Ayətullah məHƏMMƏd məHƏMMƏDİ reyşƏHRİ İslamda aiLƏ SƏADƏTİ Mütərcim: Dr. Əfzələddin Rəhimov



Yüklə 2,04 Mb.
səhifə83/159
tarix24.12.2023
ölçüsü2,04 Mb.
#192466
1   ...   79   80   81   82   83   84   85   86   ...   159
455. Allahın rəsulu (s): Qadını ərinə itaət etməsinə aid olan nümunələrdən biri də, onun icazəsi olmadan müstəhəbb oruc tutmamasıdır... əks təqdirdə... Bu qadın itaətsizlik etmiş sayılır.1


Beşinci fəsil


Ailənizin maddi ehtiyaclarını təmin edin


1\5

Ailənizin maddi ehtiyaclarını təmin etməyə həvəsləndirmək


456. Allahın rəsulu (s): Bəndənin əməl tərəzisində ilk olaraq onun ailəsinə verdiyi nəfəqə (dolanışıq üçün çəkilən xərc) mükafatlandırılacaq.2
457. Allahın rəsulu (s): Allah-təala, qazancını ailəsinə xərcləyən bəndənin verdiyi hər dirhəmin müqabilində, ona yeddi yüz bərabərini əta edər.1
458. Allahın rəsulu (s): Kişinin xərclədiyi ən dəyərli dinar, ailəsi üçün xərclədiyi dinardır.2
459. Allahın rəsulu (s): Quzularını otaran cavana müraciətlə: Agah olun! Əgər bu cavan valideynlərinin və ya onlardan birinin (rifahı və onların ehtiyaclarını təmin etmək üçün) zəhmət çəkirsə, əsl həqiqətdə Allah yolunda addımlamış olur. Əgər ailəsinin ehtiyaclarını təmin etmək məqsədilə çalışırsa, Allah yolunda addımlamış olur.
Öz ehtiyaclarını ödəmək üçün (başqasına möhtac olmamaq üçün) zəhmət çəkirsə, yenə də Allah yolunda addımlamış sayılır.3
460. Allahın rəsulu (s): Hər kəs, şəhərlərdən birində ailəsi(nin rifahı) üçün çalışsa, istər ehtiyac içərisində olsun, istər bolluq, qiyamət günü peyğəmbərlərlə məşhur olar. Ahay! Məqsədim onlarla birlikdə gəzmələri, yol gedəcəkləri deyil; doğrusu onların məqam və rütbəsində olmalarıdır!4
461. "Müsnədi-ibn Hənbəl": Məaz rəvayət edir: Allahın elçisi (s) mənə on göstəriş verdi: "... əlinin zəhməti ilə ailəni dolandır."5
462. "Tarixi-Bağdad": Allahın elçisi (s) buyurdu: "Kim halal zəhməti ilə ruzisini qazana və bu yolla ailəsini, övladlarını başqalarına möhtacetməyə, qiyamət günü peyğəmbərlər və saleh möminlərlə bu şəkildə birlikdə gələr. (Üç orta barmaqlarını birləşdirərək göstərdi.)1

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin