3.2. Avtomatik sistemlərin əsas məqsədi və anlayışları
Avtomatik sistemlər bir – biri ilə əlaqədə olan, müəyyən funksiyaları yerinə yetirən və ümumiyyətlə, bütün idarəetmə prosesini, başqa sözlə, ilkin informasiyanın alınmasını, informasiya siqnalının güjləndirilməsini və onların idarəediji siqnallara çevrilməsini, ijra mexanizmlərinə təsirini və s. təmin edən element və qurğulardan təşkil olunur.
Avtomatik sistemlərin element və qurğuları özlərinin konstruksiyalarına, iş prinsiplərinə, xarakteristikalarına, çevrilən siqnalların təbiətinə, idarəetmə sistemlərində yerinə yetirdikləri funksiyalarına görə çox müxtəlifdirlər.
Ümumi halda avtomatikanın elementi x girişinə və y çıxışına malik olan çevirijidir (şəkil 3.1a). Girişə forması sonrakı hərəkəti və təsiri üçün lazım olan formaya çevrilən informasiya daxil olur. Giriş kəmiyyəti fiziki kəmiyyətlərin ani qiymətləri (sürət, təjil, təzyiq, temperatur, yerdəyişmə, jərəyan, gərginlik və s.), sinusoidal və impuls elektrik kəmiyyətlərinin amplitud qiymətləri (jərəyanın və yaxud gərginliyin), fiziki kəmiyyətlərin tezliyi və s., çıxış kəmiyyəti isə qiymətinə və xarakterinə görə müxtəlif olan elektrk siqnalı ola bilər.
Avtomatik sistemlərin və onların elementlərinin əsas vəzifəsi texnoloci prosesin və avadanlığın vəziyyəti haqqında ilkin informasiyanın alınması; informasiyanın qəbulu, çevrilməsi və ötürülməsi; informasiyanın saxlanılması, emal olunması və idarə komandalarının formalaşdırılması; komanda informasiyasından obyektə və yaxud prosesə təsir etmək və operator ilə əlaqə yaratmaq məqsədləri və s. üçün istifadə olunmasından ibarətdir. Aşağıda avtomatik sistemlərin bəzi əsas növləri ilə tanış olaq.
Dostları ilə paylaş: |