Ayətullah məHƏMMƏd məHƏMMƏDİ reyşƏHRİ İslamda aiLƏ SƏADƏTİ Mütərcim: Dr. Əfzələddin Rəhimov



Yüklə 2,04 Mb.
səhifə89/159
tarix24.12.2023
ölçüsü2,04 Mb.
#192466
1   ...   85   86   87   88   89   90   91   92   ...   159
493. İmam Əli (ə): Sizin hər birinizin Allah yolunda (döyüşmək üçün) addımlamanız, ailəniz və övladlarınızın (ehtiyaclarını təmin etmək) üçün çalışmağınızdan üstün deyildir.1
494. İmam Sadiq (ə): Üzün nuraniliyini axtardım, onu gecə namazında tapdım. Cihadın savabını axtardım, onu ailə(nin rifahı) üçün çalışmaqda tapdım. Allahla dostluğu axtardım, onu günah əhlinə nifrət etməkdə tapdım.2
495. İmam Rza (ə): Ailəsinin yaşayışını təmin etmək üçün Allahın ruzisini qazanmaq üçün çalışan şəxsin savabı, Allah-təala yolunda cihad edən şəxsin savabından çoxdur.3
496. İmam Kazim (ə): Hər kəs, ailəsi üçün ruzisini halal yolla qazana, Allah-təala yolunda cihad edən şəxs kimidir. Amma qazana bilmsə, Allaha və Peyğəmbərinə təvəkkül edərək, ailəsinin imkanları daxilində borc alsın.4
6\5

Ailənin maddi ehtiyaclarını təmin etməyin savabı




497. Allahın rəsulu (s): Bəndə, ailəsinin ehtiyaclarını ödəmək məqsədilə bayıra çıxdığı zaman, Allah-təala onun atdığı hər addımın müqabilində, behiştdəki məqamını bir rütbə ucaldar. Onların ehtiyaclarını təmin etməyə müvəffəq olduğu zaman isə, onun günahlarını bağışlayar.1
498. "Tənbihül-ğafilin": Cəfər ibn Məhəmməd (ə) atasından (ə) nəql edir: Peyğəmbər (s) özü bazara gedər və ailəsinin ehtiyacı olan şeyləri alardı. Bu haqda ondan soruşulduqda, buyurdu: "Cəbrayıl mənə dedi: Ailəsinin yaşayışını təmin etmək və onların başqalaqına möhtac olmamaları üçün çalışan şəxs, sanki Allah yolunda cihad edir.2

7\5

Ailənin gəlirlərini və xərclərini mötədil formada qərarlaşdırın


- لِيُنْفِقْ ذُو سَعَةٍ مِنْ سَعَتِهِ وَ مَنْ قُدِرَ عَلَيْهِ رِزْقُهُ فَلْيُنْفِقْ مِمَّا آتاهُ اللَّهُ لا يُكَلِّفُ اللَّهُ نَفْساً إِلاَّ ما آتاها سَيَجْعَلُ اللَّهُ بَعْدَ عُسْرٍ يُسْراً
- وَ لا تَجْعَلْ يَدَكَ مَغْلُولَةً إِلى‏ عُنُقِكَ وَ لا تَبْسُطْها كُلَّ الْبَسْطِ فَتَقْعُدَ مَلُوماً مَحْسُوراً
Qurani-kərim:
- Varlı-karlı olan öz varına görə (süd haqqı) versin. İmkanı az olan isə Allahın ona verdiyindən versin. Allah heç kəsi Özünün ona verdiyindən artıq xərcləməyə məcbur etməz. Allah hər bir çətinlikdən sonra asanlıq (yoxsulluqdan sonra dövlət) əta edər.3
- Nə əldən çox bərk ol, nə də əlini tamamilə açıb israfçılıq et. Yoxsa həm qınanarsan, həm də peşman olarsan!1

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin