1.3. Avtomatlaşdırmanın sahələri
Ayrı-ayrı cihaz və maşınlardakı texniki proseslər də texniki qurğuların qarşılıqlı fəaliyyətindən tutmuş bütöv qurğu-konstruksiyalaradək avtomatlaşdırıla bilər.
Bundan başqa avtomatlaşdırma bir çox sahələri də əhatə edir. Bu, məsələn, texniki obyektlərin layihələndirilməsi və hesablamaların aparılması, aralıq daşıyıcı olmadan kağız sxem və proqramların tərtibi, istehsal proseslərinin keyfiyyətinin yoxlanılmasınadək planlaşdırılması və izlənilməsidir. Həmçinin bu texniki fəaliyyət növlərində kompüterlərin məhsuldarlığı artıq hesablama mərkəzində cəmlənməmişdir. O, ehtiyacin olduğu yerdə, məsələn, qeyri-mərkəzləşdirilmiş interaktiv masaüstü kompüterlər formasında və bir-biri ilə öz tərəfindən kommunikasiya şəbəkəsi vasitəsilə birləşdirilmiş fərdi kompüterlər şəklində təqdim olunur. Öz-özlüyündə tamamilə müxtəlif olan tətbiq sahələri təcrübədə bir çox ümumi cəhətlərə malikdir.
İş yerlərindəki kompüterlər kimi avtomatlaşdırma qurğuları da informasiya mübadiləsi edirlər. Informasiya mübadiləsi həmçinin avtomatlaşdırma qurğuları ilə masaüstü kompüterlər arasında da həyata keçirilir. Hər iki tətbiq sahələrində, bundan savayı, qeyri-mərkəzləşdirilmış məlumatlar cəmləşmiş, mərkəzləşdirilmiş şəkildə emal edilir və bunlar mümkün qədər rasionallıqla qeyri-mərkəzləşdirilmiş qurğuların ixtiyarına verilə bilər. Texnoloji əməliyyatların reallaşdırılması zamanı məlumat mübadiləsi istehsalın planlaşdırılmasından maşınların idarəedilməsinədək baş verir. Əksər proseslərin ümumi xüsusiyyətləri avtomatlaşdırmanın məqsədlərinin həlli zamanı eyni strukturların yaranmasına gətirib çıxarır. Müxtəlif tələblər isə, əksinə, avtomatlaşdırma texnikasının müxtəlif olması halında təbii ki, bu strukturun reallaşdırılmasına, daha dəqiq desək, əsasən qurğulara və kommunikasiya şəbəkələrinə təsir göstərir. Optimal həllin tapılması üçün prosesi dəqiqliklə öyrənmək lazımdır.
Əgər sərhədləri daha dəqiq müəyyənləşdirmiş olsaq, onda görərik ki, "fasiləsiz", "fasiləli", ya da nadir proseslərdən danışılır. İdarəetmə nöqteyi-nəzərindən proseslərin oxşarlığı və bunlar arasındakı müxtəliflik əyani şəkildə növbəti bölmədə daha ətraflı təsvir olunacaqdir.
Dostları ilə paylaş: |