Avtomatlaşdırmanın əsasları” fənnindən mühazirələr. Giriş


Müasir avtomatlaşdırma texnikasının əsas strukturu



Yüklə 1,39 Mb.
səhifə4/70
tarix02.01.2022
ölçüsü1,39 Mb.
#47232
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   70
AVTOMATLAŞDIRMANIN-ƏSASLARI

1.1. Müasir avtomatlaşdırma texnikasının əsas strukturu
Avtomatlaşdırma texnikası texniki qurğuların vəziyyətini qeydə alır və bunları müşahidə edir, ya da istehsalatdakı texno­loji prosesləri idarə edir. Bunun üçün müxtəlif qurğu və sis­temlərin qarşılıqlı fəaliyyətdə olması zəruridir:

  • Istehsalatın idarə edilməsi üçün effektiv kompüterlər (müx­təlif tipli sənaye kompüterləri);

  • Yaddaşda saxlanılan proqramların köməyi ilə (SPS) və ya proqramlaşdırılan məntiqi kontrollerlərlə idarəetmə;

  • Rəqəm proqrlamları ilə idarə olunan (RPİ) dəzgahlar;

  • Nəqyiyyat sistemləri və i.a.

İnsan indikasiya və xidmətetmə qurğularının vasitəsilə texnikanı müşahidə edir və bunlara xidmət göstərir. İnsanlar həm də informasiyanın emal vasitəsi kimi proqramlaşdırma və layihələndirmə zamanı nəzərə alınır.

Bu cür fəaliyyət növləri üçün daha ayrı-ayrı maşınların funksiyalarını öyrənmək kifayət deyildir, mürəkkəb proseslərin planlaşdırılması və bunlara nəzarət edilməsi də gərəkdir. Bun­dan başqa, özünün rəhbər və nəzarətetmə funksiyalarını yeri­nə yetirməsindən ötrü insana istehsalat prosesindən bəzi məlumatlar gərəkdir:



  • Müvafiq olaraq düzgün informasiya (informasiyanın qeydiy­yatı);

  • Lazımi keyfiyyət (ilkin emal edilmiş informasiya);

  • Zəruri miqdarlı informasiya(cəmlənmiş məlumatlar);

  • Vaxtında verilmiş informasiya(akkumulə edilmiş, toplan­mış məlumatlar);

  • Öz yerində verilmiş informasiya (məlumatların köçürül­məsi).

Beləliklə, informasiya istehsalatın həlledici amilidir. Bu isə təbii ki, o hal üçün doğru olur ki, informasiya artıq emal edilmiş və beləliklə də insana əlverişli şəkildə, yəni nəticələr əyani olaraq tədqim edilmiş olsun.

Şəkil 1.1. Avtomatlaşdırma sisteminin əsas strukturu


İnsan tex­niki prosesi idarə

və koor­dina­-

siya edir

İnformasiya və kommunikasiya sis­temləri (prosesi idarəetmə sistemləri, idarəedici kompüterlər, PMK, şin sistemləri və s.

Texniki proses

Materiya, enerji

və ya


giriş informasiya

Materiya, enerji

və ya


çıxış informasiya

İnsana lazım olduğu kimi, xüsusi informasiya istehsalat prosesində iştirak edən hər bir avtomatlaşdırma qurğusuna da lazımdır; belə ki, bu qurğular öz tərəfindən avtomatlaşdırmanın digər komponentlərindən ötrü sinxronlaşdırma və yaxud tapşırığın yazılışının ötürülməsi üçün məlumatlar verirlər.

Avtomatlaşdırma sisteminin əsas strukturu əslində infor­masiya emalından, texnoloji proses və insanla əlaqələrdən, kommunikasiyadan ibarətdir.


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin