Avtomatlaşdırmanın əsasları” fənnindən mühazirələr. Giriş


Tenzorezistorların xarakteristikaları



Yüklə 1,39 Mb.
səhifə27/70
tarix02.01.2022
ölçüsü1,39 Mb.
#47232
növüMühazirə
1   ...   23   24   25   26   27   28   29   30   ...   70
AVTOMATLAŞDIRMANIN-ƏSASLARI

Tenzorezistorların xarakteristikaları:

Giriş kəmiyyəti: yerdəyişmə;

Çıxış kəmiyyəti: müqavimətin dəyişməsi;

Ölçmə diapazonu: 5 mkm (həssas elementin mexaniki dar­tıl­ması və yaxud sıxılması);

Qeyri-xəttilik xətası: 0,05%;

Tezlik diapazonu: 0-10 Hs.

Üstün cəhətləri: kiçik xəta, tətbiq sahələrinin universallığı, ucuz başa gəlməsi, vibrasiyalara davamlığı.

Nöqsan jəhətləri: alçaq həssaslıq, böyük yüklərin tələb olun­ması, temperatura və təzyiqə həssaslıq, ciddi və dəqiq yapışdırma.



Termohəssas vericilər (termorezistorlar). Termohəssas vericilər keçiricinin (və ya yarımkeçiricinin) elektrik müqavimətinin tempe­raturdan asılı olmasına əsaslanır. Şəkil 4.5.-də əsas keçiriji və ya­rım­keçirijilərdən bəzilərinin müqavimətlərinin temperatur asılılıqları göstərilmişdir.


Termorezistorlardan yalnız tempe­raturu ölçmək üçün deyil, həmçinin yer­dəyişmə və ölçüləri, maye və qaz mad­də­lərin sür'ət və sər­fini, qazların kiçik sıxlığını, nəmliyi ölçmək üçün, hətta qaz qarışıqlarının kimyəvi təhlili üçün istifadə olunur.
Şəkil 4.5.
Termorezistor elektrik dövrəsinə qo­şulur və ətraf mü­hitlə istilik mübadiləsində olur. Əksər hallarda keçiriji termorezistorların ma­terialı kimi təmiz metallardan istifadə olunur. Bundan başqa, təmiz metalların müqavimətinin temperaturdan asılılığı məlum olur və bu da onların istifadə olunduqları cihazların standart dərəjələnməsinə imkan yaradır.

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin