Azərbaycan tariXİ (ən qədim zamanlardan–xxi əsrin əvvəllərinədək) I mövzu: azərbaycan qəDİm dövrdə


Tunc dövrünün sonu. Erkən Dəmir dövrü. İbtidai icma quruluşu dağılmağa başlayır



Yüklə 393,13 Kb.
səhifə9/153
tarix02.01.2022
ölçüsü393,13 Kb.
#39328
1   ...   5   6   7   8   9   10   11   12   ...   153
C fakepathmuhazire tarix (3)

Tunc dövrünün sonu. Erkən Dəmir dövrü. İbtidai icma quruluşu dağılmağa başlayır. Bu dövr e.ə. XIV-XII əsrləri əhatə edir. Erkən (ilk) Dəmir dövrü e.ə. XI-VIII əsrləri əhatə edir. Azərbaycanda yaşayış məskənləri, qəbir abidələri (kur­qanlar, daş qutular, torpaq qəbirlər) və müdafiə tikililəri, siklopik (siklop-təpəgöz, siklopik-böyük ölçülü tava daşlarından hörülmüş qalaçalar-təpəgözlər tikmişlər) qalalar tədqiq edilmişdir. Yaşayış və təsərrüfat binalarının bünövrəsi çay daşları və ya qaya parçalarından qoyulur, divarları çiy kərpicdən hörülürdü, ətrafına müdafiə divarları çəkilirdi. Bu dövrdə sənətkarlıq daha məhsuldar inkişaf etmiş, qonşu ölkələrlə mübadilə və ticarət əlaqələri genişlənmişdi. Möhkəm keyfiyyətli dəmirin kəşfi, ondan hazırlanan əmək alətləri və silahların yaranması, əmək alətlərinin təkmilləşməsi, tayfa ittifaqlarının daha da güc­lənməsi, tayfa başçısının hakimiyyətinin qüvvətlənməsi, dini və hərbi rəhbərliyin onların əlində toplanması, bu şəxslərin ilahiləş­dirilməsi təd­ricən ibtidai icma quruluşunun dağılması, sinifli cəmiyyətin yaran­masına gətirib çıxardı. İri suvarma kanalları çəkilmişdir. Əkinçilikdə buğda, arpa, darı və s. bitkilər becərilir, taxıl tuncdan və dəmirdən hazır­lanmış oraqlarla biçilir, taxıl vəllərlə döyülür, dən daşlari ilə üyü­dülürdü. Üzümçülük və şərabçılıq inkişaf etmişdir. Dulusçuluq əmək fəaliyyətində xüsusi yer tuturdu. Saxsı qabların istehsalında ayaq­la hərəkətə gətirilən dulus çarxından istifadə olunurdu. Metalişləmədə ustalar zərbetmə, oyma, lehimləmə, həkketmə (qravüra) üsulları ilə qızıl və gümüşdən zinət əşyaları hazırlamışlar. Toxuculuq, sümükiş­ləmə, daşişləmə, ağacişləmə, gön-dəri emalı və b. sənət sahələri də əhəmiyyət kəsb edirdi. Sənətkarlar içə­risindən sənətkar-tacirlər qrupu ayrılmışdır. Tayfa başçısının hakimiyyətinin qüvvətlənməsi, dini və hərbi rəhbərliyin onların əlində toplanması bu şəxslərin ilahiləş­dirilməsinə gətirib çıxarırdı. Belə tayfa başçıları öləndən sonra ona sitayiş olunur, onların xatirəsini əbədiləşdirmək üçün kurqanlar ucaldılırdı. Bəzən tayfa başçısının arvadını, kənizlərini və qulluq­çularını öldürüb onunla birlikdə dəfn edir, sahibi ilə birlikdə atlarını da basdırıdılar. Atları yüyənli-cilovlu, müxtəlif əşyalarla bəzədilmiş halda qəbirə qoyur­du­lar. Bu, axirət dünyasına inam idi.

Azərbaycan Assuriya ilə geniş ticarət əlaqələri saxla­yırdı. Azərbaycanda Assuriyada istehsal olunmuş şirli gil qablar, silindrik möhürlər, silahlar, bəzək şeyləri tapılmışdı. Xocalıda üzərində mixi xətlə Assuriya padşahının (Adadnirari) adı yazılmış muncuq tapılmışdır. Su yolları ilə ticarət əlaqələri çay (Kür-Araz) və dəniz (Xəzər) vasitəsilə yaradılırdı. Qobustan qaya­larında həkk olunmuş müxtəlif gəmi təsvirləri buna sübutdur.




Yüklə 393,13 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin