İLKİN İXTİSAS HAZIRLIĞI – bu termin inistitut hazırlığı olmadan müəyyən ixtisaslar üzrə xüsusi hazırlığı bildirir. O ixtisas (politenik, ümumi texniki, ümumi ixtisas) almaq üçün nəzəri bilikləri fundamental əsas kimi qəbul edir; müxtəlif fəaliyyət növlərinə aid olan və onun ümumi xüsusiyyətlərini əks etdirən təcrübi və politexnik bilik və bacarıqları; müxtəlif mütəxəssis qruplarının əlamət və xüsusiyyətlərini; fəaliyyətin (layihələşdirmə, texnoloji prosesə nəzarət, fəaliyyətin qeydiyyat uçotu və s) əks etdirir; fərdin şəxsi keyfiyyətləri - əməksevərlik, intizamlılığı, fəaliyyətinin dəqiqiliyi, düşüncələrində sistemlilik, işdəki səliqəliliyi, təcrübi, yaradıcı fəaliyyətə can atması; ixtisas məktəbinə girməzdən öncə praktik fəaliyətindəki təcrübə.
İMTAHAN (lat . examen - sınaq) – ali və orta ixtisas təhsil müəssisələrinə qəbul olunmaq, təhsilin müəyyən dövrünü bitirdikdən sonra (məs. məktəblərdə keçid və buraxılış imtahanları, aspirant) və aspiranturaya qəbul olunmaq üçün biliklərin yoxlanılması.
İMTAHAN BİLETİ (fr. billet, lat. billeta) – şifahi imtahanlarda təhsil alanın cavablandırmalı olduğu suallar olan bilet.
İNFORMAL TƏHSİL - özünütəhsil yolu ilə biliklərə yiyələnmənin forması.
İNNOVASİYA - müxtəlif təşəbbüslər, elmi tədqiqatlar əsasında formalaşan mütərəqqi xarakterli yeniliklər;