Ayətullah məHƏMMƏd məHƏMMƏDİ reyşƏHRİ İslamda aiLƏ SƏADƏTİ Mütərcim: Dr. Əfzələddin Rəhimov



Yüklə 2,04 Mb.
səhifə95/159
tarix24.12.2023
ölçüsü2,04 Mb.
#192466
1   ...   91   92   93   94   95   96   97   98   ...   159
529. Allahın rəsulu (s): Qadınlara müraciətlə: Ərinizi özünüzdən uzaqlaşdırmaq üçün namazlarınızı uzatmayın.4

6\6

Həyat yoldaşın cinsi ehtiyaclarını təmin etməyən kişinin tənqid olunması




530. Müsnədi- ibn Hənbəl: Abdullah ibn Əmir As rəvayət edir: Atam məni Qüreşydən olan bir qadınla evləndirdi. Amma mənim başım ibadətə və oruc-namaza elə qarışmışdı ki, ona heç əhəmiyyət belə vermirdim. Bir gün, Əmir As gəlinini görməyə gəldi. Onun yanına gedib, soruşdu: Ərini bəyəndinmi?
Həyat yoldaşım cavab verdi: Çox yaxşı ərdir. O, qucağını mənə açmamış və hətta yatağımı belə tanımır.
Atam üzünü mənə çevirib, danlamağa başladı: Mən, səni Qüreyşin adlı-sanlı ailəsindən olan bir qızla evləndirdim. Amma sən onun (cinsi) istəklərinə qarşı laqeydsən və belə işlər görürsən?!
Sonra o, Peyğəmbərin (s) yanına getdi və məndən Həzrətə (s) şikayət etdi. Peyğəmbər (s) adam göndərib, məni yanına çağırdı. Mənə belə buyurdu: "Gündüzlər oruc tutursanmı?"
Dedim: Bəli.

  • "Gecələr namaz qılırsanmı?"

  • Bəli.

  • Amma mən, bəzən oruc tuturam, bəzən isə oruc deyiləm. Həm namaz qılıram, həm də, (kifayət qədər) yatıram. Qadınlarla (həyat yoldaşlarımla) cinsi əlaqədə oluram. Kim mənim sünnəmdən (qoyduğum adətlərdən, davranış tərzimdən) üz çevirsə, məndəm deyil."1

531. "Səhihi-Müslim": Ənəs rəvayət edir: Peyğəmbərin bəzi səhabələri, Həzrətin həyat yoldaşlarından onun şəxsi həyatındakı gizli rəftarları barəsində soruşdular. (Qadınlar aşağıdakı rəvayəti nəql etdilər: )
Səhabələrdən biri dedi: Mən evlənməyəcəyəm. O biri dedi: Mən də, ət yemirəm. Başqası dedi: Mən də, qadınımla yaxınlıq etməyəcəyəm.
Bu xəbər Peyğəmbərin qulağına gedib, çatdı. (Bir xütbəsində) Allah həmd-sən aoxuyub, buyurdu: Bəzi şəxslərə nə olub, nə üçün belə-belə sözlər danışırlar? Bir halda ki, mən gecələr həm yatıram, həm də namaz qılıram. Gündüzlər bəzən oruc tuturam, bəzən isə tutmuram. Qadınlarla evlənirəm. Kim mənim sünnəmdən (qoyduğum adətlərdən, davranış tərzimdən) üz çevirsə, məndəm deyil."2

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin