Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Universiteti Sərbəst iş


heroqlif     2.heratik       3.demotik



Yüklə 39,16 Kb.
səhifə4/7
tarix02.01.2022
ölçüsü39,16 Kb.
#41846
növüYazı
1   2   3   4   5   6   7
az dili

1.heroqlif     2.heratik       3.demotik

Heroqlif - Misir yazısının ilk formasıdır. Bu yazıdan təntənə məqsədiylə istifadə olunurdu. Heroqliflərin müəyyən hissəsi bitki, əşya, quş şəkillərindən ibarət olmuşdur.

Heratik - heroqliflər təkmilləşmiş, sxematik şəkil xarakterindən uzaqlaşmışlar. Həmin yazıda dolaşıq xətlər get-gedə çoxalmışdır. Əsasən, elmi məsələləri əks etdirmək üçün istifadə olunurdu.

Demotik - demotik xəlqi deməkdir. Bu yazı zahiri cəhətdən həm heroqlif, həm də heratik yazıdan fərqlənir. Çünki daha asan və sadədir. Bu səbəbdən yunanlar onu xəlqi yazı adlandırmışlar. Misirlilər ictimai həyatlarında demotik yazıdan geniş istifadə edirdilər.

Heca yazısı - Hecalar şərti işarələrlə göstərilən yazıya sillaboqrafik, yaxud heca yazısı deyilir. Bu yazının tələbinə görə dildə nə qədər heca varsa, bir o qədər də işarə olmalıdır.

Heca yazısının ünsürlərinin formalaşdığı ən qədim yazılardan biri də Şumerlərin yazısıdır. Qədim heca işarələri eramızdan əvvəl üçüncü minilliyin əvvəlində Şumer yazısında əmələ gəlmişdir.

Şumerlərin dili haqqında bir sıra fikirlər söylənilmişdir. 1938-ci ildə şumer dilini ilk dəfə türk dilləri ilə əlaqələndirməyə cəhd göstərmişlər. Onların ilk yazısı pintoqrafik xarakterli olmuşdur. Bu yazı zahiri əlamətlərinə görə başqa yazılardan fərqlənirdi. İşarələri mismara-mıxa bənzəyirdi. Azərbaycan dilində “mixi yazı” adlandırılır.

Heca yazısı eramızdan əvvəl lll minillikdə akkadlar, sonra babillər və assurilər tərəfindən mənimsənilmişdir. Həmin xalqların dilləri Sami dilləri qrupuna aiddir.

Tarixi faktlar göstərir ki, heca yazı tipindən minoy, hind və s. yazı sistemlərində istifadə olunmuşdur. Bu yazıdan da dünya xalqlarının, təxminən, 25%-i istifadə edir.

Bu yazıdan istifadə edənlərdən biri də yaponlardır. Lakin yaponların yazısı heç də sırf heca yazısı deyildir. Müasir yapon yazısının 2 qrafik forması vardır- kataqan və xiraqan.

Sillaboqrafik yazının əlamətləri müasir rus yazısında da vardır. Heca yazısı ideoqrafik yazıdan daha üstündür. Lakin səs yazısı ilə müqayisədə mənfi cəhəti işarələrinin çox olmasıdır.

Fonoqrafik yazı - Şərti işarələrlə dilin səslərini əsk etdirən yazıya fonoqrafik, yaxud səs yazısı deyilir. Mütəxəssislər bu yazının yaranmasını ticarətin inkişaf etdiyi Yaxın  Şərqlə  bağlayırlar. Yazının digər növlərindən fərqli olaraq, fonoqrafik yazıda dilin bu və ya digər səsi, ayrı-ayrı hərflərlə yanaşı, digər işarələrdən (apostrof, hərəkə və s.) də istifadə olunur.


Yüklə 39,16 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin