Avtomatlaşdırmanın əsas məqsədi əmək məhsuldarlığının yüksəldilməsidır. Ötən əsrin əvvəllərində kimya sənayesi mineral gübrələr və boyaların geniş miqyaslı istehsalına başladığı zaman o dövr üçün heyrətamiz dərəcədə yüksək avtomatlaşdırmaya malik olan yeni fabriklər meydana qəldi. Mexaniki və eləcə də elektromexaniki avtomatlaşdırma qurğuları artıq istehsalatın ayrı-ayrı proseslərini idarə edirdi. Avtomatlaşdırmanın əsas məqsədi əmək məhsuldarlığının artırılması idi. Yüksək məhsuldarlığа hər şeydən əvvəl kiçik sərmayə qoyuluşları ilə və istehsalata az xərc çəkməklə böyuk həcmli məhsul əldə etməklə nail olunurdu.
Avtomatlaşdırmanın tətbiq olunduğu növbəti sahə avtomobil sənayesinin istehsal prosesləri idi. Tezliklə "konveyer" nəqliyyat xətti tətbiq edildi. Standart konstruksiyalı avtomobillər bazarın qəbul etdiyi kütləvi məhsula çevrildi.
Eyni zamanda məhsuldarlığın artmasına baxmayaraq, bu cür istehsalat konsepsiyası məhsulların və bazar şərtlərinin dəyişməsinə uyğunlaşa biləcək qədər çevik deyildi. Bu məhsullar və bazar şərtləri heç də indiki kimi sürətlə dəyişmirdi.
Müasir avtomatlaşdırma texnologiyalarının yüksək inkişafı ötən əsrin 50-ci illərində ölçmə, tənzimləmə, idarəetmə və nəzarət texnikasının yaradılması istiqamətində edilən ilk cəhdlərdən başlanğıc götürdü.
Bu zaman energetika sahəsi ilə bağlı texnologiyalar müəyyən rol oynamağa başladı. Digər çevirmə proseslərinə analoji olaraq tezliklə sənaye texnologiyaları yarandı.
60-cı illərin ortalarından etibarən avtomatlaşdırma məsələlərinin həlli məqsədilə mərkəzi prosessorların tətbiqi istiqamətində cəhdlərə başlanıldı. Bu prosessorlara sadə tənzimləyicilər, eləçə də rele və idarəetmə sistemləri tabe edildi.
Dostları ilə paylaş: |