Azərbaycan tariXİ (ən qədim zamanlardan–xxi əsrin əvvəllərinədək) I mövzu: azərbaycan qəDİm dövrdə


II MÖVZU: AZƏRBAYCAN ERKƏN ORTA ƏSRLƏRDƏ



Yüklə 393,13 Kb.
səhifə18/153
tarix02.01.2022
ölçüsü393,13 Kb.
#39328
1   ...   14   15   16   17   18   19   20   21   ...   153
C fakepathmuhazire tarix (3)

II MÖVZU: AZƏRBAYCAN ERKƏN ORTA ƏSRLƏRDƏ

(III-IX əsrlər)

Plan:

  1. III-IX əsrlərdə Azərbaycanın sosial-iqtisadi həyatı.

  2. Sasanilərin Azərbaycanı işğal etməsi və ona qarşı üsyanlar.

  3. Sasani-Bizans müharıbələri və Azərbaycan.

  4. Azərbaycan Ərəb Xilafətinin tərkibində. Xürrəmilər hərəkatı.

  5. Azərbaycan xalqının və dilinin təşəkkülü.

1.III-IX əsrlərdə Azərbaycanın sosial-iqtisadi həyatı. III-V əsrlərdə Azərbaycanda tədricən feodalizmə xas olan ic­ti­mai-iqtisadi münasibətlər yaranmağa başlamışdır. Dövlət torpaqları göstərdiyi yaxşı xidmət müqabilində hərbiçilərə, dövlət işçilərinə pay­lanır və bəzən ayrı-ayrı xüsusi xildməti olan şəxslərə hədiyyə verilirdi. Belə torpaqlar mülk, torpaq sahibi mülkədar, yəni feodal adlanırdı. Feodalizm cəmiyəti adı buradan yaranmışdır.

Avropadan fərqli olaraq Azərbaycanda feodalların şəxsi təsərrüfatı yox idi. Çünki süni suvarma üçün böyük xərc qoymaq lazım gəlirdi. Kəndlilər asılı olsalar da, təhkimli deyildilər. Feodal, əsasən, öz xüsusi təsərrüfatında məşğul olan kənd­lidən məhsul və ya pul ödənişi almaqla kifayətlənirdi. Onu kəndlidən ödəniş almaq daha çox maraqlandırırdı. Avropada feodal münasibətləri gec yaranıb (V əsr), tez süqut etdiyi (XVII əsrin ortaları) halda, Azərbaycanda bu cəmiyyət III-XIX əsrlərdə möv­cud idi.

Əhalinin çox hissəsini əkinçilər təşkil edirdi. Feodalların əksəriyyəti torpaqlarını onlara icarəyə verirdi. Kəndli feo­dal­dan asılı olub, onun torpağını becərməli, məhsulun müəyyən his­səsini ona verməli idi. Feodal torpaq sahibliyinin iki forması var idi: dastakerd – irsi, xostak-şərti torpaq. Vergi verənlər can (gezit) və tor­paq (xaraq) vergisi verirdi. Atropatenada da əsas vergi xaraq və gezit adlanırdı. Xaraq torpaq vergisi idi. Hər bir mahalın əkin sahə­lərinin şəhərə yaxın və ya uzaqlığından asılı olaraq məhsulun 1/3-dən 1/6-nə qədər təşkil edirdi. Gezit can vergisi idi, sənətkarlardan ildə 1 dəfə yığılırdı. Sasani şahı I Xosrov vergi yığan məmur­lar­darın özbaşınalığını azaltmaq, vəsaitin xəzinəyə daxil olmasını tə­min etmək üçün vergi islahatı keçirdi. Bütün torpaqlar ölçüldü, zey­tun və xurma ağacları hesaba alındı. Vergilər ildə 3 dəfəyə verilməli idi. İslahata görə xaraq torpağın sahəsinə görə alınmağa başlandı.

Albaniyada feodallar 2 qrupa bölünürdü: iri feodallar patrik­lər, 2-ci qrupa isə xırda və orta feodallardan ibarət azadlar (farsca nəcib) daxil idilər-(patriklərin vassalı hesab olunurdular). Onlar ruha­nilər kimi can vergisindən azad idilər, alban və Sasani hökm­darlarına xidmətə görə torpaq payı alırdılar. V-VII əsrlərdə Alba­niyada feodal münasibətləri hakim mövqe qazandı. Feodal torpaq sahibliyi 2 yolla formalaşırdı: 1) feodalın şəxsi mülkü olan torpaq üzə­rində irsi mülkiyyət dastakert adlanırdı; 2) hakim nümayəndələrə vassal xidməti müddə­tində dövlət tərəfindən müvəqqəti verilən şərti torpaq mülkiyyəti isə xostak adlanırdı. Əhalinin əsas hissəsini istehsalçılar-kəndlilər təşkil edirdi. Adsız-sansız adamlar sırasında sənətkarlar, dəmirçilər, daşyonanlar, dülgərlər, xarratlar, zərgərlər daxil idilər. V əsrdə əsirlərlə yanaşı caniləri də qula çevi­rirdilər. Albaniyada da xaraq və gezit vergiləri toplanırdı.

Bütün inzibati və məhkəmə hakimiyyəti Sasani mərzbanlarının əlində toplanmışdı. Onların ölüm hökmü çıxarmaq hüququ var idi. Sasani şahları köçürmə siyasəti aparırdılar. Bu siya­sət etnik dayaq yaratmaq və torpaqsız İran kəndlilərini münbit tor­paq sahələri ilə təmin etmək məqsədini güdürdü. Fars ləhcələrində danışan əhali-tatlar strateji əhəmiyyəti olan ərazilərdə məskun­laşdırılırdı. Əsl mənası “yad, özgə” deməkdir. “Tat” anlayışı həm İran­dan çıxmış farsları, həm də türk mənşəli etnosları (uyğur, tab­qacları) bildirirdi.


Yüklə 393,13 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin