Avtomatlaşdırmanın əsasları” fənnindən mühazirələr. Giriş



Yüklə 1,39 Mb.
səhifə25/70
tarix02.01.2022
ölçüsü1,39 Mb.
#47232
növüMühazirə
1   ...   21   22   23   24   25   26   27   28   ...   70
AVTOMATLAŞDIRMANIN-ƏSASLARI

4.3. Rezistiv vericilər
Rezistiv vericilər parametrik vericilərə aiddir. Burada praktiki olaraq ən geniş tətbiq olunan reostat, tenzohəssas və termohəssas ölçmə çeviriciləri baxılır.

Reostat vericiləri. Məlumdur ki, uzunluqlu, en kəsik sahəli və xüsusi müqavimətli materiallı keçirijinin omik müqaviməti

kimi təyin olunur.

Göründüyü kimi müqavimətin dəyişməsi xüsusi müqavimətin, keçiricinin uzunluğu və yaxud en kəsik sahəsinin dəyişməsindən baş verə bilər. Hər üç imkan həssas elementlərin konstruksiyalarında istifadə edilir.

Reostat (potensiometrik) verijilər xətti və bujaq yerdə­yiş­mə­lərini elektrik siqnalına çevirmək üçün istifadə olunur. Belə verijilər dövrəyə reostat, yaxud gərginlik bölüjüsü kimi qoşulan dəyişən müqavimətdən ibarətdir. Ümumi halda bu cür vericilərin çevirmə tənliyi aşağıdakı kimi ifadə olunur:



; ,

burada və - verijinin çıxış müqaviməti və gərginliyi, isə sürüngəjin xətti və yaxud bujaq yerdəyişməsidir.

Reostat verijiləri xüsusi konstruksiyalı reostatdan ibarət olub, onun sürüngəji x giriş kəmiyyəti təsirindən yerini dəyişir. Verijilər izole olunmuş manqanın, konstantan və ya volfram məftildən dolaq halında hazırlanır. Bu çevirijilərin müqaviməti 10 Om-dan bir neçə min Om-a qədər olur. Sürüngəj platinin ya iridiumla, ya da biril­liumla ərintisindən hazırlanır.

Aşağıdakı şəkildə sadə reostat (potensiometrik) vericilərin sxemləri göstərilmişdir.


a) xətti yerdəyişmələr üçün; b) bujaq yerdəyişmələri üçün.

х

Reostat verijilərinin əsas xarakteristikaları:

Giriş kəmiyyəti: xətti və bujaq yerdəyişməsi;

Çıxış kəmiyyəti: müqavimətin dəyişməsi;

Ölçmə diapazonu: xətti -60mm-ə; bucaq-3550 -yə qədər;

Xarakteristikanın qeyri-xəttiliyindən xəta: 0,1-0,3%;

Üstün jəhətləri: kiçik qeyri-xəttilik xətası; konstuksiyalarının sadəliyi;

Çatışmayan jəhətləri : hərəkət edən kontaktın olması, dolağın və sürüngəjin yeyilməsi, kontaktın korlanması.



Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin