İstehsalın texnoloji hazirlanması mərhələsində (İTH) – qərbdə bunu САРР (Computer Automated Process Planing) adlandırırlar- texnolojı proseslərin işlənib - hazırlanması, RPİ-li avadanlıqlar üçün idarəedici proqramların (İP) tərtib edilməsi kimi işlər görülür. Bundan başqa burada, RPİ-li avadanlıqlar üçün konkret emal prosesinin idarəetmə proqramı istehsalat avadanlığının avtomatlaşdırılmış idarəetmə sisteminə (Qərbdə onu САМ adlandırirlar) daxil edilir.
САЕ sistemləri. Busistemlərdən istifadə edərək idarəetmə sistemlərinin analiz və sintezini yerinə yetirmək mümkündür. Bunun üçün müxtəlif proqramlar mövcuddur. Onlardan Matlab, TAU, VisSim, WinFact və s. proqramlarını misal göstərmək olar.
PDM sistemləri. Layihələndirmənin bütün mərhələlərində istifadə edilərək, kollektiv layihələndirmə rejimlərini, idarəetmə funksiyalarını, avtomatlaşdırıma məsələlərini həll edir.