Azərbaycan tariXİ (ən qədim zamanlardan–xxi əsrin əvvəllərinədək) I mövzu: azərbaycan qəDİm dövrdə


Sasani-Bizans müharıbələri və Azərbaycan. 260-cı ildə



Yüklə 393,13 Kb.
səhifə20/153
tarix02.01.2022
ölçüsü393,13 Kb.
#39328
1   ...   16   17   18   19   20   21   22   23   ...   153
C fakepathmuhazire tarix (3)

3.Sasani-Bizans müharıbələri və Azərbaycan. 260-cı ildə Sasani şahı I Şapur (241-271) Roma ordusunu məğ­lubiyyətə uğratdı. 262-ci ildə Albaniya Sasani imperi­yasının tərkibinə daxil edildi. I Şapurun ölümündən sonra 272-ci ildə Albaniya yenə də müstəqilliyini qazandı. Roma imperatoru Avrelianın hakimiyyəti dövründə (270-275) Albaniyada Romaya meylli siyasət aparılırdı. İranda II Şapurun hakimiyyəti dövründə (309-379) Albaniyanın Paytakaran vilayətində hökmdar Sanatürk (290-338) müstəqilliyi qoruyub saxlamaq, Ermənistan və ona arxa olan Romanın işğalçılıq niyyətinin və xristianlığın Albaniyada yayılma­sının qarşısını almaq siyasəti yeridirdi. Sanatürk 337-ci ildə Ermənistana hücum etdi. Erməni hökmdarı Xosrov qaçıb gizləndi. 338-ci ildə yunan və iber qoşunlarının köməyi ilə erməni sərkərdəsi Vaçe Mamikopyan Sanatürkün dəstələrini Payta­karana sıxışdırdı. Sanatürk bu döyüşdə həlak olsa da, onun ermə­nilərə vurduğu zərbə onların xristianlığı yaymaq yolu ilə Azərbay­can torpaqlarını işğal etmək planlarını birdəfəlik iflasa uğratdı. Sanatürklə bağlanmış sazişə görə şimal tayfalarından biri olan hun­lar Albaniyanı 4 il erməni müdaxiləsindən qorudular. Arşaki nümayəndəsi Urnayrı (343-371) hakimiyyətə gətirildi. Albaniya daxildə qismən müstəqillik siyasəti, xarici siyasətdə isə Sasani şahı II Şapurla müttəfiqlik münasibətləri saxlayırdı.


Yüklə 393,13 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin