Avtomatlaşdırmanın əsasları” fənnindən mühazirələr. Giriş


Vericilərin xarakteristikası



Yüklə 1,39 Mb.
səhifə33/70
tarix02.01.2022
ölçüsü1,39 Mb.
#47232
növüMühazirə
1   ...   29   30   31   32   33   34   35   36   ...   70
AVTOMATLAŞDIRMANIN-ƏSASLARI

Vericilərin xarakteristikası:

Giriş kəmiyyəti: xətti və bucaq yerdəyişməsi;

Çıxış kəmiyyəti: tutumun dəyişməsi;

Ölçmə diapazonu: bir neçə sm; bucaq yerdəyişməsi - 1800 -yə qədər;

Qeyri-xəttilikdən xəta: çox az;

Tezlik diapazonu: 0-104 Hs;

Üstün cəhətləri: xarakteristikanın xəttiliyi; digər növ xarak­teris­tikaların sadə alınması;

Nöqsan cəhətləri: əngəllərə həssaslıq; yüksək omluluq;

dəqiq mexaniki hazırlanmaları tələb olunur.

Dəyişən dielektrik nüfuzluluqlu tutum vericiləri. Belə çevirjilər asılılığından istifadə olunmuqla yaradılır və onlar əsasən maddələrin tərkibinin təyin olunması (nəzarət olunan mühitlə hava aralığı tam dolduqda) və səviyyənin ölçülməsində istifadə olunur. Nəzarət olunan qaba salınmış lövhələr arasındakı tutum mayenin səviyyəsindən asılıdır; çünki səviyyənin dəyişməsi mayeyə salınmış elektrodlar arasındakı mühitin dielektrik nüfuzluluğunun dəyiş­mə­sinə səbəb olur.

Bərk maddələrin (məsələn, qum, toz və s.), eləjə də mayelərin (buxar, qaz və ya nəm materiallar) tərkibinə nəzarət etmək üçün onları müstəvi və yaxud silindrik kondensatorların içərisində yerləşdirmək olar.

Elektrik izolyasiyalı materialların təbəqəsinin qalınlığını ölçmək üçün (məsələn, plyonka, parça, lak təbəqəsinin qalınlığı və s.) tədqiq olunan material kondensatorun lövhələri arasındakı aralıqda yerləşdirilir. Bu metodun üstünlüyü onun kontaktsız olmasıdır. Bu metod nümunələrin məlum ölçülərində və materialın dielektrik nüfuzluluğunun məlum qiymətlərində penoplast və buna bənzər materiallarda havanın olmasını təyin etməyə imkan verir.


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin