Aydın İsmayılov Xocalı faciəsi



Yüklə 14.24 Kb.
Pdf просмотр
tarix06.09.2017
ölçüsü14.24 Kb.

Aydın İsmayılov 

Xocalı faciəsi 

 

Xocalı soyqırımı – tarixin qanlı günü, 

O əlli il sonrakı Xatın faciəsiydi. 

Millətin soyqırımı, millətin qətl günü, 

Minilliyin, həm əsrin ən böyük genosidi, 

Xocalı soyqırımı xalqın faciəsiydi... 

 

Od-alov göyə büləndi, yandı şəhər, yandı kənd, 



 

Yeri-göyü bürüdü yanan kəslərin səsi. 

Yandı evlər, tayalar, güllələndi qayalar, 

Silkələndi yerindən asiman-göy qübbəsi! 

Şəhər oda bürünmüş, alov göylərə bülənd, 

Körpələrin naləsi çatırdı ərşə qədər. 

Tırtılların altında məhv olurdu şəhər, kənd, 

Qocalar nicatsız, üzlərində qəm, kədər... 

 

Bəlkə Sonqmi bəlası təkrarlanıb gedirdi, 



 

Bəlkə Xirosimo idi, özü fəryad edirdi. 

Yanırdı Xocalımız, alovu ərşə bülənd, 

Yanırdı Xocalımız, alovlanırdı bənd-bənd. 

Vyetnam Sonqmisi, Belorusun Xatını... 

Xocalım da yaşadı onların həyatını. 

Ağaclar da adam tək güllələndi birbəbir, 

Yandırıldı binalar, söküldü məzar-qəbir. 

 

Daş üstə daş qalmadı bu şəhərdən o gecə, 



 

Düşmən öz amalına yetişmişdi beləcə. 

Yanırdı torpaq, səma, alov göyə büləndi, 

Yanırdı od içində Xocalım dərdli-dərdli. 

Qulaqlar tutulurdu tankların lərzəsindən, 


Kar olmuşdu təbiət mərmilərin səsindən. 

Tüstüdən bulud almış səmanı da ərşəcən, 

Göylər qapqara tüstü, yerlərsə yanar ocaq. 

 

Bürüyüb havanı barıt qoxusu, 



Atılan mərmidən təlatüm qopur. 

Sıxır insanları ölüm qorxusu, 

Düşmənlər hər yanı talayıb çapır. 

Şəhər od içində alov püskürür, 

Körpə nalələri yetişir ərşə. 

Tankların səsindən göylər tökülür, 

Bürüyüb aləmi qorxulu dəhşət. 

 

 Şüara yerləşməz bu vəhşiliklər, 



 

Özünü göstərir faşist qurumu. 

 

Tamam məhv olmalı burdakı türklər, 



 

Sona yetməlidi bu soyqırımı! 

Haqqın qapıları açılan zaman, 

Sənin sonun olar, ey kafir nadan! 

Alçaqlıq rəmzi tək yaşayacaqsan, 

Sən, ey türk qanına həris şarlatan! 

 

Gözünü tutanda tökdüyü qanlar, 



 

Şərəfsiz alçaqlar suçunu anlar. 

 

Türk qanına yerikləyir hər şeytan, 



 

Öz qanında boğulacaq bir zaman... 

Azad olar yurdumuz, o doğma Xocalımız, 

Yenə bizə qayıdar Şuşa – qeyrət tacımız! 

Zəfər çalıb ucallıq, ucalarıq hamımız, 

Bizi təbrikə gələr böyük Xurşidbanumuz. 

 

Günəş salamlayar bəşəri səhər, 



 

Gülər, təbiətin eyni açılar. 



Bəzəyər hər yanı o al şəfəqlər, 

Bəşəri sevgiylə yerə sancılar. 

Oyanar təbiət, bəşər şənlənər, 

Günəşə sevgiylə açar gül-çiçək. 

Ana sevgisiylə odlanar, yanar, 

Günəş fərəh ilə səpər nur, şəfəq... 

 

Sən, ey ucalığa etalon insan! 



Səninlə gül açar yurdum hər zaman. 

Gülər Qarabağım, açılar yazı, 

Gələr ana yurdun baharı, yazı. 

Şadlıq, şənlik başlar sonu görünməz, 

Yurdum başdan-başa düşər bayrama. 

Geyər toy libasın ülvü, müqəddəs, 

Doğma Azərbaycan, o gözəl ANA. 

 

İsmayılov A. Xocalı faciəsi : şeir // Səs. – 2015. – 26 fevral. ; 2016. – 26 fevral. – 



S.13. 

 



Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə