Plan: Azərbaycanda ibtidai icma cəmiyyəti və onun mərhələləri.
Azərbaycanda erkən dövlət qurumları. Manna dövləti.
Atropatena dövləti, onun sosial-iqtisadi və siyasi həyatı.
Alban çarlığı.
Azərbaycanda ibtidai icma cəmiyyəti və onun mərhələləri.
Dünyada ilk insan qalıqları Şərqi Afrikada (Keniya, Tanzaniya) tapılmış, 2-3 mln., Azərbaycanda ibtidai insanın (Qarabağda Azıx, Tağlar, Kəlbəcərdə Zar, Naxçıvanda Qazma, Qazaxda Daşsalahlı, Damcılı, Lerikdə Buzeyir mağaraları) isə 1,5 mln. il b.ə. yaşadığı müəyyən edilmişdir.
İbtidai-icma cəmiyyəti şərti olaraq üç dövrə bölünür: Daş dövrü, Tunc dövrü və Dəmir dövrü.