1. Avtomatlaşdırma texnikasının inkişafı
Sənayedə avtomatlaşdırma texnikası istehsalatın daha effektivli olmasına və bununla birlikdə məhsulun faydalılığına və rəqabət qabiliyyətililiyinə, eləcə də əməyin yüngülləşdirilməsinə və təhlükəsizliyinə xidmət edir. O, texniki proseslərin müstəqil yerinə yetirilməsinə yönəldilmişdir. Bunlar elektrik stansiyalarında, prokat və metallurgiya zavodlarında, eləcə də kimya sənayesində, bundan əlavə, metal emalı, laklama və yaxud montaj kimi istehsalatın sənaye proseslərində müşahidə olunan enerjilərin və materialların bir şəkildən başqa şəklə çevrilməsi prosesləridir.
Hələ sənaye əsrinin başlanğıcından təqribən 150 il əvvəl, məsələn, vintlərin və zəncirlərin hazırlanmasında istifadə olunan avtomat maşınlar mövcud idi. Lakin bu maşınlar yaradıldıqları təyinat məqsədindən əlavə heç nə istehsal etməyə qadir deyildilər.
Dostları ilə paylaş: |