Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Universiteti Sərbəst iş



Yüklə 39,16 Kb.
səhifə1/7
tarix02.01.2022
ölçüsü39,16 Kb.
#41846
növüYazı
  1   2   3   4   5   6   7
az dili


Azərbaycan Respublikası Təhsil Nazirliyi

Azərbaycan Universiteti



Sərbəst iş

Kafedra: Maliyyə və iqtisadiyyat

Fakültə:Biznes iqtisadiyyat

Fənn: Azərbaycan dilində işgüzar və akademik kamunikasiya

Mövzu:Yazı və durğu işarələri

İxtisas:Maliyyə

Kurs: I

Qrup:204406

Müəllim: Həsənova Aynur

Tələbə:Mustafayeva Cövhər

Yaranma tarixi

Yazının yaranmasının çox qədim tarixi var. Bəşəriyyətin ilk dövründə ünsiyyət yalnızca şifahi formada idi. İlk yazı nümunələri 7000 ilə yaxın tarixə malikdir. Və o vaxtdan bugünə uzun inkişaf yolu keçərək bu günki formaya gəlib çatmışdır. Yazının necə yarandığını tapmaq üçün əvvəlcə biz düşünməliyik ki, Yazı niyə yarandı. Axı şifahi şəkildə ünsiyyət mövcud idi. Bunu tapmaq üçün biz tarix elminə müraciət edirik.  Lap qədimdən insanlar ayrı-ayrı qruplar şəklində yaşamışlar. Bu qruplar arasında əlaqələr zəif olmuşdur. Lakin sonrakı dövrlərdə ictimai quruluş formalaşdıqca insan qrupları arasında siyasi, iqtisadi, və s. əlaqələr yarandı. Tayfalar müəyyən məqsədlər üçün əlaqə saxlamalı oldular. Buna görə də ikinci köməkçi ünsiyyət vasitəsi olaraq yazı yaranmağa başladı. Onun başlanğıc yolu heç bir xüsusi plan üzrə deyil, tədricən yaranmışdır. Demək: Yazı insanların dillə, şifahi ünsiyyət saxlamaları mümkün olmadığı şəraitdə, ünsiyyətə olan tələbatdan yaranmışdır. Dilin əmələ gəlməsində olduğu kimi yazının yaranmasında da kollektivin əməyi var. Yəni yazı ayrı-ayrı şəxslər tərəfindən deyil, ümumi kollektiv tərəfindən yaradılmışdır.

Lakin Yazının yaranmasında bütün tayfa və xalqların iştirak etdiyini düşünmək də doğru olmaz. Müasir dövrdəki yazısı olmayan xalqlar buna aydın sübutdur. XIX əsrin axırlarına kimi Mərkəzi Afrikanın və Şimali Amerikanın bəzi xalqları hələdə yazı ilə tanış deyildilər. Qədim dövrlərdə də yazı bütün dünyada eyni dərəcə inkişaf etməmişdir. Çünki qədimdə yazı yazmaq üçün vasitələr də indikindən fərgli olmuşdur. Yuxarıda da qeyd etdiyim kimi yazı birdən-birə meydana çıxmamışdır. Yazının əmələ gəlməsində fikrin müxtəlif vasitələrlə əks olunmasının xüsusi təsiri olmuşdur. Yazı əvvəl fikir və ya əşya vasitəsilə, ya da xətlər vasitəsilə əks olunurdu.

Bəzi xalqlar diri heyvan yollamaqla fikirlərini bildirməyə çalışırdı. Məs: 513-cü ildə İran şahı Dara Skiflərin özlərini məğlub olmuş kimi hiss etmələri üçün torpaq və su göndərmişdir. Bəzi alimlərin qeyd etdiyi kimi bu simvolik siqnaldır. Yəni hər əşya başqa bir mənanı ifadə edir.

Qədimdə insanlar müəyyən məlumatı məkan və zamanla əlaqədar olaraq uzağa çatdırmaq üçün kəndir və yaxud ipi düyümləmək vasitəsindən istifadə etmişdirlər.

Fikri düyünlər vasitəsilə (Quipi) ifadə etmək farslar, türklər, çinlilər, meksikalılar və başqa xalqlar arasında yayılmışdır. İpi düyünləməklə həm də say anlayışını ifadə edirdilər. Məs: farslar asılmış hər bir ipin vasitəsilə say və yaxud müəyyən əşyanın miqdarını təyin etmişlər. Perulular, meksikalılar isə ipi düyünləməklə daha mürəkkəb anlayışları ifadə edə bilirdi. Meksikada bu vasitə o qədər geniş yayılmışdı ki, onlar müqavilələri, bütöv əhvalatları belə ifadə edə bilirdi.

Fikrin əşyayla ifadə olunmasının bir neçə xüsusiyyəti var:

Alman alimi Johannes Fredrix əşyalarla fikir ifadə etməyi yazının primitiv başlanğıcı hesab edirdi.

Zaman keçdikcə insanlar yazını  təkmilləşdirməyə başladı. Onlar artıq müəyyən cizgilərlə fikirlərini ifadə edə bilirdilər. Onlar torpaq və ağacın üzərinə müxtəlif cizgilər çəkərək və ya ağac çapmaqla müəyyən məlumat çatdırmağı bacarırdılar.



Yazının əmələ gəlməsində insanların  öz bədənlərini yazmalarının da böyük əhəmiyyəti olmuşdur.  İnsanlar öz bədənlərini 2 məqsədlə: 1.bədəni bəzəmək  2.müəyyən anlayış bildirmək üçün istifadə ediblər. Alimlərin fikrinə görə, ilk dəfə tatuirovkadan ancaq bədəni bəzəmək üçün istifadə olunub. Bədəni yazmaq Polinezi adasında daha çox yayılmışdır. Yazı tarixçiləri bu məsələylə xüsusi məşğul olmuş və yazının inkişafında tatuirovkanın böyük rolunu qeyd etmişlər.  Bunlar yazının ilk növü olan şəkli yazı üçün təməl oldu.

Yazının formalaşması və inkişafı dövründə onun bir neçə tipi olmuşdur. Yazının tipləri barədə müxtəlif fikirlər var. Lakin son tədqiqatlara görə müəyyən edilmişdir ki, yazının 4 əsas tipi var.

Bu yazılar hər biri xüsusiyyətlərinə görə bir-birindən fərqlənir.

Şəkli yazı- məlumatların şəkillər vasitəsilə ifadə edildiyi yazıya şəkli yazı deyilir. Piktoqrafik yazı da adlanır. Piktoqrafiya 2 sözdən ibarətdir. Birinci piktus latın sözü “şəkli çəkilmiş”, ikincisi grapho yunan sözü “yazıram” deməkdir. Piktoqrafik yazıdakı hər bir ünsür piktoqram adlanır. Bu yazıda hər şəkil bir və ya bir neçə cümləni əks etdirir. Yəni belə yazıda nitq sözlərə bölünmür, bütöv cümlələrlə ifadə olunur. Yazının bu ilk tipi çox qədim tarixə malikdir. Keçmişdə insanlar müəyyən məqsədlərlə bağlı yüzlərlə şəkillər çəkmişlər. Lakin bu şəkillərin heç də hamısını yazı hesab etmək olmaz.

Deməli, insanların çəkdiyi ibtidai şəkillər bu və ya digər məlumatı əks etdirdikdə şəkli yazı yaranmağa başlayıb.

Piktoqrafik yazılarla ifadə edilən mövzuların əhatə dairəsi o qədər də geniş  olmamışdır. Əsasən ov səhnələri, vuruş və qaçış hadisələri, ticarət müqavilələri və s.

İnsanların dünyagörüşləriylə əlaqədar olaraq ilk dövrdə əşya və yaxud hərəkət göstərilirdisə də get-gedə mücərrəd anlayışları ifadə etmək tələbi yaranmışdır. Mücərrəd anlayışlar üçün bir neçə formadan istifadə olunurdu. Məs: “cəldlik” sözü üçün qol əvəzinə qanad çəkilmiş, “müharibə” anlayışı üçün ox hazır vəziyyətdə təsvir edilmişdir.

Bu yazıdan daha çox Şimali Amerika hindliləri istifadə etmişlər. Eyni zamanda qədim şumer və misirlilərdə də təsadüf olunmuşdur.

Bu yazıdan başqa xalqlar kimi Azərbaycanda da istifadə olunmuşdur. Təkcə  Qobustanda  720 qaya üzərində 4 mindən çox təsvir var və bu təsvirlərin çoxu piktoqrafiyadır. Bundan başqa, Qazaxda və Gədəbəydə də piktoqramlar tapılmışdır.

Şəkli yazıdan son zamanlara qədər Nasi xalqı da istifadə etmişdir. Nasi dili Çində yayılmış və bu dil Çin-Tibet dilləri ailəsinə məxsusdur.

Bu yazı sonralar bir o qədər də əlverişli olmamışdır. Buna görə də fikri yazı yaranmağa başlamışdır.



Fikri yazı- Nitqdəki sözlərin şəkillər vasitəsi ilə deyil, ideoqramlarla əks olunmasına ideoqrafik və ya fikir yazı deyilir. İdeoqrafiya 2 yunan sözündən ibarətdir. Birinci ideya “anlayış”, ikinci isə grapho “yazıram” mənasını bildirir. Heroqlif və digər  işarələr də ideoqrafik  yazı sisteminə daxildir.


Yüklə 39,16 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin