MÜNDƏRİCAT
XÜLASƏ
GİRİŞ
ÖLKƏNİN PENİTENSİAR SİSTEMİNDƏ ƏMƏYİN TƏŞKİLİNİN VƏZİYYƏTİ
Penitensiar müəssisələrdə məhkumların əməyə cəlb edilməsinin qanunvericilik əsasları
Penitensiar müəssisələrdə iş yerlərinin imkanları və vəziyyəti
Əməyə cəlb etmə göstəriciləri
Məhkumların əməyə cəlb edilməsinə dair beynəlxalq standartlar
CƏZASINI BAŞA VURMAQDA OLAN ŞƏXSLƏRİN AZAD OLUNDUQDAN SONRA
ƏMƏYƏ ÇIXIŞININ TƏMİN OLUNMASI İSTİQAMƏTİNDƏ FƏALİYYƏTLƏR
Məhkumların təhsili
MƏHKUMLARIN VƏ CƏZASINI BAŞA VURMUŞ ŞƏXSLƏRİN ƏMƏYƏ CƏLB
EDİLMƏSİNİN PROBLEMLƏRİ
PROBLEMLƏRİN HƏLLİNƏ YÖNƏLƏN TƏDBİRLƏR VƏ SİYASƏT
TÖVSİYYƏLƏR
XÜLASƏ
Azadlıqdan məhrum etmə yerlərində saxlanılan və cəzasını başa vuran şəxslərin əməyə cəlb
edilməsi, onların peşə vərdişlərinin və artırılması aktual problem olaraq qalmaqdadır.
Xüsusən də Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində saxlanılan məhkumların əmək
qabiliyyətli hissəsinin əməyə və peşə təhsilinə cəlb edilməsi ilə bağlı müxtəlif dövlət
proqramlarında və onların icrası ilə bağlı həyata keçirilən tədbirlər planınında müxtəlif
fəaliyyətlərin nəzərdə tutulmasına baxmayaraq problemin həlli istiqamətində ciddi irəlləyişlərə
nail olunmamışdır.
Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində və Əmək Məcəlləsində məhkumların
əməyə cəlb olunmasının hüquqi əsas və qaydaları müəyyən edilmişdir və bu hüquqi əsaslar
beynəlxalq standartlara cavab verir.
Təqdim olunan bu tədqiqat materialında məhkumların və cəzasını başa vuran şəxslərin əməyə və
təhsilə cəlb olunmasının hüquqi əsasları təhlil edilmişdir.
Eyni zamanda tədqiqatda məhkumların əməyə cəlb olunması ilə bağlı problemlərin səbəbləri,
əməyə və təhsilə cəlb olunma ilə bağlı praktikada mövcud olan problemlər də araşdırılmışdır.
Məhkumların əməyindən istifadəyə əngəl yaradan normaların təkmilləşdirilməsi, həmçinin
praktikada mövcud olan problemlərin aradan qaldırılması üçün siyasət variantları təklif edilmiş
və tövsiyyələr verilmişdir.
Sənəd Ölkənin cəza sistemində həyata keçirilən hüquqi islahatlara dəstək vermək, eləcə də
cəzasını başa vurmuş insanların resosializasiya və reinteqrasiya problemlərinin həllinə yadım
etmək məqsədi ilə hazırlanmışdır.
Sənəddə Dövlət satınalmalarına dair qanuna əlavə və dəyişikliklərin edilməsi də təklif
edilmişdir. Bu dəyişikliklərin edilməsi Cəza çəkmə Müəssisələrinin dövlət satınalmalarında
iştirakına şərait yarada bilər ki, bu da məhkumların faydalı əməyə cəlb edilməsində, onların
məşğulluğunun təmin edilməsində, peşə vərdişlərinin saxlanılmasında və artırılmasında müsbət
rol oynaya bilər.