Vericilərdə k, və k', – uyğun olaraq statik, diferensial, nisbi həssaslıq əmsallarıdır (onun daha çox olması arzu olunandır.
Cücləndiricilərdə çevirmə əmsalına gücləndirmə əmsalı deyilir. O, nə qədər çox olarsa, o qədər yaxşıdır; gücləndirmə əmsalının ölçü vahidi yoxdur.
Stabilizatorlarda o, stabilləşdirmə əmsalı ilə xarakterizə olunur.
2) Stabilləşdirmə əmsalı nisbi çevirmə əmsalınin tərs qiymətinə deyilir.
Stabilləşdirmə əmsalı nə qədər böyük olarsa, onda stabilləşdirmə daha dəqiq olur:
, (4.5)
3) Xətalar. Elementlər işləyərkən onun çıxışında alinan ölçmə nəticiləri ölçülən kəmiyyətin həqiqi qiymətindən fərqlənir. Bu fərqin yaranma səbəbləri daxili və xarici amillər (köhnəlmə, qida mənbəyinin tez-tez sıçrayışlarla dəyişməsi, temperatur və s.) ola bilərlər, nəticədə elementin xarakteristikasının ( ) dəyişməsi baş verir.
Xarakteristikanın meyletməsinə xəta deyilir. Xətanın aşağıdakı növləri vardır:
a) mütləq;
b) nisbi;
c) gətirilmış.
a) mütləq xəta ölçmə nəticəsı (Y) ilə ölçülən kəmiyyətin həqiqi qiyməti (Y) arasındakı fərqə deyilir:
, (4.6)
b) nisbi xəta – mütləq xətanın ölçülən kəmiyyətin həqiqi qiymətinə olan nisbətinə deyilir və faizlə göstərilir
, (4.7)
Şəkil. Nisbi xətanın xarakteristikası
c) gətirilmiş xəta mütləq xətanin çıxış kəmiyyətinin ən böyük qiymətinə olan nisbətinə(faizlə- %) deyilir:
gət = , (4.8)
əgər, , olarsa, onda gət = const.
Meyletməni əmələ gətirən səbəblərdən asılı olaraq xəta temperatur, tezlik, cərəyan təbiətli və s. ola bilər. Elementin xarakteristikasının zamandan asılı olaraq dəyişməsindən yaranan xətaya elementin qeyri-stabilliyi deyilir.
4) Həssasliq həddi elementin çixiş kəmiyyətinin dəyişməsinə səbəb olan giriş kəmiyyətinin minimal qiymətinə deyilir.
Giriş kəmiyyətinin x1-dən x2-ə kimi dəyişməsi zamanı
y
çıxış kəmiyyəti dəyişməz olaraq qalır və 0-a bərabər olur. Hədlər arası məsafə x qeyri-həsasliq zonası adlanır.
X
X2
X1
X
Şəkil Həssasliq həddinin xarakteristikası
5) Əks əlaqələr baş və yerli ola bilərlər:
a) baş əks əlaqədə (ƏƏ) tənzimlənən kəmiyyətin cari dəyişmə qiyməti tapşırıq kəmiyyəti ilə müqayisə olunur. O, çox vaxt mənfi olur;
b) yerli əks əlaqə element və sistemin bütöv xassəsini yaxşilaşdırmaq üçün daxil edilir. Yerli ƏƏ düz və əks, müsbət və mənfi, sərt və çevik olur.
Yerli əlaqə o vaxt düz adlanır ki, bu əlaqə ilə daxil olan siqnal əsas dövrədə yerləşən və bu əlaqə ilə əhatə olunan bir qrup bəndlərin çıxiş siqnalı ilə toplanır.
Yerli əlaqə o vaxt əks adlanır ki, əsas dövrədə yerləşən bəndlərin çıxışından alınan siqnal girişə verilir.
Əks əlaqə o vaxt müsbət adlanir ki, bu əlaqə ilə daxil olan siqnal girişdə olan siqnal ilə toplanir. Mənfi əks əlaqədə
isə çıxılır.
Əks əlaqə o vaxt sərt adlanır ki, bu əlaqə ilə ötürülən təsir yalnız çıxış kəmiyyətindən asılı olur və zamandan asılı deyil.
Əks əlaqə o vaxt çevik adlanır ki, o, yalniz keçid prosesi zamanı mövcud olur. Bu əlaqənin əsas xarakteristikası zaman sabitidir.
6) Elementin dinamiki iş rejimi (keçid prosesi) – onun bir dayaniqlı vəziyyətdən başqa bir dayaniqli vəziyyətə keçmə prosesidir. Burada giriş və çıxış dəyişənləri X və Y zamandan asılı olmalıdır.
Əgər avtomatlaşdırmanın elementləri ətalətlidirsə, onda Y dəyişəninin X dəyişəninə nisbətən dəyişməsi gecikir.
0
0
a) b) c)
Şəkil. Keçid prosesləri
a) ətalətsiz; b) aperiodik; c) rəqsi
Giriş kəmiyyətinin dəyişməsi zamanı çıxış kəmiyyəti öz qiymətini alarsa, belə rejim ətalətsiz rejim adlaır.
Əgər elementdə ətalətlilik varsa və giriş kəmiyyəti 0-dan X0–a kimi siçrayişla dəyişərsə, onda çıxış kəmiyyəti dərhal dəyişmir və bir müddət keçdikdən sonra keçid prosesi baş verir.
Keçid prosesi aperiodik (qeyri-rəqsi) (şəkil 3.11,b) və ya rəqsi ( sönən) olur (şəkil 3.11,c).
Tq müddəti ərzində çıxiş kəmiyyəti qərarlaşmış qiymətinə çatır ki, bu müddətə qərarlaşma müddəti deylir. Qərarlaşma müddəti elementin T zaman sabiti ilə xarakterizə olunan ətalətlilikdən asılıdır. T zaman sabiti nə qədər böyukdürsə, Y kəmiyyəti daha çox müddət ərzində qərarlaşacaqdır. Adətən Tq = (3-5)T olur ki, bu da dinamiki rejimdə (1-5)% xəta verir.
Dostları ilə paylaş: |