Azərbaycan tariXİ (ən qədim zamanlardan–xxi əsrin əvvəllərinədək) I mövzu: azərbaycan qəDİm dövrdə


Erkən Tunc dövrü e.ə. IV minilliyin 2-ci yarısından III minilliyin sonuna qədər



Yüklə 393,13 Kb.
səhifə6/153
tarix02.01.2022
ölçüsü393,13 Kb.
#39328
1   2   3   4   5   6   7   8   9   ...   153
C fakepathmuhazire tarix (3)

Erkən Tunc dövrü e.ə. IV minilliyin 2-ci yarısından III minilliyin sonuna qədər davam etmişdir. Bu dövrə Azərbaycanda Kür-Araz mədəniyyəti səciyyəvidir ki, bu da Qarabağda, Naxçı­vanda, Xaçmazda, Qazaxda, Şəmkirdə, Qobustanda, Urmiya əra­zisində və b. bölgələrdə tapılmış zəngin materiallar əsasında tədqiq edilmişdir. Yaşayış məskənləri bəzən 3-5 ha çatırdı, çay kənarında, düşməndən müdafiə olunmaq üçün əlverişli yerlərdə salınırdı, ətrafına müdafiə divarı çəkilirdi. Bunlar Füzuli rayonunda, Təbriz yaxınlığında, Urmiya gölü ətrafında öyrənilmişdir. Evlər dairəvi formada, bünovrəsi daşdan, divarları çiy kərpicdən, bəzi bölgələrdə çubuqdan hörülüb suvanmış daxmalar və yarımqazma evlər formasında tikilirdi. Dini ayinlər üçün ibadətgahlar tikilmişdir. Xaçmaz rayonunda Sərkərtəpə yaşayış məskənində dairəvi planlı böyük ibadət evi aşkar edilmişdir. Belə ibadət evləri Qazax rayo­nunda Babadərviş və Naxçıvan yaxınlığında Kültəpə yaşayış yerlə­rində də vardır.


Yüklə 393,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin