Ayətullah məHƏMMƏd məHƏMMƏDİ reyşƏHRİ İslamda aiLƏ SƏADƏTİ Mütərcim: Dr. Əfzələddin Rəhimov


Kişinin həyat yoldaşı üçün bəzənməsi



Yüklə 2,04 Mb.
səhifə92/159
tarix24.12.2023
ölçüsü2,04 Mb.
#192466
1   ...   88   89   90   91   92   93   94   95   ...   159

Kişinin həyat yoldaşı üçün bəzənməsi




512. Allahın rəsulu (s): Qadın əri qarşısında (yerinə yetirilməsi lazım olan) vəzifəsi olduğu kimi, kişinin də, həyat yoldaşının qarşısında belə vəzifələri var. Yəni; özünü həyat yoldaşı üçün bəzəməlidir. Necə ki, qadın da, özünü onun üçün bəzəyir. Amma günah işlətməklə deyil.1
513. Allahın rəsulu (s): Öz paltarlarınızı yuyun, saçlarınızı səliqəyə salın, dişlərinizi fırçalayın, özünüzü bəzəyin, təmiz olun, (agah olun!) bəzi qövmlə buna riayət etmədiyi üçün qadınları əxlaqsızlığa düçar oldular.2
514. İmam Kazim (ə): Ata-babalarının vasitəsilə rəvayət edir: Allahın rəsulu (s) buyurdu: "Sizin hər biriniz, özünüzü həyat yoldaşlarınız üçün bəzəməlisiniz. Necə ki, həyat yoldaşınız da, sizin üçün bəzənir."
Cəfər ibn Məhəmməd (ə) buyurrur: "Məqsəd, təmizliyə riayət etməklə özünüzü bəzəməkdir."3
515. İmam Kazim (ə): Kişinin öz həyat yoldaşı üçün bəzənməsi, qadının iffətinı artırar.4
516. "Əl-Kafi": Həsən ibn Cəhm rəvayət edir: Əbülhəsənin (ə) həna (xına) qoyduğunu gördüm. Soruşdum: Sənə qurban olum, xına qoymusan?
Buyurdu: "Bəli. Kişinin öz həyat yoldaşı üçün bəzənməsi, qadının iffətinı artırar. Qadınlar, ərlərinin bəzənməyi tərk etdikləri üçün, əxlaqsızlığa düşürlər."
Ardınca buyurdu: "Sən həyat yoldaşının özün kimi bəzənməmiş halını xoşlayırsanmı?"
- Xeyir.
- "O da, sənin kimi."
Sonra buyurdu: "Təmizlik, xoş ətirli olmaq, saçları səliqəyə salmaq və çox cinsi əlaqədə olmaq, peyğəmbərlərin xüsusiyyətlərindəndir."1
517. "Biharül-ənvar": Zərvan Mədaini rəvayət edir: İmam Rzanın (ə) hüzuruna getdim. Onun xına ilə bəzəndiyini gördüm. Soruşdum: Sənə qurban olum, xına qoymusan?
Buyurdu: "Bəli. Xına qoymağın savabı var. Bilmirsənmi ki, üst-başını səliqəyə salmaq, qadının iffətini artırar. Sən istəyərsənmi ki, həyat yoldaşının yanına səliqəsiz, üst-başı dağılmış halda getdiyində, onu da özün kimi görəsən?
Dedim: Xeyir.
Buyurdu: " O da sənin kimidir."2

3\6


Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin