LÜĞƏT
A ABİTURİYENT – ali və ya orta peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunmaq üçün təhsil haqqında müvafiq dövlət sənədi təqdim edən şəxs.
AVTOREFERAT – müəllifin özü tərəfindən yazılan hər hansı elmi araşdırmanın nəticəsi.
ADLI TƏQAÜD - təhsildə uğurlu nəticələri ilə xüsusi fərqlənən, təhsil müəssisəsinin ictimai-mədəni həyatında fəal iştirak edən təhsilalanlar üçün dövlət, hüquqi və fiziki şəxslər tərəfindən konkret şəxsin adına təsis olunan təqaüd.
ADYUNKTURA- hərbi təhsil müəssisəsində doktoranturaya bərabər tutulan yüksək ixtisaslı elmi-pedaqoji kadrların hazırlanması forması.
AĞIL - insanın dərketmə bacarığının ümumiləşmiş xüsusiyyəti. Dar mənada düşüncə ilə bağlı beyində gedən əməliyyatlar. Ağlın xüsusiyyətləri: cəldlik,dəqiqlik, dərinlik, genişliyi, yaradıcılığı.