Avtomatlaşdırmanın əsasları” fənnindən mühazirələr. Giriş


Mikroelektronika və kommunikasiya texnikası



Yüklə 1,39 Mb.
səhifə5/70
tarix02.01.2022
ölçüsü1,39 Mb.
#47232
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   70
AVTOMATLAŞDIRMANIN-ƏSASLARI

1.2. Mikroelektronika və kommunikasiya texnikası
Silisiumlu tranzistorların inkişafı və bunun ardınca bir neçə tranzistorun silisium təbəqəsində inteqrasiyası ilə təq­ribən 1960-cı illərdə mikroelekrtronikanın qalibiyyətli yürüşü baş­landı. İS-də (inteqral sxemlər) daha çox tranzistoru bir yerdə toplamaq mümkün oldu. Bugünki mikroprosessorların sələfi olan ilk mo­no­kristal inteqral sxemlər meydana gəldi. Demək olar ki, üç onillik ərzində 1987-ci ilədək İS-nin inteq­rasiya dərəcəsi 100000 dəfə artdı. Bu zaman tranzistor funksiyasına çəkilən xərclər isə elə həmin əmsal dəfə azaldı.

Bu gün milyon və daha çox tranzistorlu standart ele­mentlər hazırlanır. Buna baxmayaraq, həmin yüksək keyfiyyətli sxemlər kiçik, etibarlı və enerji sərfi baxımından qənaətli, amma hər şeydən əvvəl ucuzdurlar. İnkişaf davam edir, bu texno­logiyaların inkişaf həddi yalnız bir sxemdə 10-100 milyon tranzisorun olması ilə ölçülür. Əvvəllər hesablama imkanları başlanğıcda hesablama mərkəzlərindəki xüsusi kompüterlərdə cəmlənmişdisə, bu gün mikroelektonikanın uğurları avtomat­laş­dırmanın intellektual, desentralizasiya olunmuş qurğula­rın­dan qənaətlə və yüksək məhsuldarlıqla istifadə etməyə imkan verir. Bunlar özündə avtomatlaşdırma proseslərinin ölçmə, idarəetmə və tənzimləmə funksiyalarını birləşdirirlər və sərbəst şəkil­də proqramlaşdırılan qurğulardır. Onların funksiyaları aparat vasitələri və proqram təminatına ayrılır.

Lakin avtomatlaşdırmanın desentralizasiya olunmuş qur­ğu­ları bir-biri ilə əlaqəli halda olmalıdır. İnformasiya, kommu­nikasiya və hesablama texnikası sahəsindəki inkişaf bu tələbə cavab verir.

Avtomatlaşdırma qurğularını bir-biri ilə və mərkəzi xidmət və nəzarət qurğuları ilə birləşdirən kommunikasiya şəbəkəkəri meydana gəldi. Yüksək inteqrasiyalı xüsusi monokristal İS-lər kommunikasiya şəbəkələrində geniş istifadə edilir.

Beləliklə, sistemin bütün sahələrinə yayıla bilən pay­lanmış avtomatlaşdırma sistemlərinin olması mümkündür. Eyni zamanda komponentlər arasındakı kommunikasiyaya sənaye avtomatlaşdırılmasında getdikcə daha çox rol ayrılır.

Məlumatötürmə texnologiyasında artıq qurğunun harada hazırlanmasından asılı olmayaraq, bütün Yer kürəsi boyunca hər kəsin hər kəslə əlaqə saxlaya bilməsi avtomatlaşdırma texnikası üçün də xarakterik olur.

Avtomatlaşdırma komponentlərinin bir-biri ilə birləşdiril­məsi üçün müxtəlif həll üsulları mövcuddur və heç bir avto­­matlaşdırma üsulu digərini təkrarlamır.

Avtomatlaşdırma texnikası hər yerdə tətbiq edilir, məsə­lən, avtomatlaşdırmadan dağ-mədən sənayesində, ətraf mü­hitin qorunmasında, eləcə də daş kömürlə işləyən elektrik stansiyalarının borularından çıxan tüstünün kükür­d­süz­ləşdiril­məsində və s. istifadə olunur.



Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin