Mövzu 15 Biznes proseslərini optimallaşdırmaq üçün hansı üsullar mövcuddur



Yüklə 17,84 Kb.
səhifə1/5
tarix02.01.2022
ölçüsü17,84 Kb.
#43507
  1   2   3   4   5

Mövzu 15

1. İdeal son nəticənin prosesdən kənarlaşdırılması. Mümkün bütün vasitələrin köməyindən istifadə edilərək elə bir İSN tapılmalıdır ki, təkcə prosesin reallaşdırılması ilə bağlı olmasın.


2.Əməliyyatların bölünməsi. İş prosesinin addımları nə qədər çox olarsa işçilərin yüksək ixtisaslaşmasına daha az ehtiyac olar. Bu suallar vasitəsi ilə iş prosesi addım addım təhlil olunur: Hansı addımlar daha çox ixtisaslaşma tələb edir? Bu addımları daha sadə hissələrə bölmək olarmı?
3.Əməliyyatların əsas prosesdən kənarlaşdırılması. Bəzən qəliz proseslərdə müxtəlif əməliyyatları eyni icraçı yerinə yetirir, bu isə zaman itkisinə keyfiyyətin aşağı düşməsinə səbəb olur. Bu suallar vasitəsi ilə iş prosesi addım addım təhlil olunur: Hansı addımlar daha çox enerji tələb edir? Bu addımlar prosesə zərər vermədən digər şəxslərə ötürülə bilərmi?

4.Əməliyyatların zamanda və ya məkanda birləşdirilməsi. Bu sual vasitəsi ilə iş prosesi addım addım təhlil olunur: Bu prosesdə zamanda və ya məkanda birləşdirilməsi mümkün olan əməliyyatlar varmı?
5.Əməliyyatların ardıcıllığın dəyişdirilməsi. Bu suallar vasitəsi ilə iş prosesi addım addım təhlil olunur: Səmərəli yekun üçün hanssı addımlar daha önəmlidi? Bu addımları daha önə keçirmək olarmı?
6.Gərəksiz addımların kənarlaşdırılması. Bu artıq addımların ixtisar olunmasını və ya birləşdirilməsinin mümkünlüyü araşdırılır: Bir birini təkrarlayan addımlar varmı? Bütün addımlar gərəklidirmi?
7.Avtomatlaşdırma, funksiyaların tam və ya qismən maşına ötürülməsi. Bu üsuldan o zaman istifadə olunur ki, əməliyyatı maşına ötürmək mümkün olsun və insan texnikanın periodik texniki baxışını həyata keçirsin.

Yüklə 17,84 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin