Avropa və amerika öLKƏLƏRİNİN Ən yeni tariXİ


Markel kabinetinin xarici siyasəti



Yüklə 2,21 Mb.
səhifə37/186
tarix02.01.2022
ölçüsü2,21 Mb.
#1967
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   186
Markel kabinetinin xarici siyasəti. Merkel hökuməti xarici siyasətdə ilk növbədə Avropa istiqamətinə söykənirdi. Almaniya Fransa ilə birlikdə Avropa inteqarsiyasının yenə də «motor»u hesab edilirdi. 2008-ci ilin mayında AFR 2007-ci ilin dekabrın 13-də Aİ-nin Lissabon sammitində imzalanmış müqaviləni bəyəndi. O, Şengen vizasının 9 yeni ölkəyə (Polşa, Macarıstan, Çexiya, Slovakiya, Sloveniya, Malta, Pribaltika respublikaları) aid edilməsini (2007-ci ilin dekabrın 21-dən) müdafiə etdi.

2008-ci ilin fevralın 17-də AFR Kosovanın müstəqilliyini tanıdı AFR ABŞ-la münasibətdə «yeni başlanğıc», yeni atmosfera yarandığını elan etdi. Merkel Şröderlə müqayisədə ABŞ-a daha çox yaxınlaşmaq tərəfdarı idi. Ancaq ABŞ-AFR münasibətləri tərəflərin maraqları ilə müəyyən edilirdi. Şröder kimi Merkel də alman silahlı qüvvələrinin İraqa göndəril­məsinə razılıq vermədi. O, Əfqanısdandakı qoşun kontin­gentinin sayını artırmağa razı olsa da, onların Əfqanıstanın daha gərgin rayonlarına göndərilməsinə etiraz etdi. Merkel Al­ma­niyanın maraqları çərçivəsində ABŞ-la bağlı alyansı, tran­satlantika münasibətlərini möhkəmləndirmək fikrinə tərəfdar olduğunu bildirdi.

AFR əvvəlki kimi Rusiyaya strateji tərəfdaş kimi baxsa da, Rusiyada insan hüquqları problemini gündəliyindən sil­məmişdi. Almaniya Rusiyanın bir sıra qayğılarını nəzərə ala­raq məsələyə müstəqil mövqe nümayiş etdirmək istəyirdi. Al­maniya Ukrayna və Gürcüstanın hələ NATO-ya girmək üçün hazır olmadığını birdirməklə yanaşı, hər bir dövlətin buna hü­ququ olduğunu da inkar etmirdi. Almaniya NATO-nun Şərqə doğru genişlənməsinin Rusiyaya istiqamətlənməsinin əleyhinə idi. O, silahlar üzərində nəzarəti gücləndirmək tərəfdarı idi. Tərksilah məsələlərinə dair müqavilələrin istər ABŞ, istərsə də Rusiyanın birtərəfli qaydada imtina etməsini düzgün hesab etmirdi AFR həmçinin ABŞ-ın Çexiya və Polşada raketdən müdafiə qurğularını yerləşdirməsini bəyənmir və bu məsə­lənin bütövlükdə NATO-nun səlahiyyətlərinə daxil olduğunu gös­tərirdi. Almaniya Rusiya ilə elektrikə dair dialoqu dəstək­ləsə də, ondan enerji tabeliyində olmaqdan ehtiyat edirdi. AFR Rusiyaya qarşı ehtiyatlı siyasət yeridirdi.

Hazırda, Almaniya-Azərbacan əlaqələri yüksələn xətt üzrə inkişaf edir. Almaniya Azərbaycana texniki və maliyyə dəstəyi göstərir. Energetika, ekologiya, hərbi-texniki sahədə əməkdaşlıq davam edir. 2007-ci ilin fevralında Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Almaniyaya rəsmi səfər etmiş, kansler Markel və başqa vəzifəli şəxslərlə görüşlər keçirmişdir.

2009-cu ilin fevralında bankdan milliləşdirmək və sosial xərcləri azaltmaq haqqında qanun verildi.

2009-cu ilin sentyabrında keçirilən parlament seçkilərində XDİ-XSİ bloku qələbə çaldı. Angela Merkel yenidən kansler oldu. Sosial-demokratlar cəmi 23% səs aldılar.

Almaniya XXI əsrin ilk illərində də dünyanın aparıcı dövlətlərindən biri kimi öz mövqeyini saxlayır. Tarazlayıcı xarici siyasət yeridərək dünyanın güc mərkəzlərindən biri olan Avropa İttifaqında mühüm rol oynayır. Hazırda Almaniya çalışır ki, BMT Təhlükəsizlik Şurasının üzvü olsun və orada işlədilən dillərə alman dili də əlavə edilsin. O, buna dünyanın inkişaf etmiş qabaqcıl dövləti kimi haqqı olduğunu iddia edir. Almaniya Federativ Respublikasının daxili və xarici siyasətində Qərb yönümünə yenə də üstünlük verilir.


Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin