Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Universiteti Sərbəst iş



Yüklə 39,16 Kb.
səhifə7/7
tarix02.01.2022
ölçüsü39,16 Kb.
#41846
növüYazı
1   2   3   4   5   6   7
az dili

punktuasiya adlanır. Durğu işarələrinin yazıda səhv işlədilməsi, ya da qoyulmaması orfoqrafik normanın pozulması hesab olunur.

Cümlədə fonetik ritmik qrupun yaranmasında pauza - durğu xüsusi rol oynayır. Pauza şifahi nitqdə xüsusi rol oynayır. Fasilə etmədən normal kommunikativ münasibət yarada bilməzlər. Şifahi nitqdəki fasiləni, həyəcanı, emosiyanı, sualı yazıda durğu işarələri əvəz edir. Durğu işarələri müxtəlif dillərdə eyni cür olsa da, vəzifələri və işlənmə yerləri müxtəlifdir. Müasir Azərbaycan dilində nöqtə (.), vergül (,), nöqtəli vergül (;), iki nöqtə (:), sual (?), nida (!), tire (-), üç nöqtə (...), mötərizə [ ( )], dırnaqlar ( "") ən çox işlənən durğu işarələridir.

Ümumiyyətlə, yazıda durğu işarələri üç vəzifə və ya funksiya daşıyır: 1) orfoqrafik, 2) qrammatik və 3) üslubi.

Orfoqrafik vəzifə dedikdə durğu işarələrinin sözün düzgün yazılmasında iştirakı nəzərdə tutulur. Məsələn, bəzi mürəkkəb sözlər defislə yazılır (künc-bucaq, irəli-geri, aşağı-yuxarı, üç-dörd və s.), yaxud bir sıra xüsusi adlar dırnaq içərisinə alınır (“Azərbaycan” qəzeti, “Vaqif” dramı, “Qurd qapısı” restoranı və s.), yaxud da müəyyən ixtisarlardan sonra nöqtə işarəsi qoyulur (S.Vurğun, və s., və b.).

Durğu işarələrinin qrammatik funksiyası isə kifayət qədər genişdir. Lakin ümumiləşdirməyə çalışsaq, həmin işarələri üç qrupa bölmək lazım gəlir:

1) nöqtə, sual və nida işarələri;

2) vergül işarəsi;

3) iki nöqtə, nöqtəli vergül və tire işarələri.

Nöqtə, sual və nida işarələri, bir qayda olaraq, cümlənin sonunda qoyulub həmin cümlənin nəqli, sual və ya nida cümləsi olduğunu göstərir; müqayisə edək:

1. İnsan həqiqət axtarır.

2. İnsan həqiqət axtarır?

3. İnsan həqiqət axtarır!

Əmr cümləsinin sonunda emosiya səviyyəsindən asılı olaraq ya nöqtə, ya da nida işarəsi qoyulur. 

Ən çox mübahisə doğuran durğu işarəsinə - vergülə gəldikdə isə, burada da “şeytan” təsəvvür edildiyi qədər qorxulu deyil…

Vergüldən, əsasən, aşağıdakı hallarda istifadə olunur:

I. Mürəkkəb cümlənin tərkib hissələri (sadə cümlələr) bir-birindən vergüllə ayrılır; məsələn:

1. Hava işıqlaşır, bütün gecəni yağan qar yavaş-yavaş dayanırdı.

2. Elə ki hava işıqlaşdı, bütün gecəni yağan qar yavaş-yavaş dayandı, Həsən kişi yuxudan oyanıb əyin- başını geyinərək həyətə çıxdı.

3. Hava işıqlaşıb bütün gecəni yağan qar yavaş-yavaş dayanandan sonra Həsən kişi yuxudan oyanıb əyin-başını geyinərək ona görə həyətə çıxdı ki, görsün dünən axşamdan yaddan çıxıb qapısı açıq qalan mal- heyvana bir şey olmayıb ki və s.

II. Cümlənin həmcins üzvləri arasında vergül qoyulur; məsələn:

İlk dəfə şəhərə gələndə, küçələrdəki insan axınına, bir-birinin ardınca şütüyən maşınlara, hətta yanıb-sönən işıqforlara baxanda ona elə gəlirdi ki, tamamilə uzaq bir aləmə, heç vaxt adət edə bilməyəcəyi bir məkana düşüb.

III. Cümlə üzvləri ilə əlaqədar olmayan sözlər, söz birləşmələri və ya cümlələr cümlə üzvlərindən vergüllə ayrılır; məsələn:

1. Əmi oğlu, sən elə bilirdin ki, mənim dostlarım, xüsusilə bu Qafur ki hər yerdə şənimə təriflər yağdırırdı, düz-əməlli adamdır, xeyr, elə deyil.

2. Məncə, a bala, sən gərək, nə olursa-olsun, özü də belə bir xoş gündə, o adamın könlünə dəyib qanını qaraltmayaydın.

3. Birincisi, dövlət başçılarının növbəti görüşü, heç şübhəsiz, öz-özlüyündə mühüm hadisədir. İkincisi isə, bunu keçən görüşlərin təcrübəsi də göstərdi, əgər sona qədər hər iki tərəf iradə nümayiş etdirsə, müəyyən uğurlu nəticələrə nail olmaq mümkündür və s.

IV. Vergül o və bu əvəzliklərinin mübtəda, yoxsa təyin olduğunun fərqləndirilməsi üçün işlədilir; müqayisə edək:

1. O, evə getdi. Bu, kitabdır.

2. O evə getdi. Bu kitabdır.

Birinci halda o və bu əvəzlikləri mübtəda, ikinci halda isə təyindir.

V. Əgər kiminsə fikrinə və ya mövqeyinə istinad olunursa (məsələn: Hegelə görə, Hüseyn Cavidə görə, mənə görə, sənə görə, ona görə və s.) görə qoşmasından sonra vergülə ehtiyac var; məsələn:

1. Hegelə görə, Şərq ilə Qərbin dövlət idarəçiliyi texnologiyaları bir- birindən kəskin şəkildə fərqlənir.

2. Hüseyn Cavidə görə, gözəllik adi həyatın fövqündədir.

3. Qanunun keşiyində dayanmalı olan bir adamın belə hərəkətlərə yol verməsi, mənə görə, cinayətdir və s.

Lakin o halda ki görə qoşması üçün, ötrü qoşmalarının sinonimi kimi işlənir, ondan sonra vergülə ehtiyac yoxdur; məsələn:

1. Məni sənə görə yaman təriflədilər.

2. Verilən tapşırığı vaxtında yerinə yetirdiyinizə görə hamınıza təşəkkür elan edirəm və s.

Müqayisə edək:

1. Sən mənə görə narahat olmasan yaxşıdır.

2. Sən, mənə görə, narahat olmasan yaxşıdır.

Göründüyü kimi, məna fərqlərinin nəzərə çatdırılmasında vergül həlledici rol oynayır. Hər iki halda cümlənin leksik-qrammatik tərkibi eynidir. Amma birinci halda “sən”in “mən” tərəfdən narahat olmaması, ikinci halda isə “sən”in ümumi narahatlığına “mən”in münasibəti bildirilir. 

Müşahidələr göstərir ki, vergüldən yazıda düzgün istifadə olunmamasının ən səciyyəvi əlaməti harada ki işlənirsə, ondan sonra həmişə vergül qoyulmasıdır. Halbuki, məsələn, Həsən sübut etməyə çalışırdı ki, o günahı ki onun boynuna qoymaq istəyirlər, qətiyyən düz eləmirlər cümləsində birinci ki dən sonra vergül qoyulur (bağlayıcı olduğuna görə), ikincidən sonra isə qoyulmur (ədat olduğuna görə).

Yaxud ona görə ki, ondan ötrü ki, onun üçün ki və s. bağlayıcılardan sonra vergül işarəsinə ehtiyac yoxdur. Məsələn: Firma öz məhsullarının qiymətini aşağı salmaq fikrində deyildi, ona görə ki (ondan ötrü ki, onun üçün ki) bu məhsullara tələbat get- gedə artırdı.

Bəzən şeirdə söz sırasının dəyişməsi ilə əlaqədar olaraq vergül işarəsinin işlədilməsində çətinliklər yarandığından yanlışlıqlara yol verilir. Məsələn, böyük şairimiz Sabirin aşağıdakı məşhur misrası nəşrlərdə həmişə 

Şairəm, çünki vəzifəm budur əşar yazım, - şəklində gedir. Ancaq məlumdur ki, şair “vəzifəm budur ki, şeirlər yazım, çünki (mən) şairəm” deyir. Ona görə də vergül “şairəm” yox, “çünki” sözündən sonra qoyulmalıdır:

Şairəm çünki, vəzifəm budur, əşar yazım.

İki nöqtə, nöqtəli vergül və tire işarələri o qədər də geniş funksiya daşımır. Və get-gedə nöqtə, yaxud vergüllə əvəz edilir. 

İki nöqtə ümumi fikirdən sonra onun izahı verilərkən, yaxud ondan sonra hər hansı sadalamaya ehtiyac olarkən (xüsusilə rəsmi və ya işgüzar sənədlərdə) işlənir; məsələn:

1. Vəziyyətdən iki çıxış yolu var: ya yaxşı oxuyub təhsili davam etdirmək, ya da universitetlə vidalaşmaq.

2. İclasın gündəliyinə aşağıdakı məsələlər daxildir: 1... 2)... 3)...…

Nöqtəli vergüldən o zaman istifadə edilir ki, vergül öz funksiyasını davam etdirə bilmir; belə ki mürəkkəb cümlənin tərkib hissəsi olan cümlə və ya cümlələr özləri də mürəkkəb olur, yaxud həmin cümlələrdə həmcins üzvlər işlənir; məsələn:

Elə ki müşahidə komissiyası fabrikin ərazisinə daxil oldu, saat yeddini keçmiş, iş vaxtı qurtarmışdı; adamlar isə evə tələsmir, başladıqları işi sona çatdırmaq istəyirdilər.

Nöqtəli vergülün bir funksiyası da daha çox rəsmi və ya işgüzar sənədlərin dilində özünü göstərir; məsələn:

Komissiya sədrinin səlahiyyətlərinə aşağıdakılar daxildir:

1) iş icraçılarını təyin etmək, onların işinə nəzarət eləmək;

2) müvafiq qurumlarla əlaqə saxlamaq, təcrübə mübadilələrinin aparılması üçün şərait yaratmaq…

Nöqtəli vergülün ikinci funksiyası birincidən o qədər də fərqlənmir.

Tire işarəsi cümlədə ya hər hansı sözə əlavə izah verilərkən, ya da həmcins üzvlər “ümumiləşdirilərkən” işlənir; məsələn:

1. Bakı - qədim olduğu qədər də müasir bu şəhər, etiraf edim ki, məni öz gözəlliyi ilə valeh elədi.

2. Göz işlədikcə uzanan intəhasız çöllər, yalnız ayda-ildə bir dəfə yağış görən susuz torpaq, seyrək kol-kos - ətrafdakı hər şey darıxdırıcı, çox darıxdırıcı idi.

Vasitəsiz nitqdə iki nöqtə ilə tire birlikdə işlənir; məsələn:

Ayxan soruşdu:

- Ata, dünyanın ən gözəl ölkəsi haradır?

Atası bildi ki, oğlu məktəbdə yenə nə isə xoşuna gələn bir şey öyrənib. Özünü bilməməzliyə vurdu:

- Yox, haradır?

Ayxan təəccüblə:

- Necə bilmirsən? - dedi. - Hər kəsin öz vətəni.

Əlbəttə, yazı nə qədər mükəmməl olsa da, şifahi nitqin rəngarəng intonasiya çalarlarını sonacan əks etdirmək gücündə deyil. Ona görə də durğu işarələrindən bəzən üslubi məqsədlərlə də istifadə olunması tamamilə təbiidir. Məsələn, Mehman dolmuş gözləri ilə otağa göz gəzdirib arxasına baxmadan səssiz- səmirsiz bayıra çıxanda Dilarə bütün varlığı ilə hiss elədi ki, bu, onun son (!) səfəridir, ancaq bir söz demədi cümləsində “son” sözü qarşısında qoyulmuş nida işarəsi həmin sözün emosional təsirini gücləndirmək üçündür.

Bir neçə durğu işarəsindən eyni zamanda istifadə, adətən, üslubi səciyyə daşıyır. Məsələn, üç nöqtə, sual və nida, sual və nöqtələr, nida və nöqtələr və s.; məsələn:

1) Qatar hərəkətə gəldi... Onun ürəyi daha sürətlə döyünməyə başladı... Nə edəcəyini bilmədi...

2) Sən son sözünü deyəcəksən, ya yox?!

3) Gedirsən, ya getmirsən?..

4) Aha!.. Aha!.. Deməli, belə?!. və s.

Azərbaycan yazı mədəniyyəti son on illərdə xeyli inkişaf edib zənginləşsə də, çox təəssüf ki, durğu işarələrinin işlədilməsi üzərində elmi-akademik nəzarət yox dərəcəsindədir. Və bu sahədə son peşəkar, nüfuzlu “təlimat”ın nəşrindən qırx ildən artıq bir zamanın keçməsi də göstərir ki, yazıda durğu işarələri məsələsi mətbu inersiyanın ümidinə buraxılmışdır. Halbuki nəinki mövcud vəziyyəti təhlil etməyə, eləcə də yeni - daha mukəmməl “yol xəritəsi” hazırlamağa çoxdandır ki ciddi ehtiyac duyulurxsus damğaların durması fikri də həqiqətə uyğundur.[1]

Türk run yazıları ilə daş üzərində yerinə yetirilmiş Orxon-Yenisey abidələrindən ən qədimi Ongin abidəsi sayılır. Tədqiqatçılar bu abidənin ya 692-ci, ya da 689-cu ildə qoyulması fikrinə üstünlük verirlər.

Azərbaycan ərazisində daha qədim tarixə malik əlifbanın mövcudluğu elmdə təsdiq olunmuş faktdır. Q.Voroşil erkən orta əsr mənbələrində bizim eranın 6-cı əsrinin əvvəllərində aran (Azərbaycan) yepiskopu Kardastın Şimali Azərbaycan və Cənubi-qərbi Dağıstan hunları üçün türk yazısını yaratmasının qeyd olunmasını göstərir.[2] Bu fakt A.M.Şerbakın və A.N.Kononovun əsərlərində də səslənmişdir.[3]

1970-ci ildə Dağıstan ərazisində üstü yazılı yastı daş tapılmışdır. Daşın hər iki tərəfində yazılar vardır. Bu yazılar əlifba hərflərinin işarələri şəklindədir. Eramızın III-VII əsrlərinə aid edilən bu yazılı abidə üzərində Azərbaycanda istifadə olunmuş əlifbanın 44 işarəsi həkk olunmuşdur. Qeyd etmək lazımdır ki, bu işarələr 1948-1952-ci illərdə Mingəçevir Su Elektrik Stansiyasının tikintisidə torpaq işlərinin görülməsi zamanı tapılmış, eramızın V-VII əsrlərinə aid edilən səkkiz epiqrafik abidədəki işarələrlə oxşardır. Bu da Azərbaycan və indiki Dağıstan ərazilərində hələ eramızın V əsrində istifadə olunmuş qədim əlifba haqqındakı faktların doğruluğunu bir daha təsdiq edir.

Qədim run türk əlifbasını latın, Azərbaycan ərazisindəki alban əlifbasını ərəb əlifbası sıxışdırıb istifadədən çıxarmışdır. Hazırda dünyada latın, slavyan və ərəb əsaslı əlifbalar geniş yayılmışdır.

Yeri gəlmişkən onu da qeyd edək ki, qədim əlifbalar yazının istiqamətinə görə də bir-birindən fərqlənmişdir. Yazının hansı istiqamətdə yazılmasından asılı olaraq yazılar əsas iki yerə bölünür: şaquli avə üfuqi yazılar. Şaquli yazıların iki növü vardır: a) sağdan sola şaquli yazılar; bu yazıda heroqliflər yuxarıdan aşağıya doğru alt-alta, sətirlər isə sağdan sola sıralanır. Bu yazı formasından çinlilər, yaponlar və koreyalılar istifadə etmişlər. Hazırda Çində üfuqi yazı formasından istifadə olunur; b) soldan sağa şaquli yazılar; bu yazıda hərflər yuxarıdan aşağıya yazılır. Sətirlər isə soldan sağa sıralanır. Monqol və mancurlar bu yazı formasından istifadə etmişlər.

Üfuqi yazı formaları daha geniş yayılmışdır. Üfuqi yazıların üç forması vardır: sağdan sola; b) sağdan sola, soldan sağa; c) soldan sağa.

İkinci növ yazı üsulu bustrofedon yazı adlanır. Onun qüsurlu cəhəti ondadır ki, istiqamət dəyişdikdə hərflərin yazılışı güzgüvari şəkildə dəyişir.

Ədəbiyyat siyahisi

Qəzənfər Kazımov. Durğu işarələri.



https://az.wikipedia.org/

www.science.gov.az/
Yüklə 39,16 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin