Avtomatlaşdırmanın əsasları” fənnindən mühazirələr. Giriş


Texniki fəaliyyət növləri və onların



Yüklə 1,39 Mb.
səhifə7/70
tarix02.01.2022
ölçüsü1,39 Mb.
#47232
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   ...   70
AVTOMATLAŞDIRMANIN-ƏSASLARI

1.4.Texniki fəaliyyət növləri və onların

avtomatlaşdırılması
Texniki şöbədə "texniki fəaliyyət" növləri planlaşdırma, konstruksiyaetmə, işə hazırlıq və ya keyfiyyətə nəzarətdən başlayır. Maşınlar, material və alətlər yoxlanılır və meyletmələr aşkar edildikdə ehtiyat strategiya təklif olunur. İşə hazırlıq mərhələsində modelləşdirilmiş hesablamaların planlaşdırılması üzrə vəzifələrin dəstəklənməsi işi həyata keçirilir və bu zaman kommunikasiya, məsələn, yüklənmə dərəcəsi üzrə aktual mə­lu­matların əldə edilməsi üçün daxilolmaya icazə verilir.

Məhsulun istehsalı ideyasından onun praktiki olaraq ha­zır­lanmasına sürətli keçid məsələsi uğurlu istehsal üçün get­dikcə daha mühüm amilə çevrilməlidir. Ona görə də konstruk­siyaetmə, quraşdırma ilə bağlı vəzifələrlə yanaşı istehlakçıya yönəldilmiş modifikasiyanın qənaətçiliklə və optimal şəkildə konstruksiya edilməsi getdikcə daha mühüm rol oynamaq­da­dır. Konstruksiyaetmənin ərsiyə gətirilməsi gedişində meydana cıxan həndəsi göstəricilər məmulatın emalı və ya nəzarət planları üzrə proqramların yaradılması zamanı bilavasitə isteh­­salın planlaşdırılmasından ötrü istifadə olunur.

Kompüterin köməyi ilə informasiya axınının keyfiyyətinə nəzarət işinin daxil edilməsi nəticəsində istehsalat ilə konst­ruk­­tor bürosu arasında əks əlaqə yaranmış olur. Defektlərin ani olaraq tanınması zay, çıxdaş məhsulun səviyyəsini azaldır və istehsalın məhsuldarlığını yüksəldir.

Fərdi kompüter və interaktiv qrafik xidmət səviyyəsinə malik sistemlər texniki şöbədə fəaliyyətin avtomatlaşdırılması üçün əsas rol oynayır. Bunlar iş yerində yüksək məhsuldarlığa və kifayət qədər həcmli yaddaşa mailk kompüterlərin olmasını tələb edir. Həmin kompüterlərin funksional imkanı texniki fəaliyyətin avtomatlaşdırılmasına yönəlir. Detalların konstruk­siyasının işlənib - hazırlanmsı üçün CAD (Computer Aided De­sign-kompüterin köməyi ilə texniki sistemlərin işlənib hazır­lanması) sisteminədək fərdi kompüterlərin bütöv bir sıra­sından istifadə olunur.

CAD/CAE/CAM maşınqayırma məshullarının layihələndi­rilməsi, konstruksiya edilməsi və hazırlanmasınının kompleks avtomatlaşdırılması üçün nəzərdə tutulmuş sistemlərdir. Bu sistemlərdə üç müxtəlif təyinata malik olan, lakin eyni bazada yaradılmış abbrebiatura aşağıdakı kimi açıqlanır:

CAD - Computer Aided Design – kompüterin köməyi ilə kon­struksiyaetmə;

САЕ - Computer Aided Engineering - kompüterin köməyi ilə mühəndis analizi;

САМ - Computer Aided Manufacturing - kompüterin köməyi ilə istehsal;

PDM - Product Data Management – layihə məlumatlarını ida­rə­etmə sistemləri.

Konstuksiyaetmə mərhələsində (CAD, САЕ) - həcmli və müstəvi həndəsi modelləşdirmə, mühəndis analizi, layihə həl­lərinin qiymətləndirilməsi, rəsmlərin alınması məsələləri yerinə yetirilir.




Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin