa, onların dominionları da daxil idi. Məsələn: Avstraliya, Kanada, Yeni Zelandiya, Britaniya Hindistanı
Üçlər İttifaqı
Bismark tarazlığı qorumaq üçün müxtəlif dövlətlərlə ittifaqlar qururdu. 1879-cu ildə Avstriya-Macarıstanla müqavilə bağlandı. 1882-ci ildə İtaliya da bu ittifaqa qoşuldu və “Üçlər ittifaqı” yarandı. Müxtəlif mənafeləri olan dövlətlərin bir ittifaqda birləşdirilməsi Bismarkın diplomatik ustalığını göstərirdi. Onun imperatorla fikir ayrılığına görə 1890-cı ildə istefasından sonra Almaniya dünya miqyasında imperialist siyasətini gücləndirdi. Bu isə onun rəqibləri olan Fransa, Rusiya və İngiltərənin yaxınlaşmasına səbəb oldu. 1890-cı illərin birinci yarısında Fransa və Rusiya ittifaq müqaviləsi imzaladı. Bununla da, Bismark tərəfindən həyata keçirilən Fransanın təcridedilmə siyasətinə son qoyuldu.
Yaranan zaman Üçlər ittifaqına 3 dövlət, Avstriya-Macarıstan, Almaniya və İtaliya daxil idi. Osmanlı müharibənin əvvəlində bir tərəf qalsa da, almanların boğazlardan istifafə etməsinə icazə vermişdi. Dənizdən almanlar tərəfindən atəşə tutulduğunu görən Rusiya Osmanlıya müharibə elan etdi, sonra İngiltərə və Fransa da Osmanlıya müharibə elan etdi. Belə olduğu halda Osmanlı Üçlər ittifaqına daxil oldu. İttifaq artıq Dördlər ittifaqına çevrildi. İttifaqa sonra Bolqarıstan da daxil oldu. Əslində Osmanlının müharibəyə qoşulmasını hər iki tərəf istəyirdi, çünki İngiltərə, Fransa, Rusiya Osmanlını bölmək haqqında gizli sazişlər imzalamışdırlar, İtaliya ilə də belə bir saziş imzalanmışdı. Osmanlının Sarıqamışdakı məğlubiyyəti Osmanlının müharibədə məğlub olacağının əsasını qoydu.
Digər bir məsələ İtaliyanın Üçlər ittifaqını tərk edib Antantaya qoşulması idi. İtаliyа Üçlər ittifаqının üzvü оlsа dа, mühаribəyə girməyə tələsmir, özünə əlvеrişli şərtlər ахtаrırdı. Аvstriyа-Mаcаrıstаn İtаliyаyа Frаnsаnın Аrаlıq dənizi sаhilini, Kоrsikа və Tunisi təklif еdə bilərdi. Аncаq İtаliya əhаlisinin əksəriyyəti аvstriyаlılаr оlаn Tİrоlu tələb еdirdi ki, bunа dа Аvtsriyа-Mаcаrıstаn rаzılаşmırdı. Аntаntа isə İtаliyаyа həm Tirоlu, həm də Triеsti və Аdriаtik dənizinin şərq hissəsini vəd еdirdi. Аprеlin 26-dа müvаfiq müqаvilə bаğlаndı və bir аy sоnrа İtаliyа Аntаntаnının tərəfində mühаribəyə bаşlаdı. İtаlyаn qоşunlаrının hücumu о qədər də müvəffəqiyyətli оlmаdı və аrtıq iyuldа İtаliyа cəbhəsində də mühаribə mövqе xarakteri аldı. İtаliyаnın mühаribəyə qоşulmаsının əsаs fаydаsı Аvtsriyа-Mаcаrıstаnın 10-12 diviziyаnı şərq cəbhəsindən götürüb İtаliyа cəbhəsinə göndərməsi оldu. Antanta qalib olsa da Italitaya heç bir vəd edilmiş ərazi vermədi. Maraqlısı budur ki eyni hadisə (Ittifaqı atıb, düşmən tərəfinə keçilməsi) II dünya müharibəsi zamanı da baş vermişdi. Italiyanın Üçlər ittifaqına qarşı çıxması alman diplomatiyasının məğlubiyyəti idi. Bunun əvəzini çıxmaq üçün Almaniya öz tərəfinə Bolqarıstanı çəkdi, beləliklə az da olsa İtaliyanın satqınlığının əvəzini çıxdı. Birləşmiş Avstriya-Macarıstan və Bolqarıstan qoşunları Serbiya qoşununu darmadağın etdi. Dördlər ittifaqı artıq Almaniya, Avstriya-Macarıstan, Osmanlı və Bolqarıstandan ibarət oldu.
Hələ müharibə başlamamışdan qabaq İngiltərə Yaponiya ilə müqavilə bağlamışdı. 1914-cü ildə Yaponiya Antanta tərəfindən çıxış etdi. Lakin bu o qədər də müharibənin gedişinə təsir göstərmədi. 1916-cı ildə Yunanıstan Antanta tərəfindən müharibəyə qoşuldu. Bu Antantaya ingilis-fransız qoşunun Yunanıstanda, Osmanlı sərhədinin çox yaxınında çıxarılmasına şərait yaratdı. Sonra Rumınya da müharibəyə Antanta tərəfindən qoşuldu. Lakin müharibənin taleyinin həll olunmasında son nöqtəni Amerikanın müharibəyə Antanta tərəfindən qoşulması oldu. İngiltərə donanma-sı tərəfindən blokadaya alınan Almaniya iqtisadi cəhətdən böyük zərər gördü. Blokadaya cavab olaraq alman sualtı qayıqları düşmən dövlətlərin hərbi və mülki gəmilərini batırmağa başladılar. 1917-ci ildə Almaniya sualtı döyüşləri gücləndirdi. Bununla o, İngiltərənin təslim olacağını düşünürdü. Lakin ticari mənafeyi zərər görən və vətəndaşları öldürülən ABŞ bitərəflikdən imtina edərək Almaniyaya müharibə elan etdi. Amerika müharibə gedişi boyu çoxlu sayda faizli kredit vermişdi. Bu kreditlər hesabına Amerikanın iqtisadiyyatı çox irəlilədi, müharibədən ən çox gəlir götürən Amerika oldu. Müharibəni öz mənafeyi üçün istifadə edən digər bir ölkə Yaponiya idi. Baxmayaraq ki, Yaponiya Antanta tərəfindən müharəbiyə elə ilk zamanlardan qoşulmuşdu, Üçlər ittifaqına qarşı heç bir hərbi əməliyyat aparmırdı. Çinlə müharibə aparıb çindən ərazilər əldə etmişdi. Əlavə olaraq, Amerika kimi bəzi ölkələrə kredit vermişdi.
Başqa bir məsələ Rusiyanın separat sülh bağlayıb müharibəni bitirməsi idi. Rusiya müharibə zamanı pis vəziyyətə düşmüş, iqtisadiyyatı çökmüşdü. 1917 fevral hadisələrindən sonra vəziyyət daha da gərginləşmişdi. 1917-ci ilin oktyabrında çevriliş edərək hakimiyyəti ələ keçirən bolşeviklər Almaniya və onun müttəfiqləri ilə Brest-Litovsk sülh müqaviləsi (3 mart 1918-ci il) imzaladılar. Rusiyanın separatist sülh imzalaması Antantanı hiddətləndirdi. Lakin Rusiyanın çıxması o qədər də bir şeyi artıq dəyişdirmirdi. Müharibə bitmək üzərə idi. Rusiya separat sülh imzalamaqla özünü qalib gəlmişlər sırasından məhrum etdi. Əgər Rusiya davam etsəydi necə olardı? Məncə müharibə Türkiyə üçün daha da ağır bitərdi, Rusiya isə yeni ərazilər əldə edərdi.
1918-də artıq Dördlər ittifaqı zəifləmişdi. Onların blokadaya alınması iqtisadiyyatı pis vəziyyətə salmışdı. Əlavə qüvvələrinin olmaması və texniki gerililik nəticəsində Dördlər İttifaqı məğlub oldu. 1918-ci ilin sentyabrında Bolqarıstan, oktyabrda Osmanlı imperiyası, noyabrın 3-də Avstriya-Macarıstan təslim oldu. 11 noyabrda Almaniya Kompyen meşəsində təslim olmaq haqqında müqavilə imzaladı. Beləliklə, Avropa tarixi üçün fəlakətlə nəticələnən müharibə başa çatdı. Avropanın sosial və iqtisadi həyatı böyük zərər gördü. Dünya iqtisadiyyatı və siyasətində Avropanın üstünlüyü zəifləməyə başladı. Üçüncü dünya dövlətləri meydana çıxdı. Amerikanın nüfuzu çox artdı. Antanta qalib koalisiya kimi olsada onun tərkibində olan dövlətlərin iqtisadiyyatı zəifləmiş, ölkələrdə vəziyyət pisləşmişdi. Əslində müharibənin əsil qalibi Amerika idi.
Sonda belə bir nəticəyə gəlmək olar ki, I dünya müharibəsində tərəflər daha çox öz mənafeləri üçün vuruşurdu, vahid bir müdafiə koalisiyası kimi deyil.
● İngiltərnin müharibəyə qoşulmasının səbəbi Avropada ağalıq etmək istəməsi idi. Buna Almaniya maneə olurdu çünki çox güclənmişdi. İngiltərə Almaniyanın güclənməsinin qarşısını almaq və yeni torpaqlar, yeni müstəmləkələr əldə etmək üçün müharibəyə qoşulmuşdu. Həmdə İngiltərə Almaniyanın 1899-1902 ci il ingilis-bur müharibəsində burları dəstəkləməsini bağışlaya bilmirdi.
● Fransanın müharibəyə qoşulmasının səbəbi onun Almaniya ilə həmsərhəd olması idi, beləki, Almaniya güclənməkdə idi və bu Fransa torpaqları üçün təhlükə idi. Bundan əlavə 1870-ci il frank-prus müharibəsindəki məğlubiyyətinin əvəzini çıxmaq istəyirdi.
● Rusiyanın müharibəyə qoşulmasının səbəbi Aralıq dənizində azad hərəkət istəməsi, Dardanel boğazına nəzarət etmək istəyi, Almaniyanın Avropada hegemoniyasına və Avstriya-Macarıstanın Balkana girməsi idi. Əlavə olaraq Rusiya bütün balkanlarda yaşayan slavyanların protektoru olmaq istəyirdi.
● Osmanlının müharibəyə qoşulmasının səbəbi Balkan müharibələri zamanı itirilmiş əraziləri geri almaq, parçalnmaqda olan dövləti müharibə qarşısında milli birlik yaradaraq parçalanmağa qoymamaq idi.
● Avstriya-Macarıstanın müharibəyə qoşulmasının səbəbi etnik problemlər səbəbi ilə Avropada münaqişə ocağı olmasına son qoymaq, Rusiyanın balkanlarda bütün slavyanların protektoru olmasının qarşısını almaq, Bosniya krizisi zamanı 1908-ci ildə Bosniyadan və Hersoqovinyadan tutduğu əraziləri əlində saxlamaq idi.
●Almaniyanın müharibə başlatmasının səbibi yeni ərazilər əldə etmək, Avropada hegemoniyaya sahib olmaq, Antantanı özünün Almaniyanın gücünü zəiflətmək üçün yaradılan bir koalisiya kimi görməsi, yeni ərazilər tutmaq yolunda İngiltərəni və Fransanı məğlub etmək istəyi idi.
● Bolqarıstanın müharibəyə qoşulması səbəbi Balkanlarda möhkəmlənmək və Serbiyanı əzmək, ikinci Balkan müharibəsində itirdiyi əraziləri geri almaq, 1913-cü məğlubiyyətinin əvəzini Yunanıstan və Serbiyadan çıxmaq idi.
● İtaliyanı müharibəyə qoşulması səbəbi yeni ərazilər əldə etmək, Antantaya qoşulmaqla çox rahat ərazi tutmaq istəyi idi.
Hər il demək olar ki koalisiyalarda yeni dəyişikliklər baş verirdi. Yeni dövlətlər müharibəyə qatılırdı. Türkiyə Antanta tərəfdən müharibəyə qatılsaydı necə olardı, və ya İtaliya satqınıq etməsəydi necə olardı? Məncə Türkiyə Üçlər ittifaqı tərəfindən müharibəyə qatılması onun ən böyük uğursuzluğu idi. Müharibənin nəticələri o qədər ağır oldu ki, Türkiyənin bir dövlət kimi varlığı sual altında qaldı. Bəlkə Antanta tərəfindən qatılsaydı tamam fərqli bit nəticə əldə edərdi. İtaliyanın Üçlər ittifaqını tərk edəcəyi müharibənin başından aydın idi. Fəal iştirak etmək istəmirdi. İtaliya Antanta tərəfindən qoşulsada qalib dövlət hesab edilmədi və heç bir ərazi onlara verilmədi. Hərbi koalisiyalarda baş verən dəyişikliklər dövlətlər arası əlaqələr çox təsir etdi. Burada mən kimlərin qatıldığını və ya çıxdığını, nə məqsədlərlə qatıldığını az da olsa tədqiq etməyə çalışdım.
Dostları ilə paylaş: |