Ayətullah məHƏMMƏd məHƏMMƏDİ reyşƏHRİ İslamda aiLƏ SƏADƏTİ Mütərcim: Dr. Əfzələddin Rəhimov



Yüklə 2,04 Mb.
səhifə81/159
tarix24.12.2023
ölçüsü2,04 Mb.
#192466
1   ...   77   78   79   80   81   82   83   84   ...   159
442. Allahın rəsulu (s): Ərin həyat yoldaşının boynunda olan haqqı budur ki; yatağını tərk etməsin, andını qəbul, onun əmirlərinə tabe olsun və onun icazəsi olmadan evdən bayıra çıxmasın. Ərinin xoşlamadığı şəxsləri evə buraxmasın.2
443. Allahın rəsulu (s): Allaha və qiyamət gününə inanan hər bir qadın, əri narazı olduğu halda, başqa insanları evinə daxil etməz. Ərinin razılığı olmadan evdən bayıra getməz. Onun necə rəftar etməsi barəsində başqalarının sözünə qulaq asmaz. Ərinin yatağından uzaq düşməz. Onunla rabitəni, əlaqəni kəsməz. Ərinə haqsızlıq etdiyi zaman, onun yanına gedib, ürəyini ələ alar. Həyat toldaşı onun üzrünü qəbul etsə, Allah da, onun üzrünü qəbul etmişdir. Artıq ona günah yqzılmaz. Amm əri onun üzrünü qəbul etməsə, qadın, Allah yanında üzürlü sayılar.3
444. Allahın rəsulu (s): Ey Həvla! Ərini qəzəbləndirdiyi zaman, onu xoşhal etmək, qadının vəzifəsidir. Onun üzünə qəzəblə baxmağa haqqı yoxdur... Həmçinin, əri ondan narazı qaldığı müddətdə Allah-təala da ondan narazıdır.1
445. İmam Baqir (ə): Allahın elçisi qurban bayramı günü bir erkək dəvəyə minərək, Mədinə şəhərinin arxa hissəsinə doğru yola düşdü. Yolda bir dəstə qadınla rastlaşdı. Dayanıb, onlara belə buyurdu: "Ey qadınlar, sədəqə verin və həyat yoldaşlarınıza itaət edin."2

6\4

Ərin hüququna riayət edilməsinin əhəmiyyəti




446. Allahın rəsulu (s): Qadın, əri ondan razı olduğu halda dünyadan gedərsə, behişt əhli olar.3
447. "Məsaili-Əli ibn Cəfər": Ondan (İmam Kazimdən (ə)) ərini incitmiş qadın barəsində soruşdum: Belə qadının namazı qəbuldurmu? Ümumiyyətlə belə qadını necə dəyərləndirmək olar?
Buyurdu: "Ərinin razılığını cəlb etməyincə, ona itaətsizlik etmiş sayılır."4
7\4

Həyat yoldaşına itaət edən qadının mükafatı




448. Allahın rəsulu (s): Allahını tanıyan, Onun peyğəmbərinə (s) iman gətirən və peyğəmbərin Əhli-beytinə etiqad bəsləyən qadın, gündəlik beş namazını qılar, Ramazan ayında oruc tutar, ətəyini (iffətini) qoruyar, ərinə itaət edər. Belə qadın, behiştə istədiyi qapıdan daxil olar.1

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin