I fəSĠl-xix əsrin sonuncu rübündə Uzaq ġərqdə beynəlxalq münasibətlər



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə1/4
tarix31.01.2017
ölçüsü0,62 Mb.
#7227
  1   2   3   4

PLAN 

 

GİRİŞ 

I FƏSĠL-XIX əsrin sonuncu rübündə Uzaq ġərqdə beynəlxalq münasibətlər 

 

Çin –Yapon savaĢı:Yaponiyanın Koreyada üstünlüyü uğrunda mübarizə



 

II  FƏSĠL-XX  əsrin  ilk  illərində  Uzaq  ġərqdə  mövcud  vəziyyət  və  beynəlxaq  Ģəraitin 

təhlili 

 

III  FƏSĠL- Rus-Yapon müharibəsini Ģərtləndirən amillər 



 

 



1902-ci  il  Ġngiltərə-Yaponiya  müqaviləsinin  beynəlxalq  Ģərait  və  qütbləĢməyə 

təsiri


 

 



 

Rus-Yapon konfrantasiyasının yüksəliĢi

 

IV FƏSĠL- Rus-Yapon müharibəsinin baĢlanması və gediĢi 



 

 



Ölkə daxili dairələrin müharibəyə münasibəti

 



 

Port-Artur basqını

 



 



 

Çemulpo limanında döyüĢ

 



 



Mancuriyaya Yapon hücumları və Port-Arturun mühasirəsi

 



 

Lyaoyan və ġaxe döyüĢləri

 



 



Mükden döyüĢü

 



 

Tsusima döyüĢü

 



 



 

Rus-Yapon müharibəsində iĢtirak etmiĢ Azərbaycanlı hərbiçilər

 

V FƏSĠL- Müharibənin siyasi nəticələri və Portsmut sülhü  



 

Taft-Kaçura saziĢi



 

 



Portsmut sülhü

 

NƏTĠCƏ 



Ədəbiyyat siyahısı 

 


GİRİŞ: 

RUS-YAPON  MÜHARİBƏSİ  (Rus  dilində-  Русско-японская 

война; yaponca-日露戦争 Niti-Ro senso)-ÜMUMİ MƏLUMAT 

 

XX  əsrin  ilk  əvvəllərində  Uzaq  ġərqdə  beynəlxalq  vəziyyət  dünyada  baĢ  verən 

proseslər üçün bütövlükdə xarakterik olan tendensiyalar konteksində inkiĢaf edirdi. 

Artıq  bölünmüĢ  dünyanın  yenidən  bölünməsi  uğrunda  mübarizə  gedir,  bloklar 

yaradılır,  sürətlə  silahlanma  aparılırdı.  Nəticədə  ölkələr  arasında  rəqabət    kəskin 

artdı.  Dünya  siyasətinin  ön  sahəsinə  ABġ,  Almaniya,Yaponiya,  Çin  çıxdılar, 

Afrika  ölkələri  onların  güclü  siyasi  və  iqtisadi  asılılığı  altına  düĢdü.  Koreya  və 

Mancuriya  üzərində  nüfuz  uğrunda  mübarizədən  irəli  gələn  Rus-Yapon  savaĢı 

Uzaq ġərq siyasəti baxımından, Ģübhəsiz, Rusiya qarĢısında qəti olaraq əldə etdiyi 

zəfər  və  müvəffəqiyyət  ilə  Yaponiyanın  dövlətlərarası  siyasətdə  öz  yerini 

tutmasına  səbəb  oldu.  Rus-Yapon  savaĢının  nəticələrindən  biri  də  bir  Asiya 

dövlətinin muasir dövrdə ilk dəfə olaraq Avropa dövlətini məğlubiyyətə uğratması 

idi.Bu  müharibə  uzaqmənzilli  artileriya,  zirehli  gəmi(uzaqvuran  toplarla  təchiz 

olunmuĢ hərb gəmisi), minagəmisi(rusca-minonoseç) kimi yeni silahların ilk dəfə 

iĢlədilməsi ilə də tarixə düĢmüĢdür. 

Ġmperator II Nikolayın hakimiyyətinin ilk yarısında onun bütün Rusiya siyasətində 

əsas  yerlərdən  birini    ―Böyük  Asiya  proqramı‖  –na  əsasən  Uzaq  ġərq  məsələsi 

tuturdu.Hələ  Reveldə  imperator  II  Vilhelmlə  görüĢü  zamanı  Rusiya  imperatoru 

birbaĢa,açıqca  bildirmiĢdi  ki,  O  Rusiyanın  ġərqi  Asiyada  qüvvətlənməsi  və  təsir 

gücünün artmasına öz  hakimiyyətinin ―Əsas vəzifəsi‖ kimi baxır.Rusiyanın Uzaq 

ġərqdə  üstünlüyünə  ən  böyük  hədə  Yaponiya  idi.QarĢıdurmanın  qaçılmaz 

olduğunu  öncədən  görən  II  Nikolay  nəinki  diplomatik  yollarla,həmçinin,hərbi 

yollarla  da  müxtəlif  tədbirlər  görürdü.Belə  ki,Avstriya  ilə  anlaĢmanın  əldə 

olunması və Almaniya ilə münasibətlərin yaxĢılaĢdırılması Rusiyanın mövqelərini 

möhkəmlədir  və  həmçinin,Sibir  yollarının  inĢası,donanmanın  gücləndirilməsi 

müharibə  ehtimalına  qarĢı  tədbirlərin  təmin  olunmasına  xidmət  edirdi.Məlum 

olduğu  kimi,Rusiya  və  Yaponiya  arasında  diplomatik  münasibətlər  hələ  1855-ci 

ildə  pozulmuĢdu.Rusiyanın  xarici  iĢlər  naziri  Qorçakov  Rusiyanın  Yaponiya  və 

Çinlə  yaxınlaĢmasında  maraqlı  Ģəxslərdən  biri  idi.Qorçakov  bu  2  dövlətin  dünya 

siyasətinə  gələcək  təsirini  hiss  edirdi  və  Rusiyanı  bu  dövlətlə  rəqabətdən 

yayındırmağa  çalıĢırdı.  Ancaq  Rusiyanın  dövlət  maraqları  onun  Uzaq  ġərqdə 

möhkəmlənməsini tələb edirdi. 



Lakin  Rusiya  hakimiyyət  dairələrində  böyük  ümid  edirdilər  ki,Rusiyanın  əzəməti 

qorxusu Yaponiyanı birbaĢa hücuma keçməkdən çəkindirəcəkdir

.

 

1867-1868-ci  illərdəki  burjua  inqilabının  natamamlığı  nəticəsində  Yaponiyada 



daxili 

bazarın 


son 

dərəcə 


məhdud 

olması 


iĢğalçılıq 

meyillərini 

gücləndirmiĢdi.Hakim  dairələr  yapon  kapitalizminin  təĢəkkülündən    doğan  daxili 

ziddiyətləri özgə torpaqlara təcavüz etmək yolu ilə həll etməyə çalıĢırdılar. 

Yaponiyanın  müstəmləkə  təcavüzünün    ilk  hədəflərindən  biri  Koreya 

olmuĢdur.XIX  əsrin  axırlarında  Çini  birlikdə  istismar  etmək  və  onu  ―nüfuz 

dairələrinə‖  bölmək  üçün  ilk  addımı  Ġngiltərə  və  ABġ-ın  köməyilə  Yaponiya 

atdı.Koreya  uğrunda mübarizə 1894-1895-ci illərdə Çin –Yaponiya  müharibəsinə 

səbəb  oldu.1895-ci  ilin  aprelində  Çinlə  Yaponiya  arasında  imzalanmıĢ  Smonesk 

müqaviləsinə  görə  Çin  Koreyanın  müstəqilliyini  tanıdı,Tayvan  və  Lyaodun 

Yaponiyaya  verildi.Çin  böyük  məbləğdə  təzminat  ödəməli  oldu.Yaponiya  ilə 

müharibədə  məğlubiyyət  Çinin  müstəmləkəçi  dövlətlər  arasında  bölüĢdürülməsi 

prosesini 

sürətləndirdi.ABġ 

Çinin 

müstəmləkəçi 



dövlətlər 

tərəfindən 

bölüĢdürülməsi prosesindən kənarda qalmaq istəmirdi.ABġ dövlət katibi C.M.Hey 

1899-cu  ildə  verdiyi  notada  ―açıq  qapı‖  adlandırılan  doktrinanı  elan 

etdi.Doktrinanın mahiyəti bundan ibarət idi ki,ölkələr Çinin ayrı-ayrı regionları və 

portları  ilə  artıq  müqavilə  baglamıĢ  digər  dövlətlərin  hüquqlarına  müdaxilə 

etməmək  ,baĢqa  ölkələrin  maraq  dairələrini  pozmamaq,öz  nüfuz  dairələrinə  daxil 

olan  gəmilər  üçün  daha  yüksək  rüsum  təyin  etməmək  barədə  öhdəlik  götürməli 

idilər

.

  Bu  doktrinanın  meydana  çıxması  məhz  o  zaman  mümkün  oldu  ki,ABġ 



iqtisadi inkiĢafda aparıcı Avropa dövlətlərinin səviyyəsinə çatdı və onlarla rəqabət 

apara  bilərdi.Əgər  əvvəl  elan  olunmuĢ  Monro  və  Olini  doktrinaları  Avropa 

ölkələrinin Latın Amerikası qitəsinin iĢlərinə müdaxiləsinə qarĢı yönəlmiĢdisə,Hey 

doktrinası  ondan  fərqli  olaraq  artıq  ABġ  üçün  Çində  baĢqa  dövlətlərlə  bərabər 

iqtisadi imkanlar tələb edirdi. 

 

1902-ci ildə bütün Avropa dövlətləri Heyin təklifini qəbul etdilər.Rusiyaya gəlincə 



isə o,bir sıra qeyd-Ģərtlər etdi,belə ki,onun Çinə daĢıdığı malların tarif müdafiəsinə 

ehtiyac vardı.Çinə hamıdan yaxında yerləĢən və bunula da  əlaqədar olaraq baĢqa 

ölkələr  qarĢısında  üstünlüyə  malik  olan  Yaponiya  Amerikanın  təklifinə  etiraz 

etmədi.Beləliklə,yalnız  Rusiya  xususi  mövqe  tuturdu  ki,bu  da  müəyyən  mənada 

ABġ,Ġngiltərə  və  Yaponiyanın  Uzaq  ġərqdə  ona  qarĢı  yaxınlaĢmasına  təsir 

göstərdi. 



XX  əsrin  əvvəllərində  Rusiyada  kapitalizmin  inkiĢafı  xeyli  sürətlənmiĢdi.Burada 

kapitalizm təhkimçi mülkədarların tədricən burjua təsərrüfatçısına çevrilməsi yolu 

ilə  inkiĢaf  edirdi.Bu  isə  kəndlilərin  əsas  kütləsinin  uzun  müddət  mülkədar 

asılılığından saxlanmasına səbəb olurdu. 

Sənayeçilər  iri  fabrik  –  zavodlar  inĢa  etdirir,dəmiryolu  tikintisi  coĢqun  surətlə 

geniĢlənir,banklar və səhmdar cəmiyyətləri artırdı. 

Rusiyada  sindikatlar  sayca  üstünlüyə  malik  idilər.1902-1907-ci  illərdə  burada 

―Truboprokat‖  ,  ―Prodamet‖  ,‖Qvozd‖  ,  ―Prodauqol‖  və  s.  inhisarlar  meydana 

gəlmiĢdir.Ġnhisarlarla  sıx  əlaqədə  olan  iri  banklar  ölkədə  həlledici  rol  oynamağa 

baĢlamıĢdılar. 

XX 

əsrin  əvvəllərində  ölkədə  ictimai-siyasi  proseslər  dərinləĢməyə 



baĢlamıĢdı.Burjua –liberal ,sosial-demokrat hərəkatı güclənmiĢ,ilk siyasi partiyalar 

yaranmağa baĢlamıĢdı. 

XX  əsrin  baĢlanğıcında  Yaponiya  iqtisadi  cəhətdən  Avropanın  digər  böyük 

dövlətlərindən və ABġ-dan hələ geridə qalmaqda idi. 

1900-1903-cu  illərin  dünya  iqtisadi  böhranı  ölkədə  kapitalın  və  istehsalın 

təmərküzləĢməsi prosesini sürətləndirmiĢdi. 

Yaponiya  inhisarlarının  səciyyəvi  cəhətlərindən  biri  ondan  ibarət  idi  ki,onlar 

sələmçi-ticarət  kapitalı  əsasında  yaranaraq  inkiĢaf  etmiĢdilər.Bu  isə  inhisarların 

quruluĢunda  və  fəaliyətində  yarımfeodal  üsullarının  hökm  sürməsi  ilə  müĢaiət 

edilirdi.2ci  səciyyəvi  cəhət  inhisarlaĢma  prosesinin  sənayenin  inkiĢafını  aĢağı 

səviyyədə olduğu Ģəraitdə getməsində idi.Ölkənin iqtisadi inkiĢafında maraqlı olan 

hakimiyyət  dairələri  inhisarlara  fəal  köməklik  göstərir  və  onları  müdafiə 

edirdilər.Yapon kapitalizmi hərbi-feodal səciyəsi daĢıyırdı,bu da mahiyyət etibarilə 

inhisarçı kapitalizm ilə yarımfeodal qalıqların çulğaĢmasından ibarət idi. 

 

I FƏSİL -XIX ƏSRİN SONUNCU RÜBÜNDƏ UZAQ ŞƏRQDƏ 

BEYNƏLXALQ MÜNASİBƏTLƏR 

 

Uzaq ġərqdə beynəlxalq vəziyətə böyük dövlətlər arasınada rəqabət mühüm təsir 

göstərdi.XIX  əsrin  70-ci  illərində  Çində  nüfuz  uğrunda  mübarizəyə  Yaponiya  da 

qoĢulmuĢdu.XIX  əsrin 70-80-ci illərində Yaponiyanın iqtisadi və hərbi potensialı 

artmıĢdı. 


1874-cü  ildə  Yaponiya  Tayvan(Formoza)  adasını  iĢğal  etemyə  cəhd  göstərdi. 

1874-cü  ilin oktyabrın  31-də  Çinlə  Yaponiya  arasında  imzalanmıĢ  protokola görə 

Çin  Ryukyu  adalarını  Yaponiya  ərazisi  kimi  tanıdı.Çin  Yaponiyaya  həm  də 

təzminat  ödəməli  idi.Yaponiyanın  iĢğal  etmək  istədiyi  ərazilərdən  biri  Koreya 

idi.Koreyanın kralı Çin imperatorunun vassalı idi.Yaponiya Koreya ilə diplomatik 

münasibətlər  yaratmaq  üçün    dəfələrlə  Koreya  kralının  yanına  nümayəndə 

göndərmiĢdi.Lakin  Koreya  Yaponiya  ilə  əməkdaĢlıq  etmək  istəmirdi.1875-ci  ilin 

aprelində  Yaponiya  Cənubi  Koreya  sahillərinə  3  hərbi  gəmi  göndərdi.Xanqan 

çayının  mənsəbimə  yerləĢən  istehkamlar  yapon  gəmiləri  tərəfindən  atəĢə 

tutuldu.1875-ci  ilin  sentyabrında  Yaponiya  Kanxvado  adasına  hərbi  gəmi 

göndərdi.Koreya hökuməti yenə Yaponiya ilə əməkdaĢlıqdan imtina etdi.Yaponiya 

çalıĢırdı  ki,Çin  Koreyaya  təzyiq  etsin  və  Koreya  Yaponiya  ilə  müqavilə 

bağlasın.Yaponiya  onunla  müqavilə  bağlamadığı  halda  Koreyanı  müharibə  ilə 

hədədləyirdi.Çin  hokuməti  bildirdi  ki  ,Koreya  ilə  danıĢıqlar  qarĢılıqlı  razılıq 

prinsipi  əsasında  aparılmalıdır.Koreya  sahillərinə  hərbi  gəmilər  göndərməklə 

Yaponiya  hokuməti  1871-ci  ildə  Çinlə  imzaladığı  müqaviləni  pozmuĢdu.digər 

tərəfdən  ,Çin  hokuməti  Koreyaya  tovsiyyə  etdi  ki  ,Yaponiyanın  tələblərini  qəbul 

etsin. 


Yaponiya  ilə  müharibə  aparmaq  iqtidarında  olmayan  Koreya  onun  tələbləri  ilə 

razılaĢdı.1876-cı  ilin  fevralında  onların  arasında  sülh  və  dostluq  müqaviləsi 

bağlandı.Yaponiya 

ilə 


Koreya 

arasında 

 

diplomatik 



münasibətlər 

yaradıldı.Koreyanın  Pusan,Ġncxon,Vonsan  limanlarına  Yaponiyanın  ticarət 

gəmilərinin gəlməsinə icazə verildi.Yaponiya dənizçiləri xəritələr hazırlamaq üçün  

Koreya  sahillərini  tədqiq  edə  bilərdi.Koreya  limanlarında  Yaponiyanın  konsulları 

fəaliyyət  göstərməli  idi.Açıq  limanlarda  Koreya  vətəndaĢlarına  toxunulmazlıq 

hüququ verilirdi. 

1876-cı  ildə  Yaponiya  ilə  Koreya  arasında  imzalanmıĢ  saziĢə  görə  Yaponiya 

vətəndaĢlarına  Koreyada  gömrüksüz  ticarət  hüququ  verildi.1876-cı  il  müqaviləsi 

ilə  Koreyanın  özünütəcridinə  son  qoyuldu.Koreyada  kapitalist  münasibətləri 

inkiĢaf etməyə baĢladı. 

Yaponiya  ilə  eyni  vaxtda  Koreya  ABġ  ilə  və  Avropa  ölkələri  ilə  əlaqələr 

yaratmağa  baĢladı.Koreya  sahillərinə  hərbi  gəmi  göndərən  ölkələrdən  biri  ABġ 

idi.ABġ  hokuməti  çalıĢırdı  ki,Koreya  limanlarına  onun  ticarət  gəmilərinin 

gəlməsinə  icazə  verilsin.Lakin  Yaponiya  ABġ-a  kömək  etmək  fikrində 

deyildi.Çünki Yaponiya ABġ-ın Koreya ilə əməkdaĢlığının əleyhinə idi.Ona gorə 

ABġ  hokuməti  Çinlə  danıĢıqlara  baĢladı  ki,Koreya  məsələsində  Çin  ona  kömək 



etsin.Çin hokuməti bildirdi ki,ABġ-ın Koreya ilə əməkdaĢlığına etiraz etmir.Digər 

tərəfdən,Çin Koreyada ABġ-dan Yaponiyaya qarĢı istifadə etmək niyyətində idi. 

Koreya hokuməti ABġ-la müqavilə bağlamağa hazır olduğunu bildirdi.1882-ci ilin 

mayında  imzalanmıĢ  müqavilə  əsasında  ABġ-la  Koreya  arasında  diplomatik 

münasibətlər  yaradıldı.Koreya  limanlarına  ABġ-ın  vətəndaĢlarına    Koreyada 

toxunulmazlıq hüququ verildi. 

Koreya əhalisi Yaponiyanın siyasətindən narazı idi.1882-ci ildə Seulda baĢ vermiĢ 

üsyan  nəticəsində  bir  neçə  Yaponiya  vətəndĢı  öldürülmüĢ  və  yapon  missiyasının 

binası  dağıdılmıĢdı.Yaponiya  bu  hadisədən  istifadə  edib  Çemulpo  limanına  hərbi 

gəmilər  göndərdi  və  Koreya  hokumətinə  ultimatum  verdi.Koreya  hokuməti  2gün 

ərzində  ultimatuma  cavab  verməsə  Yaponiya  ona  qarĢı  müharibəyə  baĢlamalı 

idi.Koreya  hokuməti  Yaponiyanın  tələbləri  ilə  razılaĢdı.Diplomatik  missiyanı 

qorumaq üçün Yaponiya Seulda daimi qoĢun saxlamlı idi.Bu öhdəliklər öz əksini 

1882-ci ilin avqustun 30-da imzalanmıĢ Yaponiya-Koreya müqaviləsində öz əksini 

tapdı. 

1884-cü  ilin  dekabrında  Seulda  Yaponiyanın  köməyi  ilə  dövlət  çevriliĢi  baĢ 



verdi.Lakin  yeni  hökumət  cəmi  2gün  fəaliyyət  göstərdi.Çunki  bu  dəfə  Çin 

qoĢunlarının köməyi ilə hakimiyyət dəyiĢikliyi həyata kecirildi.Koreya məsələsi ilə 

bağlı Çinlə Yaponiya arasında danıĢıqlar baĢlandı.1885-ci ilin aprelində Yaponiya 

ilə  Çin  arasinda  Tyantszin  müqaviləsi  bağlandı.Müqaviləyə  gorə  tərəflər  4  ay 

ərzində  qoĢunlarını  Koreyadan  çıxartmalı    və  təlimatçı  kimi  Koreyaya  öz 

zabitlərini  göndərməməli  idi.Onlar  yalnız  siyasi  böhran  zamanı,həm  də    qarĢılıqlı 

razılıq esasında Koreyaya qoĢun göndərə bilərdi.Bu müqavilədən sonra Koreyada 

Çinin mövqeyi möhkəmləndi və Seula Çinin caniĢini göndərildi. 

Uzaq  ġərqdə  cərəyan  edən  hadisələr  Ġngiltərənin  diqqət  mərkəzində  idi.Ġngiltərə 

Çində  öz  mövqelərini  möhkəmləndirməyə  çalıĢırdı.Çinin  xarici  ticaretində  1-ci 

yeri    Ġngiltərə  tuturdu.1864-cü  ildə  Çində  Ġngiltərə  Honkonq-ġanxay  bankı  təsis 

edilmiĢdi.ingiltərə  Honkonqda böyük  hərbi-dəniz bazası yaratmıĢdı. 

Rusiya  Çinlə  iqtisadi  əlaqələri  geniĢləndirməyə  və  ticarətə  mane  olan  amillərin 

aradan qaldırılmasına  çalıĢırdı.Rusiya Çinin onunla həmsərhəd rayonlarına  böyük 

satıĢ bazarı kimi baxırdı.1879-cu ilin oktyabrın 2-də Rusiya ilə Çin arasında saziĢ 

imzalandı  və  Rusiya  qoĢunları  Çin  ərazisindən  çıxarıldı.Rusiya  tacirlərinə  Çinin 

Ģimalında  və  qərbində  gömrüksüz  ticarət  hüququ  verildi.Bu  ərazidə  yerləĢən  7 

Ģəhərdə  Rusiyanın  konsulluqları  açıldı.Çin  hökuməti  1879-cu  il  müqaviləsini 

təsdiq etmədi və Rusiyanı müharibə ilə hədələdi.Rusiya hökuməti danıĢıqlara hazır 

olduğunu bildirdi.24 fevral 1881-ci ildə Peterburqda Rusiya ilə Çin arasında yeni 



müqavilə  bağlandı  və  əvvəlki  müqavilə  ilə  Rusiyaya  edilmiĢ  güzəĢtlərin 

əksəriyyəti ləğv edildi. 

Ġngiltərə Rusiya ilə Çin arasında ziddiyətlərin kəskinləĢməsinə çalıĢırdı.Lakin Çin 

Rusiya  ilə  münasibətləri  gərginləĢdirmək  istəmirdi.Çünki  Orta  Asiyada  Rusiya 

hərbi  cəhətdən  Çindən  güclü  idi.Eyni  zamanda  Rusiyanın  Uzaq  ġərqdə  Çinlə 

sərhədləri  lazımı  Ģəkildə  müdafiə  etmək  imkanları  məhdud  idi.Rusiya  istəmirdi 

ki,Çinlə  münaqiĢə  nəticəsində  Avropada,Yaxın  və  Orta  ġərqdə  mövqeləri 

zəifləsin.Çin  höküməti  yaxĢı  bilirdi  ki,Rusiya  ilə  müharibə  nəticəsində  ölkənin 

potensialı  zəifləyəcək  və  Qərb  dövlətlərinin  yeni  tələblərini  qəbul  etməli 

olacaq.Ona görə Çin Rusiya ilə bütün mübahisəli məsələləri dinc yolla həll etməyə 

tərəfdar idi.1886-cı ildə Rusiya ilə Çin arasında əldə edilmiĢ razılığa görə tərəflər 

Koreyanın ərazi bütövlüyünün saxlanmasına çalıĢmalı idi. 

Ġngiltərə  və  Yaponya  Uzaq  ġərqdə  Rusiyanın  əraziləri  üçün  təhlükə 

yaradırdı.Rusiya  höküməti  Uzaq  ġərqdə  hərbi  qüvvə  daĢınmasını  asanlaĢdırmaq 

üçün ölkənin mərkəzini Vladivastokla birləĢdirən dəmiryolu inĢa etdirmək qərarına 

gəldi.Sibir  dəmiryolunun  çəkilməsini  Rusiya  burjuaziyasının  iqtisadi  mənafelərini 

də tələb edir. 

1891-ci  ildə  Rusiya  höküməti  Fransadan  kredit  alıb  Sibir  dəmiryolunun 

çəkilişinə  başladı.SĠBĠR  dəmiryolu  həm  də  Rusiyanın  Çinlə  iqtidasi  əlaqələrini 

geniĢləndirmək 

məqsədilə 

çəkilirdi.Rusiya 

Uzaq 

ġərqdəki 



ərazilərini 

qorumağa,Yaponiya  ilə  münasibətlərin  tənzimlənməsinə  çalıĢırdı.Rusiya  istəyirdi 

ki,Yaponiya  Saxalinə  olan  iddialarından imtina  etsin.1875-ci ilin  mayında  Rusiya 

ilə  Yaponiya  arasında  imzalanmıĢ  müqaviləyə  görə  Yaponiya  Saxalinə  olan 

iddialarından imtina etmiĢ,əvəzində Kuril adaları Yaponiyaya verilmiĢdi. 

 



ÇİN-YAPON SAVAŞI:YAPONİYANIN KOREYADA ÜSTÜNLÜYÜ 

UĞRUNDA MÜBARİZƏ 

Yaponiya özünün inkiĢaf edən sənayesi üçün əlavə dəmir-filiz və kömür bazaları 

yaratmağa  cəhd  edərək,Koreya  və  Çində(Cənubi  Mancuriya)xammal  bazarları 

uğrunda əsl kompaniya aparırdı.Uzaq ġərq regionunda öz nüfuzunun yayılmasına 

və  möhkəmləndirilməsinə  o,Rus-Yapon  müharibəsindən  xeyli  əvvəl  hazırlaĢmağa 

baĢladı. 

Yaponiya  Koreyada  Çinin  mövqelərinin  möhkəmlənməsi  ilə  barıĢmaq 

istəmirdi.Yaponiyanın Koreya ilə iqtisadi əlaqələri zəifləmiĢdi.Yaponiya hökuməti 

Koreya  ərazisinə  coxsaylı  kəĢfiyatçılar  göndərmiĢdi.Xarici  siyasətin  fəallaĢması 

Yaponiyanın  hərbi  potensialı  ilə  bilavasitə  bağlı  idi.Çinə  qarĢı  müharibəyə 

hazırlaĢmaqda  Yaponiya  hökümətinin  məqsədi həm  də  əhalinin diqqətini  ölkənin 


daxili  problemlərindən  yayındırmaq  idi.Çinə  qarĢı  müharibə  yolu  ilə  Yaponiya 

Koreyanı və Tayvanı iĢğal etmək niyyətində idi.1893-cü ildə Koreyada baĢlanmıĢ 

kəndli  üsyanı  həm  yerli  feodallara,həm  də  xarici  zülmə  qarĢı  yönəlmiĢdi.Üsyan 

Koreya  hökümətinin  ciddi  narahatlığına  səbəb  oldu.Çin  yaranmıĢ  Ģəraitindən 

istifadə  edib  Koreyada  öz  mövqelərini  möhkəmləndirməyə  çalıĢırdı.Üsyanı 

yatırmaq  üçün  Çin  höküməti  Koreyaya  hərbi  yardım  təklif  etdi.1894-cü  ildə 

Koreya  höküməti    Çindən  xahiĢ  etdi  ki,qiyamçıları  cəzalandırmaq  üçün  qoĢun 

göndərsin.Ġyunun  9-da  Koreya  ərazisinə  Çin  qoĢunları  göndərildi.Çin  Tokiodakı 

səfiri  Koreyaya  qoĢun  göndərilməsi  haqqında  Yaponiya  hökümətinə  məlumat 

verdi.Ġyunun  7-də  Yaponiyanın  Pekindəki  səfiri  bildirdi  ki,onun  höküməti 

Koreyaya qoĢun göndərəcək.Ġyunun 9-da Koreyanın Ġnçon limanına artıq bir neçə 

yapon hərbi gəmisi gəlmiĢdi.Yaponiya qoĢunları iyunun 10-da Koreyanın paytaxtı 

Seula  daxil  oldu

 

.Çin  və  Koreya  yapon  qoĢunlarının  Seuldan  çıxarılmasını  tələb 



etdi.Yaponiya  höküməti  onların  tələbini  qəbul  etmədi.Yaponiya  Koreyanı  iĢğal 

etmək  fikrində  idi.Eyni  zamanda  Yaponiya  iddia  edirdi  ki,Koreyanın  Çin 

tərəfindən 

iĢğal  edilməsini  istəmir.Yaponiya  Çinə  qarĢı  müharibəyə 

hazırlaĢırdı.Çin  höküməti  hesab  edirdi  ki,Avropa  dövlətləri  ona  kömək 

edecək.Ġngiltərə  Çinlə  geniĢ  iqtisadi  əlaqələr  yaratmıĢdı  və  heçbir  dövlətin  Çində 

ona  rəqib  olmasını  istəmirdi.Ġngiltərə  Çini,Koreyanı  və  Yaponiyanı  özündən  asılı 

vəziyyətə  salmağa  və  Yaponiya  ilə  Çin  arasında  ittifaqın  yaradılmasına 

çalıĢırdı.Ona  gorə  Yaponiyanın  Çinə  qarĢı  müharibəyə  hazırlaĢması  Ġngiltərənin 

Uzaq  ġərqdəki  mənafelərinə  zidd  idi.Yaponiya  Uzaq  ġərqdə  ticarət  sahəsində 

Ġngiltərənin rəqiblərindən birinə çevrilmiĢdi.Koreyanın Yaponiya tərəfindən iĢğalı 

nəticəsində  bu  ölkədə  Ġngiltərənin  mövqeyi  zəifləyə  bilərdi.Yaponiya  Avropa 

ölkələri  ilə  imzalanmıĢ  qeyri-bərabərhüquqlu  müqavilələrin    ləğvinə 

çalıĢırdı.Ġngiltərə  isə  Yaponiyada  mövqelərini  qorumaq  istəyirdi.Yaponiyanın 

xarici  ticarətinin  yarısı  Ġngiltərənin  payına  düĢürdü.1894-cü  ilin  iyununda  Çin 

höküməti Yaponiyaya qarĢı Ġngiltərədən kömək istədi.Eyni zamanda Çin höküməti 

Ġngiltərədən 

xahiĢ 


etdi 

ki,Yaponiya 

sahillərinə 

hərbi 


donanma 

göndərsin.Ġngiltərənin  Pekindəki  səfiri  bildirdi  ki,Ġngiltərə  yapon  qoĢunlarının 

Koreyadan  çıxarılmasını  tələb  edə  bilər,lakin  əvəzində  Çin  Koreyada  islahatların 

keçirilməsi,orada 

Yaponiya 

tacirlərinin 

hüquqlarının 

artırılması 

ilə 

razılaĢmalı,Koreyanın  ərazi  bütövlüyünə  təminat  verilməli  idi.Çin  arasında 



müharibəyə qoĢulmaq fikrində deyildi. 

1894-cü  ilin  iyununda  Uzaq  ġərqdə  yaranmıĢ  vəziyyət  Yaponiyanın  mənafeyinə 

uyğun  idi.Belə  ki,böyük  dövlətlərin  heç  biri  Yaponiyaya  ciddi  müqavimət 

göstərmək fikrində deyildi.Ġngiltərə Çinlə Yaponiya arasında müharibənin əleyhinə 

idi.Ġngiltərə Yaponiya ilə münasibətlərin pozulmasını istəmirdi.1894-cü ilin iyulun 


16-da Ġngiltərə Yaponiya ilə ticarət müqaviləsi imzalandı.1894-cü ilin iyulun 23-də 

Yaponiya  qoĢunu  Koreyanın  paytaxtı  Seulu  iĢğal  etdi.Koreyada  yeni  hökümət 

quruldu.1894-cü iliniyulun 25-də Yaponiya Çinə qarĢı müharibəyə baĢladı.1894-cü 

ilin  avqust-sentyabr  aylarında  Yaponiya  və  Çin  qoĢunları  arasında  hərbi 

əməliyatlar  Koreya  ərazisində  aparılmıĢdı.1894-cü  ilin  oktyabrında  yapon 

qoĢunları  Çinin  Fintyan  əyalətinə  daxil  oldu.Oktyabrın  24-də  yapon  ordusu 

Lyaodun  yarımadasına  desant  çıxardı.1894-cü  ilin  noyabrın  sonunda  yapon 

qoĢunları  Port-Arturu  ələ  keçirdi.Çinin  hərbi  qərargahlarından  biri  Port-Arturda 

yerləĢirdi.1895-ci  ilin  fevralında  Veyxayvey  Ģəhəri  yapon  ordusu  tərəfindən  iĢğal 

edildi.Yaponiya iqtisadi və hərbi cəhətdən Çindən üstün idi. 

Uzaq  ġərqdə  cərəyan  edən  hadisələr  Avropa  dövlətlərini  narahat  edirdi.Rusiya 

Koreyada  müharibədən  əvvəlki  vəziyətin  bərpasında  maraqlı  idi.1894-cü  ilin 

oktyabrında  Ġngiltərə  Çinə  və  Yaponiyaya  öz  vasitəçiliyini  təklif  etdi.Ġngiltərə 

hərbi  əməliyatların  Tyantszın,Honkonq  və  ġanxay  rayonlarına  keçməsini 

istəmirdi.Bu  rayonların  hərbi  əməliyatlar  zonasına  çevrilməsi  Ġngiltərənin  iqtisadi 

mənafeyinə  zidd  idi.Ġngiltərə  təklif  edirdi  ki,Koreyanın  müstəqilliyinə  beynəlxalq 

təminat  verilsin  və  Çin  Yaponiyanın  hərbi  xərclərini  ödəsin.Çin  höküməti 

Ġngiltərənin  təkliflərini  qəbul  etmədi.Yaponiya  hərbi  əməliyatları  davam 

etdirdi.1894-cü ilin noyabrında ABġ höküməti bildirdi ki,müharibə aparan tərəflər 

arasında  vasitəçilik  edə  bilər.ABġ  Yaponiyanın  köməyi  ilə  Uzaq  ġərqdə 

Ġngiltərənin və Rusiyanın mövqeyini zəiflətmək istəyirdi.Çin və Yaponiya ABġ-ın 

vasitəçilik  təklifini  qəbul  etdi.Çin  höküməti  Yaponiyaya  güzəĢt  etməyə  hazır 

idi.1895-ci  ilin  fevralın  1-də  Xirosima  Ģəhərində  Çin  və  Yaponiya 

nümayəndələrinin  görüĢü  keçirildi.Lakin  Yaponiya  höküməti  Çindən  göndərilən 

nümayəndə  heyətinin  səlahiyətləri  ilə  razılaĢmadı  və  danıĢıqlar  nəticəsiz  baĢa 

çatdı.Çin  hökuməti  Yaponiyaya  daha  geniĢ  səlahiyətlərə  yeni  nümayəndə  heyəti 

göndərdi.Çinin  nümayəndə  heyəti  1895-ci  ilin  martın  18-də  Yaponiyanın 

Simonoseki Ģəhərinə gəldi.Çin və Yaponiya nümayəndələrinin ilk görüĢü 1895-ci 

ilin  martın  20-də  keçirildi.Çin  hərbi  əməliyatların  dayandırılmasına  və  barıĢıq 

imzalanmasına  çalıĢırdı.Martın  21-də  Yaponiyanın  nümayəndəsi  bildirdi  ki,Çin 

höküməti  Daqu,Tyantszin  və  ġanxayquan  Ģəhərlərini,Tyantszin-ġanxayquan 

dəmiryolunu  Yaponiyaya  verilməlidir.Yaponiya  bilirdi  ki,Çin  onun  təkliflərini 

qəbul  etmiyəcək.Yaponiyanın  məqsədi  hərbi  əməliyatları  sülh  müqaviləsinin 

imzalanmasına qədər davam etdirmək idi.Simoneseki Ģəhərində Çinin nümayəndə 

heyətinin baĢçısına qarĢı terror aktının törədilməsi ilk növbədə danıĢıqları pozmağa 

yönəlmiĢdi.Avropa 

dövlətləri 

Çinlə 


Yaponiya 

arasında 

müharibənin 

dayandırımasını tələb  edirdi.Yaponiya  Çinin paytaxtını  iĢğal  etmək  istəyirdi.Eyni 

zamanda,Yaponiya ehtiyat edirdi ki,Pekinin iĢğalı Çində yeni xalq üsyanına səbəb 


olacaq.1895-ci ilin martın 30-da Çinlə Yaponiya arasında barıĢıq imzalandı.1895-

ci  ilin  martın  31-də  Yaponiya  hökuməti  sülh  müqaviləsinin  layihəsini  Çinin 

nümayəndə  heyətinə  təqdim  etdi.Nümayəndə  heyəti  çoxsaylı  ağır  Ģərtləri  olan 

layihəni  Pekinə  göndərdi.Çin  hökuməti  bildirdi  ki,təzminatın  miqdarı  azaldılmalı 

və  Yaponiyanın  ərazi  iddiası  bir  rayonla  məhdudlaĢmamalıdır.Yaponiya  Çindən 

həm  də  Koreyanın  müstəqilliyini  tanımağı  tələb  edirdi.1895-ci  ilin  aprelin  9-da 

Çinin  nümayəndə  heyəti  tərəfindən  hazırlanmıĢ  müqavilənin  layihəsi  Yaponiya 

hökümətinə  təqdim  edildi.Çin  tələb  etdi  ki,Yaponiya  Koreyanın  müstəqilliyini 

tanısın.Çin  hökuməti  yalnız  Lyaodun  yarımadasını  və  Peskador  adalarını 

Yaponiyaya verməyə razı idi. 

1895-ci  ilin  aprelin  17-də  Simonosekidə  Yaponiya  ilə  Çin  arasında  müqavilə 

imzalandı.Çin  Koreyanın  müstəqilliyini  tanıdı.Lyaodun  yarımadası,Tayvan  və 

Peskador  adaları  Yaponiyaya  verildi.Çin  200milyon  lan(400  milyon  manat) 

təzminat  ödəməli  idi.  Yaponiya  vətəndaĢları  Çinin  açıq  limanlarında  sənaye 

müəssisələri  yarada  bilərdi.Çinlə  Yaponiya  arasında  yeni  ticarət  müqaviləsi 

bağlanmalı idi.Çinin nümayəndə heyəti ölkəyə qayıtdı.Bu müqavilə Çində əhalinin 

böyük narazılığına səbəb oldu. 

Rusiya höküməti Uzaq ġərqdə hərbi donanmanın gücləndirilməsi,Rusiyanın Uzaq 

ġərqdə Ġngiltərə və Fransa ilə birlikdə Yaponiyaya təzyiq göstərməsi haqda qərara 

qəbul  etdi.Rusiyanın  xarici  iĢlər  naziri  Ġngiltərə  və  Fransa  ilə  danıĢıqlara 

baĢladı.Ġngiltərə  və  Fransa  Koreyanı  müstəqilliyinin  qorunub  saxlanmasına 

tərəfdar  idi.  Ingiltərə  Yaponiyaya  qarĢı  hərbi  qüvvədən  istifadə  etmək  fikrində 

deyildi.Ġngiltərə  Yaponiya  ilə  münasibətlərini  yaxĢılaĢdırmaq  istəyirdi  ki,ondan 

Rusiyaya  qarĢı  istifadə  etsin.Ġngiltərə  əmin  idi  ki,yapon  qoĢunları  Pekinə  hücum 

etməyəcək.Ġngiltərə  Çindən  əldə  etdiyi  böyük  qazancı  itirmək  istəmirdi.Eyni 

zamanda  Yaponiyaya  qarĢı  mübarizədə  Ġngiltərə  Rusiyaya  kömək  etmək 

istəmirdi.Rusiya Almaniya və Fransaya təklif etdi ki,Yaponiyaya qarĢı birgə etiraz 

bəyanatı  ilə  çıxıĢ  etsinlər.Almaniya  əvvəlcə  yapon-çin  müharibəsində  vasitəçilik 

etmək istəmirdi.Lakin Almaniyanın Ġngiltərə ilə yaxınlaĢmaq cəhdləri uğursuz oldu 

və  onların  arasında  ziddiyətlər  kəskinləĢdi.Ona  gorə  Almaniya  Rusiya  ilə  siyasi 

əlaqələri  yaxĢılaĢdırmaq  qərarına  gəldi.1895-ci  ilin  aprelin  8-də  Almaniya 

höküməti  bildirdi  ki,  Rusiya  ilə  birlikdə  Yaponiyaya  etiraz  notası  göndərməyə 

hazırdır.Almaniya 

ilk 


növbədə 

Uzaq 


ġərqdə 

öz 


mövqelərini 

möhkəmlətmək,Ģəraitdən istifadə edib Sakit okeanda hərbi dəniz bazaları yaratmaq 

fikrində  idi.Almaniyanın  mövqeyi  Fransanı  Rusiyanın  təklifi  ilə  razılaĢmağa 

məcbur 


etdi.Fransa 

eyni 


zamanda 

Rusiya 


ilə 

ittifaqın  zəifləməsini 

istəmirdi.Rusiya,Almaniya  və  Fransanın  eyni  mövqedən  çıxıĢ  etmələri 

Yaponiyanın  gözəĢtə  getməsinə  səbəb  oldu.1895-ci  ilin  mayın  10-da  Yaponiya 



höküməti bildirdi ki,Lyaodun yarımadsını Çinə qaytarır.1895-ci ilin noyabrında isə 

Yaponiya  bəyan  etdi  ki  Simonoseki  müqaviləsinin Ģərtlərinə  yenidən baxılmasına 

razıdır.Bu Rusiya diplomatiyasının böyük qələbəsi idi.Nəticədə Yaponiya Formoza 

və  Paskador  adaları  ilə  kifayətlənməli  oldu.Rusiya  Avropa  dövlətlərinin  Çində 

mövqelərinin  möhkəmlənməsini  istəmirdi.Çinin  Yaponiyaya  təzminatı  ödəmək 

üçün  Rusiya  ona  4%-lə  100  milyon  manat  kredit  verdi.

[1]   

Rusiya-Çin  bankı 



yaradıldı. 


Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin