I fəSĠl-xix əsrin sonuncu rübündə Uzaq ġərqdə beynəlxalq münasibətlər



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə3/4
tarix31.01.2017
ölçüsü0,62 Mb.
#7227
1   2   3   4

  

PORT-ARTUR BASQINI  

Port-Artur boğazında lövbər salan Rus gəmiləri bunlar id: Tsesarevç (Цесаревич), 

Retvizan  (Ретвизан),  Peresvet  (Пересвет),  Pobeda  (Победа),  Poltava  (Полтава), 

Petropavlovsk (Петропавловск), Sevastopol (Севастополь) 

Yapon gəmiləri isə bunlar idi: Asai Shojiro komandanlığında-Shirakumo, Asashio, 

Kasumi  ve  Akatsuki  gəmiləri  ;Ishida  Ichiro  komandanlığında-Ikazuchi,  Oboro  ve 

Inazuma  gəmiləri;  Tsuchiya  Mitsukane  komandanlığı  altında-  Usugumo, 

Shinonome, Sazanami gəmiləri 

8  fevral  1904-cü  ildə  təxminən  saat  22:30da  10  yapon  minadaĢıyan  gəmisi  Port-

Artur yaxınlığında lövbər salan rus patrul gəmiləri ilə üzbəüz gəldi.Yapon gəmiləri 

rus  gəmilərinə  doğru  hücuma  baĢladı.Beləliklə  döyüĢ  baĢlandı.Ani  torpedo 

hücumlarına  baxmayaraq  nəticələr  nəzərə  çarpacaq  dərəcədə  pis  idi.Yapon 

gəmiləri  cəmi  6  torpido  atdı  və  yalnız  bunların  3-ü  hədəfə  dəydi.Bununla  belə 

hücumlar nəticəsində 1 neĢə aylığına rus eskadrasının 2 ən böyük zirehli gəmisi –

Retvizan  və  Çeçareviç  rus  donanmasının  sıralarından  çıxarıldı.Bu  aqibət  Pallada 

kreyseri üçündə qaçınılmaz oldu.Gecə hücumlarından sonra,yapon admiralı Toqo 

təbəəsi  vitse-admiral  Siqeo  Devanı  4  kreyserlə  bərabər  gecə  hücumlarının 

nəticələrini  və  rus  donanmasına  dəyən  ziyanı  hesablamaq  üçün  kəĢfiyyata 

göndərdi.saat  09:00-da  artıq  Devanın  kəĢfiyyat  dəstəsi  rus  donanmasına 


yaxınlaĢmıĢdı.Deva burada 12 zirehli gəmi və kreyserlər və 3 və ya 4 ciddi Ģəkildə 

zədələnmiĢ,sahilə  atılmıĢ  gəmi  gördü.Bundan  sonra  geri  dönən  Deva  admiral 

Toqonu inandıra bildi ki,rus donanmasına ani hücum üçün ən əlveriĢli vaxtdır. 

Port-Artura  yaxınlaĢan  yapon  gəmiləri  rus  donanması  tərəfindən  göründü.saat 

11:55də Yaponların Mikasa gəmisi atəĢ açmağa baĢladı və ilk hədəf Poveda gəmisi 

oldu.7-8  mil  yaxınlaĢdıqdan  sonra  bütün  yapon  gəmiləri  rus  gəmilərinə  hücum 

etməyə baĢladı.Yapon gəmiləri ümumi 1223 atəĢ açdı və 38 hədəfə düĢdü. 

Hücumlar  o  qədər  də  sərrast  deyildi.Buna  baxmayaraq  rus  gəmiləri 

Novik,Petropovlask,Poltava,Diana  və  Askold  gəmiləri  yaponlar  tərəfindən 

vuruldu.Port-Artur  döyüĢü  tərəflərdən  heç  birinə  həlledici  qələbə  gətirmədi.Rus 

ordusunun itkisi təxminən 150 min nəfər,yaponlarınkı isə təxminən 90 nəfər idi.

 

 



 

ÇEMULPO LİMANINDA DÖYÜŞ 



 

Rus  kreyseri  Varyaq  və  konener  gəmisi(orta  kalibrili  topları  olan  itigedən  sahil 

keĢikçi  gəmisi)  Koreeç  diplomatik  məqsədlərlə  əvvəlcədən  Çemulpo  limanına 

göndərilmiĢdi.Burada həmçinin yapon kreyseri Çioda və bir neçə bitərəf ölkələrin 

gəmiləri:Britaniya  kreyseri  HMS  Talbot,fransız  kreyseri  Pascal,Ġtalyan  kreyseri 

Elba,Amerika  kanoner  gəmisi  USS  Vicksburg,Koreya  hərbi  paraxodu  Yangmu 

yerləĢirdi. 

7  fevral  gecə  yapon  kreyseri  Çioda  digər  yapon  donanmasının  gəmilər  ilə 

görüĢmək  üçün  limanı  tərk  eleyir.Bu  zaman  8  fevralda  isə  Koreeç  gəmisi  açıq 

dənizə çıxır və o burada 6 kreyserdən ibarət yapon eskadrası ilə qarĢılaĢır.Bu vaxt 

yapon  gəmiləri  konener  gəmisini  dövriyyə  alır  və  ona  torpedo  ilə  hücum 

edirlər.Hücuma  məruz  qalan  Koreeç neytral  zonaya  doğru üzür    və  güllə  ilə  atəĢ 

açmağa  baĢlayır.Sonralar  yaponlar  bunu  rus-yapon  müharibəsinin  ilk  atəĢi  kimi 

səciyyələndirirlər.Koreeç  daha  sonra  Çemulpo  limanına  qayıtmağa  məvbur 

olur.Beynəlxalq hüquqa görə yaponlar neytral zonada üzən rus gəmisinə atəĢ aça 

bilməzdi.Beləliklə döyüĢ rus ordularının ağır məğlubiyyətinə səbəb oldu.Döyüçün 

nəticələrinə  əsasən  rus  tarixçiləri  Yaponiyaya  dəyən  ziyanı  belə  qeyd 

edirdilər:Asama  və  Nanica  yapon  gəmilərinə  ciddi  ziyan  dəymiĢ  və  minadaĢıyan 

gəmilərdən biri isə batırılmıĢdı.Yaponlar isə əksinə onların heç bir gəmisinə zərər 

dəymədiyini bildirir və heç bir itki vermədiklərini açıqlayırdılar. 

DöyüĢü davam etdirmək üçün heç bir yol qalmadığını görən rus gəmiləri yaponlar 

tərəfindən batırılan Varyaq  gəmisinin,dağıdılan Koreeç və Sunqari gəmilərinin 



olduğu Çemulpo limanına qayıtmalı oldu.Gəmilərin ekipajı xarici gəmilər 

tərəfindən qəbul edildi və onlar Rusiyaya aparıldı. 

21 fevral 1904-cü ildə Yaponiya orduları Pxenyanı tutdular,aprelin sonunda onlar 

Çin Koreya sərhədində yerləĢən Yalu çayına çıxdılar. 

 



 



MANCURĠYAYA YAPON HÜCUMLARI VƏ PORT-ARTURUN 

MÜHASĠRƏSĠ

 

 

Bu döyüĢ Rus-Yapon müharibəsinin ən uzun müddətli savaĢı idi.Mühasirə zamanı 



tezliklə yeni növ silahlar istifadəyə verilmiĢ və 11 düyümlü mortira(qısa lüləli top) 

,sürətli atəĢ açan qaubitsa(qısa lüləli ağır top),Maksim pulemyotu,əl qumabaraları 

minamyot kimi yeni silah növləri kəĢf edilmiĢdi. 

24  fevral  səhər  vaxtı  yaponlar  rus  donanmasını  mühasirə  almaq  üçün  5  köhnə  

gəmini  batırmaq  istəyirdilər.Plan  ―Retvizan‖  gəmii  tərəfindən  iflasa  uğradıldı.2 

martda  Virenusa  dəstəsi  S.O.Makarovun  israrına  baxmayaraq  Baltik  dənizinə 

qayıtmaqhaqda əmr aldı.  

8 mart 1904-cü ildə isə admiral Makarov və tanınmıĢ gəmi ustası N.E.Kuteynikov 

bir  neçə  ehtiyat  gəmi  hissələri  ilə  Port-Artura  gəldi.Makarov    rus  eskadrasının 

mühafizəsi  üçün  bir  çox  konkret  tədbirlər  qəbul  etdi  və  bu  rus  donanmasında 

böyük ruh yüksəkliyi yaratdı. 

27  mart  yapon orduları  yenə  də  Port-Arturun  çıxıĢını  kəsmək  istədilər.31  martda 

dənizə çıxıĢ zamanı Petropovlovsk zirehli gəmisinə 3 mina ilə hücum etdilər və o 2 

dəqiqə  ərzində  batırıldı.635  dənizçi  və  zabit  öldürüldü.Onalrın  içərisində  admiral 

Makarov  və  döyüĢ  mənzərələrini  çəkən  mahir  rəssam  VerĢaqin  də  var 

idi.Həmçinin Poltava gəmisi də onların aqibətinə uğradı. 

3  may  yaponlar  3-cü  dəfə  Port-Arturun  çıxıĢını  bağlamaq  haqda    qərar  qəbul 

etdilər.Bu dəfə isə 8 nəqliyatdan istifadə olunmuĢdu.Beləliklə rus donanması Port-

Arturda bir neçə günlük təcrid olundu.

  

Bununla da yapon ordularının Mancuriyaya 



yolu açılmıĢ oldu. 

1  mayda  45  minə  yaxın  yapon  ordusu  Yalu  çayına  doğru  hərəkət  etdi  və  Yalu 

çayında  döyüĢ  zamanı  Rusların  Mancuriya  ordusu  M.Ġ.Zasuliçanın  komandanlığı 

altında 18 min nəfərə yaxın itki verdi.Beləliklə Yaponiya ordularının Mancuriyada 



istilası  baĢlandı.`5  may  general  Yasukati  Okunun  komandanlığı  altında  38,5  min 

nəfərlik  yapon  ordusu  Lyaodun  yarımadasına  desant  çıxartdı.Bu  18  maya  qədər 

davam  etdi.General  Stesselyanın  komandnlığı  altında  17  min  nəfərlik  rus  hərbi 

hissələri və həmçinin Vitqeftanın komandanlığı altında Port-Artur limanındakı rus 

donanması  yapon  ordularının  desant  çıxarmasına  qarĢı  heç  bir  əməli  tədbir 

görmədi.Yapon  hissələrinin  hücumu  ilə  Port-Artur  ilə  Mancuriya  arasında 

dəmiryolu əlaqəsi kəsildi. 

15 may 2 yapon zirehli gəmisi- 12320 tonluq ―Yasima‖ və 15300 tonluq ―Xaçuse‖ 

minalı  bölgəyə  düĢdükdən  sonra  batırıldı.12-17  may  ərzində  yapon  donanması  7 

gəmi  itirdi  və  həmçinin  2  gəmi  dəymiĢ  ziyana  görə  təmirə  göndərildi.2-ci  yapon 

ordusu desant çıxartdıqdan sonra qalanı mühasirəyə almaq məqsədi ilə Port-Artura 

tərəf,cənuba doğru hərəkət etdi. 

Rus komandanları Çzinçjou Ģəhəri ətrafında öz mövqeyini möhkəmlətmək qərarına 

gəldi və 26 mayda Çzinçjouda yaponlarla ruslar arasında döyüĢ baĢ verdi.Yaponlar 

döyüĢsüz  Dalnıy  limanını  tutduıar.Oranın  tutulmasından  sonra  yapon  orduları  2 

hissəyə bölündülər:3cü ordu Port-Arturun ələ keçirilməsi üçün göndərildi,2ci ordu 

isə Ģimala doğru hərəkət etdi.14-15 iyunda Vafanqou döyüĢündə 2ci yapon ordusu 

(38 min nəfər) Q.K.ġtalkelberqin komandanlığı altında ġərqi Sibir korpusunu ağır 

məğlubiyyətə uğratdılar.30 iyulda 3-cü yapon ordusu Canavar dağlarını ələ keçirtdi 

və artıq 9 avqustda onlar qalanın yaxınlığında mövqe tutdular. 

Port-Arturun müdafiəsinə baĢlanıldı.10 avqustada Sarı dənizdə döyüĢ baĢ verdi və 

rus  eskadrasında  bir  çox  itkilər  hesabına  yaponlar  rusları  Port-Arturda  mühasirə 

altında saxlamağa müvəffəq oldular. 

Qalanım  mühasirəsi  1905-ci  il  2  yanvara  qədər  davam  etdi.Port-Artur  5  ay 

mühasirədə  qaldı  və  təxminən  91  mindən  çox  yapon  ordusu  itki  verdi.Rus 

ordusunun itkisi isə 28 min nəfər idi. 

 



 



Lyaoyan və ġaxe döyüĢləri 

1904-cü  ilin  yayı    ərzində    Yaponlar  yavaĢ-yavaĢ  Lyaoyana  doğru  hərəkət 

edirdilər- ġərqdən 1-ci ordu Tamemoto Kurokinin baĢçılığı ilə,cənubdan2-ci ordu 

Yasukata Okunun komandanlığı ilə və 4-cü ordu Mitçura Nodzinin baĢçılığı ilə. 



24  avqustda  Rus-Yapon  müharibəsi  zamanı  Lyaoyan  ətrafında  ən  böyük 

döyüĢlərdən  biri  baĢ  verdi.3  yapon  qoĢunu  rus  ordularının  mövqelərinə  hücum 

ütdilər.22  avqustdan  davam  edən  döyüĢ  ərzində  yaponlar  marĢal  Ġvao  Oyamanın 

komandanlığı  altında  təxmini  23  min  nəfər  itirdi,rus  qoĢunları  isə  Kuropatkinin 

komandanlığı altında 16 min (digər mənbələrə görə isə 19 min ölü və yaralı) itki 

vermiĢdi.



 

3  gün  ərzində  ruslar  Lyaodonun  cənubuna  doğru  yaponların  bütün 

hücumlarını  dəfə  edə  bildilər.Bundan  sonra  A.N.Kuropatkin  qoĢunun  gücünü 

yenidən  toplayaraq  Kurokinin  ordularına  qarĢı  hücuma  keçməyi  qərara 

aldı.Əməliyyat  gözlənilən  uğurları gətirə  bilmədi.Rus  orduları yaponların gücünü 

yenidən  dəyərləndirərək,Lyaoyandan  Ģimala  qədər  olan  dəmiryolu  xəttini  kəsə 

bilməyəcəklərini  baĢa  düĢdülər  və  onlar  Mukdenə  doğru  geri  çəkildilər.Lyaoyan 

döyüĢündə ruslar ağır məğlubiyyətə uğradıldılar. 

5oktyabr ġaxe çayında döyüĢ baĢ verdi.DöyüĢ rus ordularının hücumu ilə baĢladı 

(270  min  nəfər).10  oktyabrda  yapon  orduları  (170  min  nəfər)  əks  hücuma 

keçdilər.DöyüĢün  nəticəsi  müəyyən  edilməmiĢ  idi.Bu  zaman  17  oktyabrda 

Kuropatkin  hücumun  dayandırılması  əmrini  verdi.Rus  ordularının  itkisi  40  min 

yaralı və ölü,yaponlarınkı isə 30 min nəfər idi. 

1905-ci  ildə  Port-Arturun  yaponlar  tərəfindən  iĢğal  edilməsindən  sonra  ölkədə 

mövcud  quruluĢa  qarĢı  narazılıq  kəskin  surətdə  artmıĢdı.Bu  narazılıq  özünün  ən 

kəskin  təzahürünü  1905-1907-ci  illərdə  baş  vermiş  burjua-demokratik 



inqilabında tapdı. 

Ġnqilabın qarĢısında mütləqiyyətin devrilməsi və respublika elan edilməsi,mülkədar 

torpaq  sahibliyinin  ləğvi,demokratik  hüquq  və  azadlıqların  elan  edilməsi,milli 

zülmün ləğvi və xalqlara öz müqəddaratını təyin etmə hüququnun verilməsi kimi 

mühüm  vəzifələr  dururdu.1905-ci  ilin  yanvarın  9-da  Peterburqda  keĢiĢ  Qaponun 

baĢçılığı  ilə  keçirilmiĢ  nümayĢ  hpkumət  qoĢunları  tərəfindən  gülləbaran  edildi. 

―Qanlı  bazar  günü‖  adı  almıĢ  bu  hadisə  bütün  Rusiyanı  sarsıtdı.Peterburqda 

baĢlanan  inqilab  tezliklə  bütün  imperiyaya  yayıldı.Rusiyanın  iqtisadi  və  siyasi 

böhranı dərinləĢdi. 

Rusiyanın  daxili  vəziyyəti  müharibənin  nəticələrinə  də  ciddi  təsir  göstərdi.25 

yanvarda  rus  ordularının  hücuma  keçmək  istədikləri  Sandepu  döyüĢü  baĢladı.2 

kəndin  tutulmasından  sonra  Kuropatkin  29  yanvarda  döyüĢün  dayandırılması 

əmrini verdi.Rus orduları 12 min,yaponlar isə 9 min nəfər itki vermiĢdi. 

1905-ci ilin fevralında yaponlar rus ordusunu geri çəkilməyə vadar etdilər.Nəticədə 

rus və yapon orduları arasında Mukden döyüĢü baĢ verdi. 


 

 



MÜKDEN DÖYÜŞÜ 

 

Mukden döyüĢü həm orduda iĢtirak edənlərin miqyasına,həm də döyüĢün vüsətinə 

görə  Rus-Yapon  müharibəsi  gediĢində  ən  böyük  döyüĢlərdən biri  did.O  19  sutka 

davam etmiĢdi (19 fevral-10 mart ).Həmin döyüĢdə ümumi olaraq təqribi 560 min 

nəfərə  yaxın  hərbçi  iĢtirak  etmiĢdi.

 

I  Dünya  müharibəsinin  baĢlanğıcına  qədər 

Mukden döyüĢü ən iri və dəhĢətli döyüĢlərdən biri idi. 

Mukden  döyüĢündən  əvvəl  rus  ordusu  üçün  təchizat  heç  də  yaxĢı  deyildi.Belə 

ki,Port-Artur  yenicə  təslim  olmuĢdu  və  Sandepi  hücumu  heçə  çıxmıĢdı.Mukden 

döyüĢü zamanı yaponlar 1-ci hücuma keçdilər.7 martdan baĢlayaraq yapon ordusu 

Mukdenin  Ģimal-qərbinə  doğru  irəlilədi  və  Rusiyaya  gedən  dəmir  yoluna  hücum 

təhlükəsi  yaratdı.9  martda  yapon  ordusu  Kiyzanda  yerləĢən  rus  ordusuna  güclü 

zərbə endirdi və müqaviməti qıraraq açıqlığa çıxdı.Bununla da silahlı rus ordusuna 

təhlükə yarandı.Rus ordusu yaponlar tərəfindən ciddi məğlubiyyətə uğradıldılar. 

Mukden  döyüĢündə  rus  ordusu  59  min  itki,30  min  isə  əsir  verdi.General 

A.Ġ.Denikinə görə rus ordusu 2000 zabit itirmiĢdi.



 

  Yapon ordusunda isə təxminən 

70 mindən çəx ölü və yaralı var idi. 

 



 

TSUSİMA DÖYÜŞÜ 

Rus  admiralı  Rojestvenski  Vladivastoka  çata  bilmək  üçün  ən  yaxın  yolu  seçərək 

Tsusima  boğazına  doğru  irəlilədi.Pusanda  olan  yapon  admirlı  Toqo  da  bu  yolun 

seçildiyini  əvvəlcədən  nəzərdə  tutmuĢdu.Yapon  donanması  rus-yapon  döyüĢünün 

baĢlanğıcından  etibarən  topçuluq  sahəsində  özünü  inkiĢaf  etdirməyə 

baĢlamıĢdı.Yapon  donanması  rus  donanması  ilə  müqayisədə  topçuluq  sahəsində 

daha üstün toplara sahib idi və bununla rus gəmilərinin göyərtəsinə hücum etməyi 

hədəfləyirdi.Buna  qarĢılıq  rus  donanması  daha  çox  zirehli,dəlikçi  top  gülləsi 

istifadə edirdi,Rusiya gəmiləri isə kömürlə iĢlədiyindən və ehtiyat kömür götürmək 

üçün  dost  limanlar  olmadığından  bütün  bunlar  rus  gəmilərinin  hərəkəti  üçün 

çətinliklər  yaradırdı.Rus  donanması  18  min  dəniz  mili  yol  səfər  etdiyindən 


köhnəlmiĢ vəziyyətdə idi və heç də döyüĢ üçün yararlı deyildi.Yapon gəmilərinin 

sürətləri 30 km\saat səviyyədə olsa da,Rusiya gəmiləri ancaq 17 km\saat sürətində 

hərəkət  edə  bilirdi.Tsushima  mühariəsi  əsasında  admiral  Toqo,döyüĢ  gəmisi 

Mikasa idi.Mikasadan sonra döyüĢ gəmiləri Shikishma,Fuji və Asahi yer alırdı. 

Rus  donanması  yapon  donanmasına  fərq  edilmədən  Vladivastoka  çatmaq 

istəyirdi.Buna  görə  Yaponiya  sahillərinə  yaxınlaĢarkən  adi  rotadan  uzaqlaĢaraq 

nəzərə  çarpmamağı  ümid  edirdilər.26-27  may  gecəsi  Rus  donanması  Tsushima 

boğazına  yaxınlaĢdı.Gecə  hava  sisli  idi  və  rusların  lehinə  bir  vəziyyət 

yaradırdı.Ancaq  səhərə  qarĢı  02:45-də  yapon  kreyseri  Shinano  Marci,bir  gəmiyə 

aid  olduğunu  düĢündüyü  3  iĢıq  gördü  və  vəziyyəti  araĢdırmaq  üçün 

yaxınlaĢdı.Bununla  da  o  bu  gəmilərin  rus  donanmasına  məxsus  olduğunu  qət 

etdi.Səhər 06:34-də admiral Toqo Tokiodakı donanma nazirinə aĢağıdakı özündən 

əmin  mesajı  vermiĢdi:  ―Bu  anda  düĢmən  donanmasının  göründüyü  xəbərini 

aldım.Donanmamız  dərhal  hərəkətə  keçərək  düĢmənə  hücum  edəcək  və  onu  yox 

edəcək.‖  Saat  13:50  radələrində  admiral  Toqo  ―imperatorluğun  gələcəyinin  bu 

döyüĢdən asılı olduğunu‖ deyərək öz əsgərlərinə ruh yüksəkliyi verir.Rus gəmiləri 

cənub,cənub-qərbdən  Ģimal-Ģərqə  doğru  irəliləyərkən,yaponlar  da  qərbdən  Ģimal-

Ģərqə doğru irəlilədilər.Yaponların hücumu rus gəmilərinə çox ağır ziyan vurur. 

―Gəmini  vuran  güllələri  saya  bilməz  hala  gəlmiĢdik.Top  güllələri  bir-birinin 

ardınca aman vermədən baĢımızdan aĢağıya yağırdı.Gəminin polad zirehli gövdəsi 

və körpü qismi paramparça oldu,çox saylı yaralı var idi.Bunun yanında partlamalar 

səbəbiylə  yüksək  istilik  və  alovlar  bütün  gəmini  qucaqlamıĢdı.‖(  Bayraq  gəmisi 

Suvorov’dakı zabitlərdən Vladimir Semenov)

 

Yaponlar tərəfindən batırılan Navarin rus gəmisi 622 heyətdən ibarət olsa da,ondan 

ancaq 3 nəfər sağ qala bilmiĢdi.DöyüĢdə ağır məğlubiyyətə uğradıqdan sonra rus 

admiralları Nebaqatov və Rojestvenski yaponlar tərəfindən əsir düĢür. 

Müharibə  Rusiya  imperatorluğu  üçün  ölümcül  bir  itki  olmuĢdu.Bütün  döyüĢ 

gəmiləri  itirilmiĢ,kreyserlərin  çoxu  batmıĢ  və  döyüĢ  Yaponiyanın  lehinə  sona 



çatmıĢdı.Rusiya imperatorluğu 4380 əsgərini itirmiĢ və aralarında 2 admiral olmaq 

üzrə  5917  əsgər  əsir  düĢmüĢdü.Rus  gəmilərinin  çoxu  ya  yaponlar  tərəfindən  ələ 

keçirilmiĢ 

ya 


da 

keçirilməməkdən 

ötrü 

öz 


heyəti 

tərəfindən 

batırılmıĢdı.Müharibədə yaponlar isə ancaq 117 nəfər əsgərini itirmiĢdi. 

 

 



V FƏSİL - MÜHARİBƏNİN SİYASİ NƏTİCƏLƏRİ VƏ 

PORT-SMUT SÜLHÜ 

 

Bilavasitə  nəticələrinə  görə  Tsusima  döyüĢü  birmənalı  Ģəkildə  Yaponiyanın 

xeyrinə  olaraq  rus-yapon  müharibəsini  yekunlaĢdırdı.Müharibənin  nəticələrinə 

əsasən  Rusiyanın  hərbə  mövqeyini  itirilməsi  dünyada  güc  balansının 

destabilizasiyasına səbəb oldu,hansı ki bu da  I dünya müharibəsinin baĢlanmasının 

səbəblərindən biri oldu.Tsusima məğlubiyyəti ölkənin daxilində inqilabi hərəkatın 

baĢlanmasına səbəb oldu. 

Digər tərəfdən bu müharibə Yaponiya və ümumiyyətlə bütün Asiya xalqları üçün 

―ağ irqin üstünlüyü‖ fikrinə qalib gəlməsinə səbəb oldu və müasir dövrdə ilk dəfə 

olaraq Asiyalı bir dövlət avropalı nəhəngə elm və texnika yolu ilə qalib gəldi. 

Tsusima  müharibəsi  Yaponiyanın  dünyanın  6  böyük  dəniz  dövlətlərinin  sırasına 

qatdı.Belə  ki,  Yaponiya  donanması  həm  Port-Artur  limanına  sahib  olmaqla,həm 

Rusiyanın ələ keçirilmiĢ gəmi və kreyserləri,həm də yeni gəmilər sayəsində daha 

da inkiĢaf etdirildi. 

Yaponların hərbi uğurları və rus ordularının məğlubiyyəti Uzaq ġərqdə vəziyyəti 

xeyli dəyiĢdi və ABġ,Ġngiltərə,Fransa və Almanın mövqelərinə təshihlər etdi.Rus 

eskadrasının Tusisima döyüĢündə dəhĢətli darmadağın edilməsindən sonra hər Ģey 

aydın  oldu.Ġngilis  hökuməti  Yaponiyanın  London  banklarına  yolunu  bağlamağa 

baĢladı.Ġngiltərə  və  ABġ  Yaponiyanın  daha  da  güclənməsini  və  Rusiyanın  Uzaq 

ġərqdə  regionunda  olduqca  çox  zəifləməsini  istəmirdilər.Fransa  isə  ümumiyyətlə 

iri  rus  hərbi  birləĢmələrinin  ġərqə  aparılmasının  əleyhinə  idi,çünki  Rusiya  ona 

Almaniyanı  tarazlaĢdıran  qüvvə  kimi  lazım  idi.Buna  görə  də  hamısı  belə  qərara 



aldı  ki,müharibəni  dayandırmaq  vaxtıdır.Bütün  bunlar  tərəflər  arasında  sülh 

danıĢıqlarının  sürətlənməsinə  səbəb  oldu.Yaponiya  Uzaq  ġərqdə  Rusiya 

ərazilərinin  bir  qismini  iĢğal  edə  bilərdi.Rusiya  da  baĢlanmıĢ  inqilab  hökümətin 

müharibəni  davam  etdirməsinə  mane  olurdu.Rusiyanın  müharibəni  davam 

etdirmək  imkanı  məhdud  idi.Yaponiya  da  sülh  müqaviləsinin  bağlanmasında 

maraqlı idi. 

1905-ci ilin martında Yaponiyanın müdafiə naziri Terautsi Tokiodakı ABġ səfirinə 

bildirdi  ki,Yaponiya  müharibənin  tezliklə  qurtarmasını  istəyir.Yaponiya  sülh 

danıĢıqlarında ABġ-ın vasitəçilik etməsində maraqlı idi. 

ABġ Uzaq ġərqdə və Sakit okeanda mövqelərini möhkəmləndirməyə çalıĢırdı,ona 

görə Rusiya və Yaponiyanın zəiflənməsində maraqlı idi.Rusiyanın məğlubiyyətinə 

çalıĢan ABġ müharibə zamanı Yaponiyaya böyük yardım göstərmiĢdi. 

1905-ci ilin martın 21-də Rusiya hökuməti Fransanın nəzərinə çatdırdı ki,Yaponiya 

ilə sülh imzalamağa hazırdır.Aprelin 5-də Fransanın xarici iĢlər naziri Yaponiyanın 

Parisdəki səfirinə bildirdi ki,sülh danıĢıqlarının baĢlanmasına kömək edəcək,lakin 

Yaponiya  Rusiya  üçün  məqbul  olmayan  bir  sıra  Ģərtlərindən  imtina 

etməlidir.Yaponiya hökuməti danıĢıqlara hazır olduğunu bildirdi. 

Yaponiya Fransanın təĢəbbüsü haqqında ABġ hökumətinə məlumat verdi və ABġ 

prezidentinin  sülh  danıĢıqlarında  vasitəçilik  etməsini  xahiĢ  etdi.Yaponiya  bildirdi 

ki,ABġ-ın  istəyinə  uyğun  olaraq  Mancuriyada  ―açıq  qapılar‖  prinsipinə  əməl 

edəcək. 

Almaniya  və  Ġngiltərə  Uzaq  ġərqdə  müharibənin  uzanmasında  maraqlı  idi.Fransa 

isə rus-yapon müharibəsinin tezliklə qurtarmasını istəyirdi.  

 



 

TAFT-KAÇURA SAZİŞİ

 

 



1905-ci  ilin  iyulunda  ABġ-ın  müdafiə  naziri  Taft  Yaponiyaya  səfər 

etdi.Yaponiyanın  baĢ  naziri  Kaçura  ilə  Taft  arasında  gizli  danıĢıq  oldu.Kaçura 

bildirdi ki,Filippinin ABġ tərəfindən iĢğalına etiraz etmir.1905-ci ilin iyulun 29-da 

ABġ-la  Yaponiya  arasında  imzalanmıĢ  saziĢə  görə  ABġ  Koreya  üzərində 

Yaponiyanın protektoratını tanıdı.SaziĢin mahiyəti belə idi: 


 

Uzaq  ġərqdə  sülhün  qorunması  üçün  Yaponiya,Böyük  Britaniya  və  ABġ 



arasında  faktiki  ittifaqın  (alliance  in  practice)  yaradılması  üçün  Kaçura  öz 

təkliflərini ifadə etdi. 

 

Taft bunun əvəzində bildirdi ki,prezident ittifaqa getmək kimi bir səlahiyyətə 



malik  deyildir  və  lakin  belə  ittifaqsız  da  Amerika  xalqı  Yaponiya  və  Böyük 

Britaniya  xalqı  ilə  Uzaq  ġərqdə  sülhün  qorunması  ilə  o  qədər  həmrəydir  ki,hətta 

hər hansısa bir vəziyyətdə belə Yaponiya və Ġngiltərə ABġ hökumətinin köməyinə 

inana bilər,belə ki,bu zaman ABġ müqaviləyə uyğun hərəkət etməyə məcburdur. 

 

Məntiqi  olaraq  Rus-Yapon  müharibəsinin  nəticələrinə  əsasən  Yaponiyanın 



Koreya üzərində suverenliyi ilə bağlı məsələdə Taft Kaçura ilə razılaĢırdı.Koreya 

Yaponiyanın icazəsi olmadan heç bir dövlətlə müqavilə bağlaya bilməzdi. 

 

Kaçura  Taft  ilə  razılaĢdı  ki,nə  qədər  ki,ABġ  Yaponiyanın  dostu 



sayılır,Yaponiya ABġ-ın Filippində idarəsini tanımağa hazırdır. 

ABġ prezidenti T.Ruzvelt imzalanmıĢ müqaviləni təqdir etdi və Tafta göndərdiyi 

teleqramda  bildirdi  ki,  ―Sizin  Kaçura  ilə  söhbətiniz  qəti  olaraq  bütün 

münasibətlərdə  qanuni  və  doğrudur.Mən  istəyirəm  ki,Kaçuraya  onun  hər  bir 

sözünü təqdir etdiyimi bildirəsiniz"  

1905-ci 


ilin  avqustunda  Ġngiltərə  ABġ-Yaponiya  saziĢini  tanıdığını 

bildirdi.Avqustun  12-də  Ġngiltərə  ilə  Yaponiya  arasında  yeni  ittifaq  müqaviləsi 

imzalandı.Müqavilədə  deyilirdi  ki,tərəflərdən  birinin  üçüncü  dövlətlə  müharibəsi 

zamanı  digər  tərəf  ona  hərbi  yardım  etməlidir.Ġngiltərə  Koreya  üzərində 

Yaponiyanın  protektoratını  tanıdı.Müqavilədə  həmçinin  qeyd  olunurdu 

ki,Hindistan xarici müdaxiləyə məruz qaldığı təqdirdə Yaponiya Ġngiltərəyə hərbi 

yardım  etməlidir.  Koreya  hökuməti  ABġ-dan  onun  müstəqilliyinin  qorunub 

saxlanmasını  yardım  göstərməyi  xahiĢ  etdi.Lakin  ABġ  Koreyanın  təklifini  qəbul 

etmədi.1905-ci  ilin  noyabrın  17-də  Yaponiya  ilə  Koreya  arasında  müqavilə 

imzalandı.Müqaviləyə  görə  Koreyanın  xarici  siyasətinə  Yaponiya  nəzarət  etməli 

idi. 

 


 

PORTSMUT SÜLHÜ 

1905-ci  ilin  iyunun  5-də  ABġ  prezidenti  T.Ruzvelt  Rusiya  hökumətindən 

Yaponiya  ilə  danıĢıqlar  aparmaq  üçün  nümayəndə  heyəti  göndərməyi  xahiĢ 

etdi.Ġyunun  7-də  Rusiya  imperatoru  II  Nikolay  sülh  danıĢıqlarına  hazır  olduğunu 

bildirdi.ABġ Çinin sülh danıĢıqlarında iĢtirakın əleyhinə idi. 

Rusiya  və  Yaponiya  ABġ-a  nümayəndə  heyəti  göndərdi.ABġ  prezidenti  hər  iki 

ölkənin  nümayəndələri  ilə  görüĢdü  və  onlara  sülh  müqaviləsinin  zəruriliyini  izah 

etdi.Ruzvelt  hesab  edirdi  ki,Yaponiya  Koreyaya,Mancuriyaya,ümumiyyətlə  ,Çinə 

göz  dikdikcə  Rusiya  Yaponiyanın  təbii  düĢməni  olaraq  qalacaq.Buna  görə  də 

Ruzvelt  Yaponiyanın  iĢğalçılıq  planlarından  imtina  etməsini  istəmir  və  onu 

müdafiə  edirdi.1905-ci  ilin  avqustun  9-da  ABġ-ın  Port-Smut  Ģəhərində  sülh 

konfransı  iĢə  baĢladı.DanıĢıqlar  konfranslar  təcrübəsində  ilk  dəfə  olaraq  eyni 

vaxtda həm ingilis,həm də fransız dillərində aparılırdı.



Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin