E.ə. VII əsrin I rübündə Qara dəniz sahillərindən hərəkət edərək Qafqaz ərazisindən keçən kimmer, skif və sak tayfaları Mannada da məskən salmışdılar. Belə şəraitdə Manna hökmdarı Ahşeri müstəqil xarici siyasət yürütməyə başladı.
Assuriya hökmdarı Aşşurbanipal Mannaya qoşun yeritdi. E.ə. 650-ci ildə baş verən döyüşdə Ahşeri məğlub oldu. Hakimiyyətə Ahşerinin oğlu Ualli gəldi və Assuriya ilə ittifaqı bərpa etdi. E.ə. 593-cü ildə Manna müstəqil dövlət kimi öz varlığını saxlayırdı. Təxminən e.ə. 590-cı ildə Manna İranın mərkəzində yaranmış Midiya dövlətinin tərkibinə daxil edildi.
Mannada türk, hürri, İran dilləri və s. işlənirdi. Hökmdarların adları da türk sözləri ilə izah olunur. Aza-“böyük qardaş”, Ullusunu-ullu-ulu-“böyük, ulu, əzəmətli”, “sun”-sifət şəkilçisi, yəni “ən böyük”, “ən ulu”, “ulu adam”. Beləliklə, Mannada əhalinin əsas dili ən qədim türk dili olmuşdur.
Dostları ilə paylaş: |