Azərbaycan tariXİ (ən qədim zamanlardan–xxi əsrin əvvəllərinədək) I mövzu: azərbaycan qəDİm dövrdə


Manna çarlığı. E.ə. I minilliyin əvvəlində



Yüklə 393,13 Kb.
səhifə12/153
tarix02.01.2022
ölçüsü393,13 Kb.
#39328
1   ...   8   9   10   11   12   13   14   15   ...   153
C fakepathmuhazire tarix (3)

Manna çarlığı. E.ə. I minilliyin əvvəlində (e.ə. IX əsrdə) Azərbaycanın cənubunda-Urmiya gölü ətrafında Manna dövləti ya­ran­mışdı. Manna adına ilk dəfə e.ə. 843-cü ildə Assuriya hökmdarı III Salmanasarın mixi yazılı kitabəsində tayfa kimi rast gəlinir. E.ə. XI əsrdə Manna ərazisində Zamua, Gilzan, Alateye, Suri­kaş, Gizilbunda, Uişdiş, Zikirtu, Andia və s. vilayətlər meydana gəlmişdi. E.ə. IX-VIII əsrlərdə Manna artıq güclü bir dövlətə çevrilmişdi.

Mannanın hökmdarı İranzu (e.ə.740-719) Urartunun işğal etdiyi Manna torpaqlarını geriyə qaytardı, Manna vilayətlərini mər­kəzi hakimiyyətə tabe etdi, ölkədə canişinlik sistemi yaratdı. Man­nanın ərazisi şimalda Araz çayına çatırdı, cənubda və cənub-şərqdə Kaspi ölkəsi, Parsua və Midiya ilə həmsərhəd idi. Paytaxtı İzirtu şəhəri idi.

Bu dövrdə Mannanın xarici siyasətində 2 meyl var idi: İranzu özü başda olmaqla bir qrup Assuriyaya müttəfiq kimi baxır, bununla da Manna torpaqlarının bütövlyünü qoruyub-saxlamağa çalışırdılar; başqa bir qrup isə Urartu ilə ittifaqa üstünlük verirdi. E.ə. 719-cu ildə Manna­nın Şuandahul və Durdukka şəhər əhalisi İranzuya qarşı üsyan etdi. İranzunun vəfatından sonra onun oğlu Aza (e.ə.718-716) haki­miyyətə gəldi. Azanın ölümündən sonra onun qardaşı Ullusunu (e.ə.716-680) Man­na hökmdarı oldu. Ullusunu Assuriyadan azad olmaq üçün Urartu ilə itti­faqa girir. Assuriya hökmdarı II Sarqon e.ə. 716-cı ildə Mannaya qoşun yeridir. II Sarqon e.ə. 715-ci ildə Urartu hökmdarı I Rusanı məğlub etdi. E.ə. 714-cü ildə II Sarqon Manna, Midiya və b. ölkələrə yürüşə çıxdı. Ullusunu Sar­qon­dan Urartu hökmdarı I Rusanı məğlub etməyi və mannalıların öz yurdlarına qaytarılmasını istədi. II Sarqon Urartuya da­xil oldu, I Rusa özünü öl­dürdü. Bundan sonra Urartu bir daha Man­nanın daxili işlərinə qarışa bilmədi.

Manna quldarlıq istehsal formasına əsaslanan dövlət olmuş­dur. Dövləti hökmdar idarə edirdi. E.ə. VIII əsrin II yarısında haki­miyyət irsi olaraq atadan oğula keçirdi. Dövlətə qədim Azər­baycan türk sülaləsi başçılıq edirdi. Manna mərkəzləşmiş dövlət idi, vila­yət­ləri canişinlər idarə edirdi. Mannada ağsaqqallar şurası da fəaliyyət göstərirdi. Çox zaman Manna hökmdarları Assuriyaya meylli siya­sətə üstünlük vermiş və bununla da ölkənin ərazi bütöv­lüyünü sax­lamışlar.




Yüklə 393,13 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin