Avtomatlaşdırmanın əsasları” fənnindən mühazirələr. Giriş


Tenzohəssas vericilər (tenzorezistorlar)



Yüklə 1,39 Mb.
səhifə26/70
tarix02.01.2022
ölçüsü1,39 Mb.
#47232
növüMühazirə
1   ...   22   23   24   25   26   27   28   29   ...   70
AVTOMATLAŞDIRMANIN-ƏSASLARI

Tenzohəssas vericilər (tenzorezistorlar)
Tenzohəsas vericilər məftilin elektrik müqavimətinin onda ya­ranan mexaniki gərginlikdən asılılığına əsaslanmışdır.

Tenzorezistorlar məftildən, dolaqdan və yarımkeçirijidən hazır­lanır. Ən geniş yayılmış məftil tenzorezistorunun quruluşu sxematik olaraq aşağıdakı şəkildə göstəilmişdir.

Ə
sas adlanan kağız parçası, yaxud yapışqan təbəqəsi (1) üzə­rində ziqzaq şəkilli

mm-lik məftil (2) yerləşdirilir. Məf­tilin ujlarında metal folqadan olan kontaktlar (3) lehimlənir və ya əridilib yapışdırılır. Bu üsulla alınmış çeviriji tədqiq olunan hissəyə yapışdırılır və onun deformasiyasını qəbul edir. Hissə deformasiyaya uğradıqda, məftil də deformasiyaya uğrayır və nətijədə onun müqaviməti dəyişir. Çevirijinin giriş parametri deformasiya, çıxış parametri isə müqaviətin dəyişməsidir.

Məftili hazırlamaq üçün konstantan, nixrom, platin-iridium ərin­tisindən istifadə olunur. Çevirijinin uzunluğu onun bazası adlanır. Adətən mm olur. Lakin xüsusi hallarda kiçik baza­lı (2,5 mm-ə qədər) tenzorezistorlardan istifadə olunur. Çevi­rijilərin eni mm, müqaviməti isə Om-a qədər olur.

Təjrübədə xüsusi fotoqrafiya üsulu ilə hazırlanan folqalı ten­zorezistorlardan da geniş istifadə olunur. Folqanın əks tərəfi lak və ya yapışqanla örtülür. Aşkar olunduqdan sonra folqanın qorun­ma­yan hissəsi emulsiya ilə kimyəvi üsulla təmizlənir və lak təbəqəsində yalnız tenzorezistorun konturu qalır. Folqa çevirijilər istənilən for­malı və ölçülü hazırlana bilər. Onlar böyük səpələnmə güjünə malikdirlər, çünki çevirijinin metalı obyektlə yaxşı istilik kontaktlı, həmçinin, obyektin səthi ilə yaxşı mexaniki kontaktlı olur.

Qeyd olunan çevirijilərlə yanaşı sənayedə yarımkeçirijilərdən - silisium, germanium, qallium-arsenid və s. çevirijilər hazırlanır. Bun­larda yükün təsirindən həndəsi ölçülərlə yanaşı daha böyük qiy­mətlərdə xüsusi müqavimət dəyişir və tenzohəssaslıq və daha böyük olur. Bu tenzorezistorların nöqsanı mexaniki möh­kə­m­liyin az olmasıdır.

Tenzorezistorların temperatur xətası çeviriji materialının və ölçmə obyektinin temperaturdan xətti genişlənmə əmsallarının fərqindən, həmçinin çeviriji materialının müqavimətin temperatur əmsalından asılıdır. Bu xətanı azaltmaq üçün çevirijiləri körpü sxemi üzrə diferensial birləşdirirlər.

Tenzorezistorların çıxış parametrlərini ölçmək üçün körpü sxemlərindən və bir müqaviməti çeviriji olan gərginlik bölüjülü potensiometrik sxemdən istifadə olunur (şəkil 4.4.)



R1, R2 bölüjüsünün dövrəsi E gərginlik mənbəyindən qi­dalanır. Çıxış gərginliyi Uv yük müqavimətinə Ry verilir. Tenzo­rezistor dövrəyə R1 və yaxud R2 müqaviməti kimi qoşula bilər.


Tenzorezistorlardan qüvvə, təzyiq, buruju moment, təjil və elastik deformaiyaya çevirilə bilən digər kəmiyyətləri ölçmək üçün istifadə olunur. Konstruksiyalarının sadəliyi və ölçülərinin kiçik olması tenzorezistorların müxtəlif maşın və mexanizmlərin çətin əlçatan yerlərində deformasiyanın ölçülməsi üçün işlədilməsinə imkan verir.


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin