ordunun Xüsusi Şöbəsinin qaldırdığı
cinayət işinin materiallarına görə İttihad
1920-ci ilin axırlarında Azərbaycanda
silahlı üsyan yolu ilə hakimiyyəti ələ
almağa çalışırdı. Onlar Dağıstanda İmam
Qotsinski və Əlixanovun başçılıq
etdiyi
qiyamçıların, eləcə də Lənkəran və
Zəngəzur üsyançılarının köməyi ilə
qarşıya qoyulan məqsədə çatmağın
mümkün olacağı qənaətində idilər. 1921-
ci ilin əvvəllərindən
başlayaraq məram və
xarakterinə görə İttihada yaxın olan dini
təmayüllü bir neçə partiyanın da fəaliyyəti
gücləndi. Bunlardan "İslam" partiyasının
fəaliyyəti daha çox nəzərə çarpırdı ki,
adından da göründüyü kimi o islamçılıq
təbligatı aparır, "Azərbaycan
müsəlmanları
üzərində Türkiyənin təsirini
yaymağa çalışırdı. "İslam"in əsas
rəhbərləri də türkiyəli zabitlər idi".
Məramları, sosial bazaları oxşar
olduğundan İttihadla İslam birləşərək
yeni İttihadi İslam (İslam Birliyi) partiyası
yaratdılar. Əsasən kasıb və ortabab
kəndliləri öz sıralarına cəlb edən İttihadi
İslam çox sürətlə böyüyürdü. 135
nəfərdən ibarət
rəhbərlik heyətinə malik
olan yeni birliyin "təkcə Şəmkir rayonunda
3000 nəfər üzvü var idi". 1921-ci il 5 may
tarixli Bakı konfransında İttihadi İslam o
qədər də geniş nüfuza malik olmayan
"İslam Əl-Quran"la birləşib yeni ad-"Milləti
İslam" adını qəbul etdi.
Azərbaycanın
Qərbində öz fəaliyyətini
daha da gücləndirmək məqsədilə Milləti
İslam "Günəş-Qafqaz" la birləşmək
qərarına gəldi. 1921-ci il iyunun 3-də bu
iki partiya Gəncə toplantısında
birləşmə
qərarı qəbul etdikdən sonra "Azərbaycan
Milli Müdafiə İslam Firqəsi" (AMMİF)
adlanmağa başladı. AMMİF-ə yeni sədr
Cabbar Qoşqarov,
sədr müavini Əli
Səmədov, katib Abbas bəy Usubbəyov
seçildi və partiyanın 21 nəfərdən ibarət
MK tərkibi formalaşdırıldı.
Bundan əlavə
Xosrov Əfəndiyevin rəhbərlik etdiyi hərbi
şöbə (köməkçi İsfəndiyar Məmmədov
idi), Seyidəli İsrafilverdiyevin
rəhbərlik
etdiyi təbligat-təşkilat şöbəsi yaradıldı,
Xəlil Şakirov, Tahir Quliyev isə Türkiyə ilə
əlaqəçilər təyin edildi. Azərbaycanda milli
müqavimət hərəkatının aparıcı qüvvəsi,
ideoloji istiqamətvericisi Müsavat
Dostları ilə paylaş: