Konfrans gərgin diplomatik
mübarizə Ģəraitində keçmiĢdi,çünki Rusiya Yaponiyanın bütün tələblərini qəbul
etmək istəmirdi.DanıĢıqlar hərbi əməliyyatlarla eyni vaxtda aparılırdı.1905-ci ilin
iyulunda Yaponiya Saxalin adasına desant çıxartdı.Rusiya bəyan etdi ki,Saxalin
məsələsində Yaponiyaya güzəĢtə getməyəcək.Rusiya sülh konfransının
Yaponiyanın mövqeyi nəticəsində pozulmasında maraqlı idi.Uzun danıĢıqlar və
tərəddüdlərdən sonra danıĢıqlarda rus nümayəndə heyətinin 1-ci müvəkkili çarın o
qədər də sevmədiyi S.Y.Vitte təyin olundu.Nümayəndə heyətinin tərkibinə
həmçinin VaĢinqtondakı səfir R.R.Rozen və məĢhur beynəlxalq hüquq mütəxəssisi
F.F.Marrtins də daxil oldular.DanıĢıqların gediĢində Vitte Fransanın prezidenti
E.Lube və baĢ naziri M.Ruvye ilə görüĢdü. Onlar açıq-aĢkar Rusiyanı sülh
imzalayıb,rus ordularını Qərbə qaytarmağa çağırırdılar.Bundan əlavə Vittenin
Fransadan borc almaq imkanı barədə sualına baĢ nazir Ruvye cavab verdi ki,bu
barədə söhbət yalnız müharibə qurtardıqdan sonra gedə bilər.
Ingiltərə diplomatları Fransa vasitəsilə Rusiyaya Yaponiyanın sülh Ģərtlərini
təqdim etdilər.Həmin Ģərtlər aĢağıdakılar idi:
Rusiya Yaponiyanın Koreyada fəaliyyət sərbəstliyini tanıyır.
Rus orduları Mancuriyadan çıxarılır.
ġərqi Çin dəmiryolu yalnız sənaye ticarət məqsədləri üçün istifadə edilməli
idi.
Ətraf ərazisi ilə birlikdə Port-Artur və Dalniy,Xarbin-Port-Artur dəmir yolu
üzərində ticarət hüququ Yaponiyaya verilməli idi
Lyaodun yarımadası Yaponiyaya verilirdi.
Uzaq ġərqdəki möhkəmləndirilmiĢ Rusiya istehkamlarından bir çoxu
Yaponiyanın tərkibinə keçirdi.
Yaponiya Saxalin adasının ona verilməsini istəyirdi
Yaponiya Rusiyadan 1,2 mlrd ien təzminat ödəməyi tələb edirdi.
tərksilah etdirilib nəzarət altında saxlanılan Rusiya gəmilərinin geri təslim
edilməsi
Rusiyanın Uzaq ġərqdə dəniz qüdrətinin məhdudlaĢdırılması
Rusiya sahilləri boyunca Yaponiyanın balıqçılıqla məĢğul olmasına
razılaĢmaq.
Müqavilənin maddələrinin müzakirəsi olduqca tez keçdi və avqustun 20-dən sonra
əsasən hazır idi.Amma bəzi maddələr üzrə tərəflərin ciddi fikir ayrılıqları üzə
çıxdı. Mübahisəli məsələ təzminata, Saxalin adasının taleyinə,Sakit okeanda hərbi-
dəniz donanmasının məhdudlaĢdırılmasına və tərkisilah edilib bitərəf limanlarda
saxlanılan gəmilərin yaponlara verilməsinə aid idi.Vitte Cənubi Mancuriya dəmir
yolunun yalnız yaponlar tərəfindən iĢğal olunmuĢ hissəsinin verilməsinə razı
olduğunu bildirdi.Koreya haqqında sərhədlərin təhlükəsizliyi haqqında Vittenin
təklifini Yaponiya qəbul etdi.Lakin yaponlar Koreya imperatorunun suverenliyi
haqqında heç eĢitmək belə istəmədilər.RazılaĢdılar ki,konfransın protokolunda
Koreyanın suverenliyini məhdudlaĢdıran qərar qəbul etsinlər.Bu məhdudiyyətləri
isə Yaponiya Koreya hökumətinin razılığı ilə həyata keçirməlidir.
1905-ci ilin avqustun 22-də Rusiya hökuməti Portsmuta teleqram göndərib
nümayəndə heyətinə danıĢıqları dayandırmağı tapĢırdı.Yaponlar adanı onlara
verməyi və 1,2 mlrd ien təzminat ödəməyi tələb edirdilər.Təzminata
gəlincə,Rusiya bu məsələ üzrə danıĢıqlar aparmaqdan qəti imtina etdi və bu
məsələdə Ruzvelt ona dəstək verdi.Rusiya tərəfi yaponların yalnız pul naminə
müharibəni davam etdirmək istədiklərini bəyan etdilər.ABġ ehtiyat edirdi
ki,Yaponiya Rusiyadan aldığı təzminatı hərbi donanmanın güclənməsinə sərf
edəcək.Sonralar Yapon diplomatı Kikudziro Ġsii öz gündəliyində yazırdı:
―Yaponiya elə bir ölkə ilə razılaĢmağa çalıĢırdı ki həmin ölkə öz tarixi ərzində heç
vaxt heç kimə təzminat ödəməmiĢdir.‖
Ġngiltərə Fransa ilə bağladığı Antantanı zəif Rusiya ilə tamamlamaq istəyirdi.Buna
görə də o,müharibənin davam etməsinə maraqlı deyildi.Çünki onun müttəfiqi
Fransa,rus ordusunun bütün gücü ilə Almaniya sərhəddinə qayıtmasını istəyirdi.
Amerika diplomatiyasının təzyiqi altında və Rusiya nümayəndə heyətinin sərt
davranıĢı nəticəsində yaponlar öz tələbindən imtina etməli oldular.
Saxalin adasının taleyinin həll edilməsi məsələsi daha mürəkkəb idi.Hərbi
əməliyyatların gediĢində yaponlar adaya çıxıb,onun cənub hissəsini tuta
bilmiĢdilər.Portsmutda onlar bütün adaya iddialarını bildirdilər.DanıĢıqlar
uzanırdı,prezident Ruzvelt II Nikolaya adanı yaponlara verməyi məsləhət
gördü.Rus nümayəndəliyi imtina edirdilər.Əgər Rusiya müharibəni davam
etdirsəydi ġərqi Sibiri itirə bilərdi.Son nəticədə 1905-ci ilin avqustun 23-də
Nikolay Saxalinin cənub hissəsini yaponlara verməyə razı oldu.Ġki gün sonra
avqustun 25-də Yaponiyaya daha güclə təsir göstərildi.Bankir Ykob ġiff
Takaxiriyə çox mənalı məktub göndərdi.ġiff ona xəbərdarlıq edirdi ki, əgər
müharibə davam edərsə Rusiya özünün bütün böyük qızıl ehtiyatından istifadə
edəcək. Digər tərəfdən, Amerikanın,Ġngiltərənin və Almaniyanın pul bazarlarının
Yaponiyanı maliyyələĢdirməyəcəkləri təhlükəsi də yarana bilər. Avqustun 26-da
Vitte güzəĢtlərdən imtina etdiyini bildirdi və nümayəndəliyin yığıĢmasına göstəriĢ
verdi.Yaponlar danıĢıqları 2 gün də uzatmağı xahiĢ etdilər,avqustun 27-də
Yaponiya hökuməti toplaĢaraq yaranmıĢ vəziyyəti müzakirə etdi.MüĢavirə gecə
keçənə qədər davam etdi.Qərara alındı ki,təzminata təkid edilməsin. Katsura bunu
Portsmuta xəbər verdi. Avqustun29-da səhər konfrans öz iclasını bərpa etdi. Ġclas
baĢlanan kimi yapon nümayəndəsi Rusiyanın təklifi ilə razı olduğunu
bildirdi.Bundan sonra hər iki tərəf Laperuzov və Tatarsk boğazlarında sərbəst
üzgüçülük haqqında qarĢılıqlı təminat barədə razılığa gəldilər.
Rusiya ilə Yaponiya arasında sülh müqaviləsi 1905-ci ilin sentyabrın 5-də
Portsmutda imzalandı.O,15 maddədən və sülh müqaviləsinin 3 və 10-cu
maddələrinə iki əlavədən ibarət idi.Müqavilənin mətni aşağıdakı kimi idi :
1-ci maddəyə əsasən Rusiya və Yaponiya imperatorları və həmçinin onların
dovlətləri və təbəələri arasında bundan sonra sülh və dostluq hökm
sürəcəkdir.Həmçinin 2-ci maddəyə əsasən razılaĢdırılırdı ki,Koreyada rus
təbəələrinə digər xarici dövlətlərin təbəələri ilə eyni mövqedə yanaĢılacaqdır.
Rusiya Yaponiyanın Koreyada siyasi,hərbi və iqtisadi sahələrdə üstün maraqlarını
tanıyır və Yaponiya hökumətinin Koreyadakı istənilən hərəkətlərinə ―qarıĢmamağı
və mane olmamağı‖ öhdəsinə götürürdü.Tərəflər həmçinin Rusiya-Koreya
sərhədində ―rus,yaxud Koreya ərazisinin təhlükəsizliyinə qorxu yaradan hər hansı
hərbi tədbirlərin‖ görülməsindən çəkinmək barədə razılığa gəldilər.
3-cü maddəyə əsasən Rusiya və Yaponiya Mancuriyadan (Lyaodun yarımadasının
rus icarəsinin aid olduğu ərazilər istisna olmaqla) öz qoĢunlarını çıxarmağı və onu
Çinin müstəsna idarəsinə verməyi ilə razılaĢırdılar.4-cü maddəyə əsasən Çinə
Mancuriyada ticarət və sənaye fəaliyyəti aparmaqda mane olmamağı öhdələrinə
götürdülər.
5-ci maddəyə əsasən Rusiya Port-Arturun,Talmenin və bitiĢik ərazi sularının
icarəsini Yaponiyaya güzəĢtə gedir və 6-cı maddəyə əsasən Çin hökumətinin
razılığı ilə Port-Arturdan Çan-Çun dəmiryoluna qədər olan hissə yaponiyaya
əvəzsiz olaraq icarəyə verilirdi.7-ci maddəyə əsasən Hər iki tərəf öhdələrinə
götürürdülər ki,Mancuriyada onlara məxsus dəmir yolundan yalnız kommersiya və
sənaye məqsədləri üçün istifadə edəcəklər. 9-cu maddəyə əsasən Yaponiya
Saxalinin cənub hissəsini ―əbədi və tam hakimiyyəti altına‖ alırdı.Ġki dövlət
arasında sərhəd xətti adada 50-ci paralel üzrə keçməyə baĢladı.Lakin hər iki tərəf
öhdələrinə götürürdülər ki,Saxalində sədlər tikməyəcək,gəmiçiliyin sərbəst
inkiĢafına mane olmayacaqlar. 10-cu maddəyə əsasən Yaponiyanın tərkibinə keçən
Rusiya torpaqlarında yaĢayan əhaliyə icazə verilirdi ki onlar öz daĢınmaz
əmlaklarını satıb öz ölkələrinə qayıtsınlar.Lakin burada yaĢayan əhali həmin
ərazidə yenə də qalmaq istəsəydilər onlara mənəvi mədəni hüquqlarda Yaponiya
tərəfindən təminat verilirdi.11-ci maddəyə əsasən balıqçılıq konvensiyası
imzalandı.Bu konvensiya ilə Rusiya sahillərində-Yapon,Oxot,Berinq dənizlərində
hər iki ölkə əhalisinin sərbəst surətdə balıqçılıqla məĢğul olması tənzimlənirdi.Bu
konvensiya Rusiyanın və digər xarici ölkələrin burada əvvəllər də balıqçılıqla
məĢğul olmaq hüququ olan vətəndaĢlarına toxunmur.14-cü maddəyə əsasən Rusiya
və Yaponiya imperatorları müqaviləni tez bir zamanda ratifikasiya etməli idi.Lakin
hər ehtimala qarĢı ratifikasiya 50 gün müddətində Sankt Peterburqdakı ABġ səfiri
və Fransanın Tokioya göndərilmiĢ səfiri vasitəsi ilə açıqlanmalı idi və həmin andan
etibarən müqavilə tam müddəaları ilə qüvvəyə minirdi.15-ci maddəyə əsasən
müqavilənin hal-hazırdakı mətni 2 nüsxədə-fransız və ingilis dillərində
imzalanmalı idi.Hər iki mətn eyni olmalı idi və əgər hər hansısa bir narazılıq
olsaydı,o zaman fransız dilində olan mətn əsas götürülməli idi.
1905-ci ilin dekabrın 22-də Yaponiya ilə Çin arasında müqavilə imzalandı.Çin
Portsmut müqaviləsinin bütün Ģərtləri ilə razılaĢdığını bildirdi.Mancuriyanın 16
Ģəhəri beynəlxalq ticarət üçün açıq elan edildi.Yaponiyaya Mancuriya ərazisində
dəmiryolu çəkmək hüququ verildi.
Rusiya və Ġngiltərə Uzaq ġərqdə öz mövqelərini möhkəmləndirməyə çalıĢırdı..
Antanta ölkələri Almaniyaya qarĢı Yaponiya ilə əməkdaĢlıqda maraqlı idi.ABġ isə
Antanta ölkələrinə qarĢı Almaniya ilə ittifaq yaratmaq istəmirdi.Eyni zamanda
ABġ Mancuriyada Rusiya ilə Yaponiya arasında ziddiyətlərin kəskinləĢməsinə
çalıĢırdı.ABġ Mancuriyadakı dəmiryollarını satın almağa cəhd göstərirdi.Lakin
Yaponiya və Rusiya ABġ-ın təklifini qəbul etmədi.1910-cu ilin iyulun 4-də Rusiya
ilə Yaponiya arasında imzalanmıĢ saziĢə görə onlar Mancuriyada mövcud
vəziyyətin qorunmasına çalıĢmalı idi.
1910-cu ildə Yaponiya Koreyanın ilhaq edildiyini bildirdi.1911-ci ilin iyunun 13-
də Ġngiltərə ilə Yaponiya arasında yeni ittifaq müqavilsi imzalandı.Ġngiltərə 1911-
ci ildə ABġ-la mübahisəli məsələlərin arbitraj yolu ilə həlli haqqında müqavilə
bağlamıĢdı.Ona görə Ġngiltərə ilə Yaponiya arasında imzalanmıĢ yeni ittifaq
müqaviləsinə dəyiĢiklik edildi.Belə ki,daha Ġngiltərə arbitraj saziĢi imzaladığı
dövlətə qarĢı Yaponiyanın müdaxiləsi zamanı Yaponiyaya hərbi yardım etməli idi.
1911-ci ilin oktyabrında Çində inqilab baĢ verdi.Ölkənin mərkəzində və cənubunda
inqilabi hərəkat daha güclü idi.Monarxiyanın devrilməsi vı Çinin respublika elan
edilməsi xarici inhisarların mənafeyi üçün təhlükə yaradırdı.Ona görə Yaponiya və
Rusiya Çində monarxiyanın hərbi yolla bərpası haqqında danıĢıqlar aparırdı.
1911-ci ilin dekabrında Yaponiya hökuməti bildirdi ki,Çin respublikasını tanımaq
niyyətində deyil.Lakin böyük dövlərlər arasında rəqabət onların Çinə qarĢı hərbi
müdaxiləsinə imkan vermədi.
ABġ,Ġngiltərə və Fransa Çində Tsin monarxiyasını müdafiə etmək fikrində
deyildi.Qərb dövlətləri Çin imperatorunun sarayında yüksək vəzifə tutan və liberal
burjuaziya ilə əməkdaĢlıq edən Yuan ġi Kayı müdafiə edirdi.1913-cü ilin
əvvəlində Qərb dövlətləri ölkənin idarə edilməsini yaxĢılaĢdırmaq üçün Yuan ġi
Kaya 25 milyon funt sterlinq məbləğində kredit vermiĢdi.Birinci dünya müharibəsi
ərəfəsində Çində Yaponiyanın mövqeləri möhkəmləndi.
RUS-YAPON MÜHARĠBƏSĠNDƏ ĠġTĠRAK ETMĠġ AZƏRBAYCANLI
HƏRBĠÇĠLƏR:
Əbülfət ağa Nəcəfqulu ağa oğlu Şahtaxtinski: Çar ordusunun polkovniki.1904-
1905-ci illərdə Rus-yapon müharibəsində iĢtirak edən Əbülfət ağa ġahtaxtinski
batalyon komandiri kimi məsul vəzifədə xidməti borcunu ləyaqətlə yerinə yetirib.
Şıxlinski Əliağa İsmayıl Ağa oğlu: Rusiya Ġmperiyası ordusunun
azərbaycanlılardan ibarət olan "VəhĢi diviziya" adlanan 600 nəfərlik alayının
komandiri, general leytenant. Ə. ġıxlinski 1904-1905-ci illər rus-yapon
müharibəsində batareya komandiri kimi ön cəbhədə qəhrəmanlıqla vuruĢmağa
baĢladı. Port-Artur qalasının müdafiəsi zamanı xüsusi Ģücaət göstərdiyinə görə
"Qızıl qılınc"la mükafatlandırıldı.
Hüseynxan Naxçivanski-(1863-1919) general-leytenant rütbəsinə qədər
yüksəlmiĢ Hüseynxan rus-yapon müharibəsində 2-ci Dağıstan,sonra isə 44-cü
Nijni-Novqorod süvari alayına komandanlıq etmiĢdi.
Feyzulla mirzə Qovanlı-Qacar -(1872-1920), Ġran Ģahzadəsi, çar ordusunun və
Azərbaycan Demokratik Respublikası ordusunun general-mayoru. Feyzulla mirzə
3 noyabr 1904-cü ildə "Ġgidliyə görə" yazılı 4-cü dərəcəli "Müqəddəs Anna", 9
yanvar 1905-ci ildə Rus-Yapon müharibəsində fərqləndiyinə görə 3-cü dərəcəli
"Müqəddəs Stanislav", 11 iyuldan 10 avqusta qədər Bensix ətrafındakı savaĢda
fərqləndiyinə görə 3-cü dərəcəli "Müqəddəs Anna" ordenləri, onların lentləri və
qılıncla təltif edilmiĢdi.
Fətəlibəyov Həsən bəy Əhməd bəy oğlu: Birinci dərəcəli könüllü əsgər olmuĢdu.
Rus-yapon müharibəsinin, Romanovlar sülaləsinin 300 illik xatirə medalı ilə və
məiĢətdə göstərdiyi fəaliyyətinə görə ordenlə təltif olunmuĢdur.
Səməd bəy Mehmandarov: 1901-ci il ildə polkovnik, 1904-cü ildə general-mayor
rütbəsi almıĢdır. Rus-Yapon müharibəsində böyük rəĢadət göstərmiĢ
S.Mehmandarova 1908-ci ildə tam artileriya generalı rütbəsi verilmiĢdir ki, bu da
general-polkovnik rütbəsinə bərabərdir.
Mixail Dmitriyeviç Tuşinski (Mixail bəy Kərim bəy oğlu Mehmandarov): Rus
- yapon müharibəsinin qızğın çağında Mixail könüllü olaraq Uzaq ġərqə yollandı.
Mancuriyanın döyüĢ meydanlarında Peterburq Qırmızı Xaç Cəmiyyətinin altıncı
səyyar dəstəsinin tərkibində yaralılara ilk tibbi xidmət göstərdi, burda xeyli tibbi-
praktik təcrübə toplamıĢdır.
ƏDƏBĠYYAT
SĠYAHISI
Сборник договоров России с другими государствами. 1856—1917. М.
— С. 337-342, Гос. изд-во полит. литературы, 1952
Musa Qasımov,Mahir Abdullayev.Beynəlxalq münasibətlər tarixi( (XX əsr. I
hissə. 1900-1945-ci illər)
Məmmədağa BaxıĢov:Beynəlxalq Münasibətlər Tarixi(1871-1918)
A.S.Protopopov,V.M.Kormenko,N.S.Yelmanova:Beynəlxalq münasibətlər
və Rusiyanın xarici siyasət tarixi(1648-2005)
Asya Hacıyeva.Beynəlxalq münasibətlər tarixi(1871-1919-cu illər).Bakı
2008
Левицкий Н. А. Русско-японская война 1904—1905 гг. — Москва:
Эксмо, Изографус, 2003. — 672 с. — ISBN 5-7921-0612-6
Свечин А. А. Эволюция военного искусства. Том II, Глава 9: Русско-
японская война 1904—05 г.. — М.-Л.: Военгиз, 1928.
Куропаткин А. Н. Русско-японская война, 1904—1905: Итоги войны. —
2-е изд. — СПб.: Полигон, 2002. — 525 с. — ISBN 5-89173-155-X
Historical Section of the German General Staff. Russo-Japanese War,
1904—1905. — London: H. Rees, 1908.
Боханов А. Н. Николай II / А. Н. Боханов. — М.: Вече, 2008. — 528 с.:
ил. — (Императорская Россия в лицах).
Ольденбург С. С. Царствование императора Николая II / Предисловие
Ю. К. Мейера — СПб.: Петрополь, 1991. — 672 с. ISBN 5-88560-088-0.
Репринтное воспроизведение издания: Вашингтон, 1981,
Giovanni Arrighi, Takeshi Hamashita & Mark Selden. The Rise of East Asia
in World Historical Perspective (англ.). State University of New York at
Binghamton, 1996..
S. C. M. Paine. Imperial rivals: China, Russia, and their disputed frontier, p.
238; M. E. Sharpe, 1996,
The Russo-Japanese War (1906), Part I, Great Britain War Office General
Staff, pp. 20, 27
Sisemore, James D. The Russo-Japanese War, Lessons Not Learned. — Fort
Leavenworth, KS: U.S. Army Command and General Staff College, 2003.
Романов Б. А. Дипломатическое развязывание русско-японской войны
1904—1905 гг.. журнал «Исторические записки» Академии наук СССР
(1940).
http//www.Militera.lib.ru.memo/Russian/denikinai/ou.html
Dostları ilə paylaş: |