Azərbaycan tariXİ (ən qədim zamanlardan–xxi əsrin əvvəllərinədək) I mövzu: azərbaycan qəDİm dövrdə


Azərbaycanda erkən dövlət qurumları. Manna dövləti



Yüklə 393,13 Kb.
səhifə11/153
tarix02.01.2022
ölçüsü393,13 Kb.
#39328
1   ...   7   8   9   10   11   12   13   14   ...   153
C fakepathmuhazire tarix (3)

2.Azərbaycanda erkən dövlət qurumları. Manna dövləti.

E.ə. III-II minillikdə Urmiya gölü ətrafında lullubi, kuti, su, turukki, Arazdan şimalda Naxçıvan və Mil-Qarabağ ərazilərində naxç, gərgər tayfaları və s. yaşamışlar.

Aratta dövləti Azər­­baycanın e.ə. III minilliyin I yarısında siyasi tarixində mü­hüm rol oynamışdı. E.ə. III minilliyin II yarısında Azər­baycanın cənubunda-Urmiya gölündən cənubda yaşayan Lul­lubi tayfası e.ə. XXIII əsrdə dövlət qurumuna çevrilmişdi. Kutilər Urmiya gölündən qərbdə və cənub-qərbdə yaşamışlar, e.ə. III minilliyin II yarısında Kuti (Kutium) dövlət qurumunu yaratmışdılar. Mesopotamiya 100 ilə yaxın kutilərin hakimiyyəti al­tında qaldı. Kuti dövlətinin sərhədləri şimalda Urmiya gölünün qərbindən cənubda İran körfəzinə qədər uzanmışdı. Kutilərdə Şu­merdə və Akkadda olan idarə sistemi idi, ölkə canişinlər vasitəsilə idarə olunurdu. Kutilər və hökmdarları türk mənşəli idilər. E.ə. III minilliyin sonunda (e.ə. XXII əsrin axır­larında) Kuti və Lullubi dövlətləri süquta uğrayaraq xırda vila­yətlərə parçalandılar.

Turukkilər Urmiya gölünün cənubunda yaşamışlar, Kuti və Lullubi dövlətlərinin tərkibinə daxil idilər. Bunlar süquta uğra­dıq­dan sonra turukki tayfaları müstəqil siyasət yürüdürdülər. Onlar Me­so­potamiyaya daxil olmuşlar. Aşağı Zab çayının (Dəclə çayının qolu) yuxarı axarında yerləşən ərazilərə gələnlər (kutilər, lullubilər və turukkilər) burada yaşayan tayfalarla ünsiyyətə girərək, həmin torpaqlarda məskunlaşmışlar. E.ə. II minil­liyində qədim Azərbaycan tayfaları tutukkilər, lullubilər, kutilər və şubarlar Assuriyanın işğalçılıq siyasətinə qarşı çıxmışlar. Qədim Azər­baycan tayfalarının vahid dövlət halında birləşməsi zəruri idi.


Yüklə 393,13 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin