II FƏSİL- XX ƏSRİN İLK İLLƏRİNDƏ UZAQ ŞƏRQDƏ MÖVCUD
VƏZİYYƏT VƏ
BEYNƏLXALQ ŞƏRAİTİN TƏHLİLİ
Yaponiya Çində nüfuzunu gücləndirirdi.Ġngiltərə,Almaniya,Fransa və ABġ ondan
geri qalmamaəa çalıĢırdılar.Rusiya Sakit okeanda donmayan limanlara malik
olmaq və Mancuriyada möhkəmlənmə məqsədilə Uzaq ġərqdə təsirini
artırırdı.Sibir dəmir yolunun tikintisi gedirdi.Tikinti iki istiqamətdə-Çelyabinsk və
Vladivastok tərəfdən aparılırdı.Bu layihəyə vacib siyasi əhəmiyyət verən hökumət
onun maliyyləĢməsinə nəinki xarici,heç rus xüsusi kapitalını da yaxın
buraxmadı.Rusiyanın Çindəki təsiri güclənirdi.
Yaponiya sənaye millətinə çevrilməyə baĢlamıĢdır..Çin səddini deĢməyə cəhd etdi
və Ġngiltərə,Almaniya,Fransa,Rusiya,hətta Ġtaliya kapitalistlərinin hərəsi bir
tərəfdən diĢlərini onun üzə çıxardı bu ləzzətli tikəyə sancdılar.
Bu zaman Çində Avropa ölkələrinin diqqətini uzun müddət özünə cəlb edən hadisə
baĢ verdi.Dünyanın aparıcı ölkələrinin Çinin bəlünməsinə yönəlmiĢ siyasəti bu
ölkədə əhalinin geniĢ təbəqələrinin get-gedə artan etirazına səbəb oldu.XIX əsrin
sonlarında bir sıra Çin Ģəhərlərində çıxıĢlar baĢ verdi.1898-1899-cu illərdə
Çandun,Çjili,ġensi və Mancuriyada silahlı çıxıĢlar olmuĢdu.1900-cu ilin mayında
Çində böyük xalq üsyanı baĢlandı.Üsyana ―Ġxetuan‖ adlı gizli cəmiyyət baĢçılıq
edirdi. ―Ġxetuan‖ sözü ―sülh və ədalət könüllüləri‖ mənasını verir.Bu cəmiyyətin
əvvəlki adı ―Ġxetsuan‖ (sülh və ədalət naminə yumruq) idi.Qərb dövlətləri
―yumruq‖ sözünə istinad edib üsyan iĢtirakçılarını ―boksyorlar‖ adlandırırlar.
[2
Üsyanın hərəkətverici qüvvəsini kəndlilər təĢkil edirdi.Üsyan həm xarici
müdaxiləçilərə,həm də yerli mülkədarlara və idarəetmə orqanlarına qarĢı
yönəlmiĢdi.Üsyan 1900-cu ilin may-iyun aylarında Pekində və Tyantszində
baĢlandı.Qərb dövlətləri Çindəki imtiyazlarını itirmək istəmirdilər.Qərb dövlətləri
arasındakı ziddiyyətlər Çində üsyanın birgə qüvvə ilə yatırılmasına mane
olurdu.Ġngiltərə ―boksyor üsyanı‖-nın yapon qoĢunları tərəfindən yatırılmasını
təklif etmiĢdi.Ġngiltərə Yaponiyanın köməyi ilə Çində Rusiyanın mövqelərini
zəiflətmək istəyirdi.Ġngiltərənin təklifi Yaponiyanın mənafeyinə uyğun idi.Belə
ki,Yaponiya Avropa dövlələrinin icazəsi ilə Pekinə qoĢun göndərməkdə maraqlı
idi.Rusiya və Almaniya Yaponiyanın Pekinə qoĢun göndərməsinin əleyhinə
idi.Almaniya çalıĢırdı ki,Çindəki üsyan alman qoĢunlarının köməyi ilə yatırılsın və
bu yolla onun Çində mövqeyi daha da möhkəmlənsin.Rusiya və Almaniyanın
müqaviməti nəticəsində Ġngiltərənin planı qəbul edilmədi.Böyük dövlətlərin
Çindəki üsyanı birlikdə yatırması haqqında qərar qəbul edildi.Almaniyanın
imperatoru II Vilhelmin təĢəbbüsü ilə beynəlxalq silahlı qüvvələrə alman generalı
baĢ komandan təyin edildi.Rus generalı Lineviçin komandanlıq etdiyi 20 min
nəfərdən ibarət beynəlxalq ekspedisiya korpusu 1900-cu ilin avqustun 14-də
Pekinə daxil oldu.Çin höküməti Sian Ģəhərinə köçdü.1900-cu ilin oktyabrında
Mancuriya rus qoĢunları tərəfindən iĢğal edildi.ġanxayda üsyançılar yox idi,lakin
Qərb dövlətləri oraya da qoĢun göndərdilər.Rusiya təklif etdi ki,üsyanın yatırılması
ilə bağlı bütün xarici dövlətlər Çindən öz qoĢunlarını çıxartsın.Rusiya hesab edirdi
ki,Çin höküməti Pekinə qayıtmalı və ölkədə asayiĢi bərpa etməlidir.Rusiya Qərb
dövlətlərinə qarĢı mübarizədə Çin hökümətinə kömək etməyə hazır idi.Qərb
dövlətləri Rusiyanın təklifini qəbul etmədi.Ġngiltərə və Yaponiya mətbuatında
Rusiya əleyhinə təbliğat geniĢləndi.Qərb dövlətləri çalıĢırdılar ki,Rusiya öz
qoĢunlarını Mancuriyadan çıxartsın.1900-cu ilin payızında Çin höküməti ilə
müdaxiləçi dövlətlər arasında danıĢıqlar baĢlandı və 1901-ci ilin sentyabrın 7-də
onların arasında sülhə müqaviləsi imzalandı.Çin 650milyon manat təzminat
ödəməli idi.Üsyanın rəhbərləri Çin höküməti tərəfindən edam edilməli
idi.Müqaviləyə görə 2 il ərzində Çinə silah ixracı qadağan edildi.Müqavilənin
imzalanmasından sonra xarici qoĢunlar Pekini tərk etdi.
Çində Rusiya və Ġngiltərənin mövqeləri daha möhkəm idi.Ġngiltərədə və
Yaponiyada Rusiya əleyhinə geniĢ təbliğat aparılırdı.Yaponiya sürətlə silahlanır və
Rusiyaya qarĢı müharibəyə hazırlaĢırdı.Yaponiya Çindən aldığı təzminatın çox
hissəsini silahlanmaya xərcləmiĢdi.Yaponiya Sibir dəmiryolunun istifadəyə
verilməsinə qədər Rusiyaya qarĢı müharibəyə baĢlamaq fikrində idi.Eyni zamanda
Yaponiya Almaniyanın və Fransanın Rusiyanı müdafiə etməsindən narahat
idi.Yaponiya hesab edirdi ki,Ġngiltərə Fransa və Almaniyanın rus-yapon
müharibəsinə müdaxiləsinin qarĢısını ala bilər.
Rusiya öz tərəfindən Pekinlə müqavilə bağlamağa,Mancuriyada öz güzəĢtlərini
saxlamağa və onları səddarxası Çinin bütün ərazisinə yaymağa can atırdı.
Eyni zamanda Peterburqda Mancuriya haqqında separat Rusiya-Çin saziĢinə
hazırlıq gedirdi.Onun layihəsi 1901-ci ilin yanvarın 26-da Rusiya Xarici ĠĢlər
Nazirliyi tərəfindən qəbul olunmuĢ və fevralda II Nikolay tərəfindən təsdiq
ediliĢdi.Bu sənədin iĢlənib hazırlanmasızamanı ciddi fikir ayrılıqları üzə
çıxdı.Hərbi nazir A.N.Kuropatkin rus qoĢunlarının bir hissəsinin Mancuriyada
qalmasını zəruri sayır,Xarici iĢlər naziri V.N.Lamzdorfun dəstək verdiyi baĢ nazir
S.Y.Vitte isə bütün kontingentin çıxarılmasına çağırırdı.14 bənddən ibarət olan son
layihədə deyilirdi ki,rus qoĢunları Mancuriyada ―sakitliyin bərqərar olmasından‖
və Çin tərəfinin bu saziĢin qərarlarını yerinə yetirməsindən sonra çıxarılacaqdır.5-
ci maddəyə görə Çin hökuməti ―rus hökumətinin təqdimatı ilə mərkəzi hakimiyyət
tərəfindən təyin olunan və fəaliyyəti hər iki imperiya arasında qərarlaĢmıĢ dostluq
münasibətlərinə uyğun gəlmiyən uzyantszyunları və digər ali inzibati vəzifə
daĢıyanları dəyiĢdirməli‖ idi.8-ci maddəyə uyğun olaraq isə Çin hökuməti rus
hökumətinin razılığı olmadan səddin bu tərəfindəki bütün Çin ərazisində heç bir
konsessiya verə bilməzdi.Belə saziĢin bağlanması haqqında danıĢıqlar gedirdi,lakin
Ġngiltərə,Yaponiya,ABġ və baĢqa ölkələrin etirazları səbəbindən onları
dayandırmaq lazım gəldi.Ġngiltərəyə Rusiyaya qarĢı daha güclü müttəfiq lazım
idi,belə müttəfiq yalnız Almaniya ola bilərdi.Ġngiltərə Almaniya ilə Rusiyaya qarĢı
birgə çıxıĢ etmək barədə danıĢıqlar aparırdı.Ġngiltərə və Yaponiya çalıĢırdı
ki,Almaniya Rusiya ilə Çin arasında saziĢə etiraz etsin və Rusiya ilə Yaponiya
arasında müharibə zamanı bitərəf qalsın.Yaponiya Çin hökumətinə xəbər göndərdi
ki,Rusiya ilə münaqiĢə halında o Çinə dəstək verəcəkdir.
Almaniya hökuməti Rusiya ilə Yaponiya arasında razılaĢmanın əleyhinə
idi.Almaniya Uzaq ġərqdə müharibənin baĢlanmasında maraqlı idi.Almaniya
çalıĢırdı ki,Rusiya silahlı qüvvələrinin əksəriyyətini Uzaq ġərqə aparsın və Rusiya-
Fransa ittifaqı zəifləsin.Ona görə Almaniya Rusiyanın Çinlə Mancuriya ilə bağlı
saziĢ imzalanmasının əleyhinə çıxıĢ etdi.Almaniya hökuməti rus-yapon müharibəsi
zamanı bitərəf qalacağını bildirdi.Fransa Rusiyanın müttəfiqi olması Yaponiyanı
narahat edirdi.Mancuriya iqtisadiyyatına həm də Fransa kapital qoymuĢdu.Ona
görə Yaponiya hökuməti Ġngiltərəyə müraciət etdi.Yaponiya istəyirdi ki,rus-yapon
müharibəsi zamanı Ġngiltərə Fransanın bitərəfliyini təmin etsin.Ġngiltərə hökuməti
əvvəlcə bu məsələdə Almaniyanın mövqeyini öyrənməyə çalıĢdı.Ġngiltərənin
məqsədi rus-yapon müharibəsi zamanı Fransanın bitərəfliyini həm də Almaniyanın
köməyi ilə təmin etmək idi.Almaniya Ġngiltərənin təklifini qəbul etmədi.Almaniya
Rusiya ilə Yaponiya arasındakı müharibəyə qoĢulmaq niyyətində deyidi.1901-ci
ilin martın 15-də Almaniyanın kansleri Fon Byulov reyxstaqdakı çıxıĢı zamanı
bildirdi ki,Çində ―açıq qapıların‖ və Çinin ərazi bütövlüyünün qorunması haqqında
1900-cu ilin oktyabrında imzalanmıĢ Ġngiltərə-Almaniya saziĢi Mancuriyaya Ģamil
edilmir.Almaniyanın bəyanatı Ġngiltərənin narazılığına səbəb oldu.Ġngiltərə
hökuməti Yaponiya ilə danıĢıqlar aparırdı. 1901-ci ilin martın 16-da Ġngiltərə
hökuməti rus-yapon müharibəsi zamanı bitərəf qalacağını bildirdi.Ġngiltərənin
xarici iĢlər naziri bildirdi ki,beynəlxalq vəziyyətin təsiri ilə onun ölkəsinin
siyasətində dəyiĢiklik edə bilər.
III FƏSİL-MÜHARİBƏNİ ŞƏRTLƏNDİRƏN AMİLLƏR:
1902-CĠ ĠL ĠNGĠLTƏRƏ-YAPONĠYA MÜQAVĠLƏSĠNĠN
BEYNƏLXALQ ġƏRAĠT VƏ QÜTBLƏġMƏYƏ TƏSĠRĠ
Rus diplomatiyası baĢqa ölkələrlə,ilk növbədə,Yaponiya ilə mübahisəli məsəlilərin
tənzimlənməsi üçün yollar axtarmağa baĢladı.Peterburqda ümid edirdilər
ki,Koreyada güzəĢtlərə getməklə Mancuriyada Yaponiyanı neytrallaĢdırmaq
mümkün olacaqdır.Ancaq artıq gec idi.Rusiya təcrid olunmuĢ vəziyətdə
qaldı.Almaniya hiyləgərlik edərək Rusiya ilə ikili oyun oynayırdı.Yaponiya ilə
danıĢıqlar aparan Berlin eyni zamanda qərb sərhədlərində sakitlik və zəruri borc
pul vermək vədi ilə Rusiyanı onunla müharibəyə sürükləyirdi.
Yaponiya hakim dairələrində Rusiya ilə münasibətlərin inkiĢafına iki baxıĢ
vardı.Birincinin tərəfdarları Rusiya ilə danıĢıqların və Yaponiya üçün əlveriĢli
saziĢlərin bağlanmasını mümkün hesab edirdilər.Bu istiqaməti Yaponiyanın baĢ
naziri X.Ġto təmsil edirdi.1900-cu ilin avqustunda onun proqramı dərc olundu.O,
―Koreya-Yaponiyaya,Mancuriya-Rusiyaya‖ düsturu üzrə saziĢin tərəfdarı
idi.BaĢqa sözlə o,Mancuriyanı Koreyaya dəyiĢməyə çağırırdı.Ġkinci nöqteyi-nəzər
tərəfdarları Yaponiyanın müharibəyə daha yaxĢı hazırlandığını əsas gətirərək
Rusiya ilə müharibəyə baĢlamağı təklif edirdilər.Amma Yaponiyaya pul lazım
idi.Buna görə də Tokia bir tərəfdən Rusiya danıĢıqları uzadır və ona Çinlə
müqavilə bağlamağa mane olur,digər tərəfdən isə qorxurdu ki,müharibə baĢ
verərsə,Rusiya Avropa dövlətlərindən kömək və dəstək ala biləcəkdir.Yapon
hökuməti həm Almaniya,həm də Ġngiltərə ilə danıĢıqlar aparırdı.
Ġngiltərə
ingils-iyapon
ittifaqının
bağlanmasını
haqqında
danıĢıqlara
getmiĢdi,amma tələsməyərək,hər Ģeyi ölçüb-biçirdi.1901-ci ilin iyununda
Yaponiyada qraf Katsuranın baĢçılığı ilə əksəriyyəti hərbiçilərdən ibarət olan yeni
hökumət quruldu.Bu hökumət Rusiyaya qarĢı Ġngiltərə ilə ittifaqı zəruri
sayırdı,digər tərəfdən,Ġngiltərənin ―parlaq təcrid‖ siyasətindən imtina etməsinə
inanmırdı.Ona gğrə Yaponiya çalıĢırdı ki,Rusiya ilə saziĢ imzalansın və Rusiya
Koreyanın Yaponiya tərəfindən iĢğalı ilə razılaĢsın
.
1901-ci ilin oktyabrın 16-da Yaponiyanın Londondakı səfiri Ġngiltərənin xarici
iĢlər nazirinə ittifaq müqaviləsinin Ģərtlərini təqdim etdi:
1)Koreya və Mancuriya Yaponiyanın nüfuz dairəsi kimi tanınmalı idi;
2)Tərəflərdən biri eyni vaxtda iki dövlətlə müharibə etdiyi zaman digər tərəf ona
hərbi yardım etməli idi;
3)Ġngiltərə isə Rusiya Koreyanı iĢğal etmək istəsə Yaponiyaya yardım göstərməli
idi.
Ġngiltərə hökuməti Yaponiyanın təklifi ilə razılaĢmadı.1901-ci ilin noyabrın 6-da
Ġngiltərənin xarici iĢlər naziri hökumət tərəfindən hazırlanmıĢ müqavilə layihəsi ilə
Yaponiyanın səfirini tanıĢ etdi.Layihədə deyilirdi ki,Yaponiya hər hansı bir
dövlətin Hindistana hücumu zamanı Ġngiltərəyə kömək etməlidir.Ġngiltərəyə
diplomatik təzyiq göstərməkməqsədi ilə Yaponiya hökuməti Avropa ölkələrinə
nümayəndə heyəti göndərdi.Nümayəndə heyəti 1901-ci ilin noyabrın 13-də Parisə
gəlib Fransanın xarici iĢlər naziri Delkasse ilə görüĢdü.1901-ci ilin dekabrında həm
Ġngiltərə,həm də Yaponiya ittifaq müqaviləsi imzalamağa hazır olduqlarını bəyan
etdilər.
30 yanvar 1902-ci ildə Britaniya xarici işlər naziri Q.Lensdaun Yaponiya ilə
faktiki olaraq ABŞ-a, Almaniyaya və başlıcası Rusiyaya qarşı hərbi-siyasi
ittifaqı təsdiq edən müqavilə imzaladı.Müqavildə Çindəki təsir dairələri və
Yaponiyanın Koreyadakı maraqları müəyyənləĢdirilmiĢdi.Ġngilis nümayəndəliyi
gizli hərəkət edirdi.Ġngilis parlamenti üçün müqavilənin imzalanması xəbəri
təmamilə gözlənilməz oldu.Müqavilənin məzmunu belə idi:Böyük Britaniya və
Yaponiya Çin Koreyanın müstəqilliyini tanımaqla bəyan edirdilər ki, ―onların bu
və ya digər ölkədə heç bir təcavüzkar niyyəti yoxdur.‖ Eyni zamanda siyasət,ticarət
və sənaye məsələlərində öz xüsusi maraqları ( Böyük Britaniyanın
Çində,Yaponiyanın isə Çin və Koreyada) olduğundan heç bir tərəf üçün ―hər hansı
bir dövlətin təcavüzkar hərəkətlərinin və ya Çində yaxud Koreyada baĢ verən
iğtiĢaĢların ticarət maraqlarına təhlükə yaratdıöı halda onların mühafizəsi
məqsədilə zəruri tədbirlər görmək‖ imkanı nəzərdə tutulurdu.Beləliklə,Ġngiltərə və
Yaponiya Çində və Koreyada mövcud olan vəziyyətdən bu ölkələrin iĢlərinə
qarıĢmaq üçün istədikləri kimi istifadə edə bilərdilər.Müqavilədə deyilirdi
ki,Ġngiltərə yaxud Yaponiyanın baĢqa dövlətlə müharibəyə cəlb olunduğu halda
―digər razılığa gələn yüksək tərəf ciddi neytrallığa riayət edəcək və baĢqa
dövlətlərin öz müttəfiqinə qarĢı düĢməncəsinə hərəkətlərə qoĢulmasına mane
olmağa çalıĢacaqdır‖.Müqaviləni imzalamıĢ ölkələrdən biri eyni zamanda iki
dövlətlə müharibə etsəydi,digər tərəf ona hərbi yardım etməli idi.Tərəflər öz
müttəfiqi ilə məsləhətləĢmədən onlardan heç birinin digər dövlətlə əməkdaĢlıq
etməyəcəyi barədə öhdəlik götürdülər.Əgər Böyük Britaniyanın və ya Yaponiyanın
maraqlarına təhlükə yaranarsa.hər iki hökumət bu barədə bir-birinə tam
məsuliyyətlə xəbər verəcəkdir.Ġngiltərə Yaponiyanın dəniz kommunikasiya
xətlərini qorumağı öz öhdəsinə götürürdü və Uzaq ġərq sularında dəniz
donanmasını saxlamaq hüququna malik olurdu.ABġ rəsmi Ģəkildə müqaviləyə
qoĢulmamıĢdı.Lakin,Ġngiltərə
tam
Ģəkildə
ABġ
tərəfindən
müdafiə
olunurdu.Ġngiltərə-Yaponiya ittifaqı 5 illiyə bağlanmıĢdı.Onu bağlayan kimi
Ġngiltərə Rusiya ilə danıĢıqlara getdi.Buna onu ilk növbədə öz hərbi potensialını
günü-gündən artıran Almaniyanın siyasəti vadar edirdi.Məhz bu zaman
Almaniyada 2-ci dəniz proqramı qəbul edilmiĢdi.Ġngilis-alman ziddiyətləri güclənir
və təkcə Ġngiltərənin siyasətinə yox,həm də Avropadaki vəziyətə getdikcə daha çox
təsir göstərirdi.Londonun Peterburqla danıĢıqları uzun və çətin keçirdi.Uzaq
ġərqdə Ġngiltərəni yalnız Rusiyanın Mancuriyadan o tərəfə irəliləməməsi
maraqlandırırdı.Amma London Orta Asiyada və Qafqazda Rusiyadan güzəĢtlər
qoparmağa çalıĢırdı.Peterburqda Londonun Rusiyanın Əfqanıstanla diplomatik
münasibətlərdən Ġranda nüfuz dairələrinin bölünməsindən imtina etməsi təklifini
qəbul olunmaz hesab edirdilər.
Ġngiltərə ilə Yaponiya arasında müqavilənin imzalanması Rusiyanı narahat
edirdi.Rusiya öz müttəfiqi olan Fransaya Ġngiltərə-Yaponiya müqaviləsinə qarĢı
birlikdə çıxıĢ etməyi təklif etdi.1902-ci il martında Rusiya və Fransanın nəĢr
edilmiĢ birgə bəyanatında deyilirdi ki,onlar həm də Uzaq ġərqdə əməkdaĢlıq
edəcəklər.Lakin bəyənnamədə onların Uzaq ġərqdə hərbi əməkdaĢlığından bəhs
olunmurdu.Rusiya hökuməti həm də Almaniyaya Ġngiltərə-Yaponiya ittifaqına
qarĢı birgə bəyannamə ilə çıxıĢ etməyi təklif etdi.Almaniya Rusiyanın təklifini
qəbul etmədi.
RUS-YAPON KONFRANTASĠYASININ YÜKSƏLĠġĠ
1901-ci ilin avqustunda Çin hökuməti Rusiyaya Mancuriya ilə bağlı danıĢıqlara
baĢlamağı təklif etdi.Rusiyanın xarici iĢlər naziri rus qoĢunlarının könüllü Ģəkildə
Mancuriyadan çıxarılmasına tərəfdar idi.Rusiyanın xarici iĢlər naziri bildirdi
ki,Yaponiya mütləq Rusiyaya qarĢı müharibəyə baĢlayacaq.Ona görə Lamzdorf
Çinlə müqavilə imzalamağın əleyhinə idi.Yaponiya Çinlə Rusiya arasında
müqavilə bağlanmasını istəmirdi.
Rusiya 18 ay müddətində qoĢunlarını Çindən çıxartmağa razı idi.Rusiya çalıĢırdı
ki,Mancuriyada
yalnız
Rusiya-Çin
bankına
konsessiyalar
verilsin.Ġngiltərə,Yaponiya və ABġ Rusiyanın təklifini etirazla qarĢılaĢdı.1902-ci
ilin fevralında ABġ bildirdi ki,Rusiyanın mövqeyi ―açıq qapılar‖ prinsipinə
ziddir.1902-ci ilin aprelində Rusiya ilə Çin arasında saziĢ imzalandı.SaziĢə görə
Rusiya 18 ay müddətində mərhələlərlə öz qoĢunlarını Mancuriyadan çıxartmalı
idi.Lakin Mancuriyada sabitliyin pozulması və xarici dövlətlərin müdaxiləsi
zamanı Rusiya oradan qoĢunların çıxarılmasını dayandıra bilərdi.Çin Mancuriya
ərazisində dəmiryolu çəkmək məsələsini mütləq Rusiya ilə müzakirə etməli
idi.1902-ci ilin payızınadək Rusiya öz qoĢunlarının bir hissəsini Mancuriyadan
çıxartdı.Rusiyada hakim dairələrinin bir qismi qoĢunların Mancuriyadan
çıxarılmasını istəmirdi.Onlar eyni zamanda Koreyaya qoĢun göndərilməsini tələb
edirdilər .in ABġ və Yaponiya ilə yeni müqavilələr bağladı.Bu müqavilələr Çinin
müxtəlif yerlərində ,o cümlədən,Mancuriyada beynəlxalq ticarət üçün yeni
beynəlxalq məntəqələrin açılmasını nəzərdə tuturdu.Rusiya ilə ABġ və Yaponiya
arasında ziddiyətlər daha da kəskinləĢdi.Ġngiltərə-Rusiya danıĢıqları Yaponiyanın
Rusiyaya qarĢı müharibə hazırlığına təkan verdi.1903-cü ilin may ayında mülki
geyimdə olan yüzlərlə rus əsgəri Koreyanın Yongampo kəndinə yeridildi.MeĢə
anbarlarının inĢası bəhanəsilə orada hərbi obyektlərinin tikintisinə baĢlandı.Bu isə
Böyük Britaniya və Yaponiya tərəfindən Rusiyanın Yaponiyaya qarçı Koreyanın
Ģimalında daimi hərbi istinadgahın tikilməsi kimi baĢa düĢülmüĢdü. 30 iyulda
Rusiya tərəfindən Uzaq ġərq vilayəti yaradıldı.Bu vilayət öz ətrafında Amurətrafı
general-qubernatorluğunu və Kvantun bölgəsini birləĢdirirdi.Bu vilayətin
yaradılmasında məqsəd,gözlənilən yapon hücumuna qarĢı Uzaq ġərqdə bütün rus
hərbi güclərinin vahid mərkəzdə birləĢdirilməsi idi.Vilayətin baĢçısı isə admiral E.Ġ
Alekseyev təyin olunmuĢdu.1903-cü ilin avqustunda Yaponiya ilə Rusiya arasında
danıĢıqlar baĢlandı.Yaponiya tələb edirdi ki,Rusiya onun Koreya üzərində
protektoratını tanısın və Mancuriyada bütün millətlər üçün açıq qapılar prinsipinin
tətbiqi ilə razılaĢsın,həmçinin Koreyanı Mancuriya ilə birləĢdirən dəmir yolunun
tikintisinə razılıq versin.
1903-cü ilin oktyabrında Rusiya hükuməti bildirdi ki,Koreya üzərində
Yaponiyanın protektoratını tanımağa hazırdır,lakin Ruisya gəmiləri Koreya
körfəzindən sərbəst Ģəkildə keçməli və Yaponiya Koreyanın Ģimalında qoĢun
yerləĢdirməməli idi.Rusiya istəyirdi ki,Yaponiya Mancuriyaya olan iddialarından
imtina etsin və Mancuriyanın daxili iĢlərinə qarıĢmasın.Yaponiya Rusiyanın
Ģərtlərini qəbul etmədi və bildirdi ki,Mancuriyada vəziyyət Rusiya-Yaponiya
saziĢində öz əksini tapmalıdır.
RusiyaYaponiyaya qarĢı müharibəyə hazır deyildi və 1903-cü ilin dekabrın 28-də
bildirdi ki,Yaponiyanın tələblərini qəbul edir.Lakin bu güzəĢtlərin əhəmiyyəti
olmadı.Çunki Yaponiyanın Rusiyaya qarĢı müharibəyə baĢlamaq niyyəti qəti idi.
IV FƏSİL-RUS-YAPON MÜHARİBƏSİNİN
BAŞLANMASI VƏ GEDİŞİ
1904-cü ilin fevralın 5-də Yaponiya xarici iĢlər naziri Cyutaro Komuro
Peterburqdakı səfirə teleqraf göndərdi ki, ―bu mənasız,boĢ danıĢıqları qurtarsın‖ və
Rusiya ilə diplomatik danıĢıqları kəssin.
6 fevral 1904-cü ildə artıq Yaponiya ilə Rusiya arasında diplomatik əlaqələr
kəsildi.2 gün sonra fevralın 8-dən 9-na keçən gecə Yaponiya müharibə elan
etmədən Rusiyaya qarĢı hərbi əməliyatlara baĢladı.Yaponlar Port-Artur və
Çemulpo hərbi dəniz bazalarına hücum etdi.
ABġ və Ġngiltərə Yaponiyanın Rusiyaya qarĢı müharibəyə baĢlamasında maraqlı
idi və ona iqtisadi yardım göstərirdi.Rusiyaya isə Fransa kömək edirdi.Almaniya
bildirirdi ki,Rusiya-Yaponiya müharibəsinə qarıĢmayacaq.Eyni zamanda Almaniya
Uzaq ġərqdə müharibənin baĢlanmasını razılıqla qarĢıladı.Almaniya bildirdi
ki,Avstriya-Macarıstan Balkanlarda Rusiyanın mənafeləri üçün təhlükə
yaratmayacaq.
Yaponiya müharibəyə iĢğalçılıq məqsədilə baĢladığını gizlətmirdi.1904-cü ilin
əvvəlində Yaponiyanın Rusiyaya qarĢı müharibəyə baĢlaması üçün əlveriĢli Ģərait
yaranmıĢdı.Ġngiltərə Türkiyədən tələb etmiĢdi ki,Qara dəniz boğazlarından
Rusiyanın gəmilərini buraxmasın.1904-cü ildə ABġ və Ġngiltərə Yaponiyaya 6%-lə
110 milyon dollar kredit vermiĢdi.Yaponiya hökuməti krediti gömrük hesabına
qaytarmalı idi.1905-ci ilin martında ABġ və Ġngiltərə Yaponiyaya 4,5%-lə 150
milyon dollar kredit verdi ki,Yaponiya bunu tütün satıĢından əldə etdiyi gəlirlər
hesabına qaytarmalı idi.Yaponiyanın hərbi xərclərinin 40%-i xarici yardıma
əsaslanırdı.
ABġ və Ġngiltərə üçün rus-yapon müharibəsi böyük gəlir mənbəyi idi.ABġ
Rusiyanın siyasətini Uzaq ġərqdə öz mənafeləri üçün əsas təhlükə mənbəyi
sayırdı.Lakin mənafe ümumiliyi ABġ-la Ġngiltərə arasında ziddiyətləri aradan
qaldırmadı.Yaponiyanın siyasəti də ABġ-ın Uzaq ġərqdəki mənafeləri üçün
təhlükə yaradırdı.Ġngiltərə bitərəf olduğunu bildirdi.Fransa isə Uzaq ġərqdə
müharibəyə qoĢulmaq,xüsusilə Ġngiltərəyə qarĢı hərbi əməliyatlara baĢlamaq
istəmirdi.Lakin yapon diplomatiyası Rusiya ilə Almaniya arasında münasibətlərin
kəskinləĢməsinə nail olmadı.Ona görə Rusiya hökuməti Yaponiya ilə müharibə
zamanı ölkənin qərb sərhədlərinin təhlükəsizliyi üçün narahat deyildi.
ÖLKƏ DAXİLİ DAİRƏLƏRİN MÜHARİBƏYƏ MÜNASİBƏTİ
Müharibə ərəfəsində olduğu kimi müharibə baĢlananda da Peterburqda ölkənin
Uzaq ġərqdə xarici siyasət strategiyasıvə müharibənin məqsədləri barədə vahid rəy
yox idi.BaĢında stats-katib A.M.Bezobrazov duran və hələ boksçu üsyanının
yatırılması zamanı Çinə daxil olan Bezobrazov güruhu adlanan qruplaĢma
Rusiyanın Mancuriyada və Koreyada müfuzunun güclənməsinə yönələn qəti kurs
uğrunda çıxıĢ edirdi.1903-cü ilin martında Mancuriyadan qayıtmıĢ Bezobrazov
hazırlayıb çara göndərdiyi məruzədə Koreyada konsessiyala malik olmanın Rusiya
üçün faydalarını hər cür qeyd edirdi.Bütün bu məsələlər Mancuriya və Koreyada
rus konsessiyalarının istismarı üçün Ģəxsi cəmiyyətin yaradılmasının taleyi həll
olunan 26 mart tarixli xüsusi müĢavirədə müzakirə olundu.Bu təkliflər Uzaq
ġərqdə vəziyyəti mürəkkəbləĢdirir və Yaponiya ilə münasibətləri daha da
qızıĢdırırdı.V.N.Lamzdorfun dəstək verdiyi S.Y.Vitte rus qoĢunlarının
Mancuriyadan çıxarılması tərəfdarı idi.Lakin daxili iĢlər naziri V.K.Pleve
Bezobrazovçuların tərəfini tutaraq,Ģəxsi cəmiyyətlərin yaradılması uğrunda çıxıĢ
etdi.Bu məsələnin həlli zamanı Vitte və Lamzdorf təcrid olunmuĢ vəziyyətə
düçdülər və son nəticədə Uzaq ġərqdə rus meĢə sənayesi cəmiyyətinin
nizamnaməsi qəbul olundu.Çinin bir sıra Ģəhərlərindən qoĢunların hələlik
çıxarılmaması qərara alındı.Tarixdə ―yeni kurs‖ kimi məhĢur olan bu siyasətə həm
çarın ətrafında və hökumətdə,həm də sahibkarlar arasında olan nüfuzlu Ģəxslər
dəstək verirdilər.Onların arasında böyük knyaz Aleksandr Mixayloviç,Kvantun
vilayətinin rəisi Y.Ġ.Alekseyev,daxili iĢlər naziri V.K.Pleve,qraf Ġ.Ġ.Vorontsov-
DaĢkov və baĢqaları vardı.Bu qrupun ideoloqu istefada olan potmistr
A.M.Bezobrozov idi.Koreyanın ərazisində gəlirinin yarısının birbaĢa çar
xəzinəsinə daxil olmalı olduğu konsessiyaların yaradılması kimi avanturist
layihələr yolu ilə Bezobrazovçular II Nikolayın dəstəyinə nail oldular.―Yeni kurs‖
açıq-aĢkar avantüra idi və onun dövlət maraqları ilə heç bir əlaqəsi yox idi.Çunki
Uzaq ġərqdə vəziyyətin kəskinləĢməsinə və Yaponiya ilə müharibəyə doğru
aparırdı.Lakin çarın dəstəyini alaraq,o,maliyyə naziri S.Y.Vittenin,xarici iĢlər
naziri V.N.Lamzdorfun təklif etdiyi və hərbi nazir A.N.Kuropatkinin dəstək
verdiyi mötədil və ölçülüb-biçilmiĢ yanaĢmanı üstələdi.Vitte nazir postunu
itirdi,postunu saxlamıĢ Lamzdorfun mövqeləri isə zəiflədi.
MÜHARĠBƏDƏN ƏVVƏL TƏRƏFLƏRĠN GÜC NĠSBƏTĠ AġAĞIDAKI KĠMĠ
ĠDĠ:
Yaponiya Rusiya
Sülh dövrünün orduları : 180000 1100000
Hərbi ehtiyatda olan: 850000 4541000
Rusiyanın Uzaq ġərqdə hərbi qüvvələrinin paylanması aĢağıdakı kimi idi:
Vladivastok ətrafı – 45 min nəfər
Mancuriyada – 28,1 min nəfər
Port-Artur qarnizonu – 22,5 min nəfər
Dəmiryolu ordusu – 35 min nəfər
Qala qoĢunları(artileriya,mühəndislik bölməsi və teleqraf) – 7,8 min nəfər
Hərbi kəĢfiyyatlara əsasən Yaponiya səfərbərlik zamanı 375 min nəfərlik ordu
çıxarda bilərdi.Yaponiya ordusu səfərbərlikdən sonra 445 min nəfərlik ordu yarada
bilərdi
Dostları ilə paylaş: |