Ayətullah məHƏMMƏd məHƏMMƏDİ reyşƏHRİ İslamda aiLƏ SƏADƏTİ Mütərcim: Dr. Əfzələddin Rəhimov



Yüklə 2,04 Mb.
səhifə94/159
tarix24.12.2023
ölçüsü2,04 Mb.
#192466
1   ...   90   91   92   93   94   95   96   97   ...   159
522. Allahın rəsulu (s): Allah-təalanın bu buyuruğu barəsində; "Nə bir ana, nə də bir ata uşağına görə zərər çəkməsin!"2 belə söylədi: Qadının (üşağa) süd verən dövründə, kişi onunla yaxınlıq etmək istəyirdi. Qdın dedi: İcazə vermirəm, çünki yenidən hamilə olmaqdan qorxuram. Yenidən hamilə olsam, südüm kəsilər və bu körpəni acından öldürərəm. Qadın (meyilli olduğu zaman) ərini yanına çağırdığı zaman isə o, deyərdi: Qorxuram ki, səninlə yaxınlıq etdiyimə görə (südün kəsilə,) övladımı öldürəm.
Ona yaxınlaşmırdı. Sonra Allah-təala qadının kişiyə və kişinin qadına zərər verməsini qadağan etdi.1

4\6

Qadının həyat yoldaşın cinsi ehtiyaclarını təmin etməsi


523. Allahın rəsulu (s): Qadının özünü ərinə təslim etmədən yatması rəva deyil. Libaslarını çıxarmalı, onun yatağına gəlməli və bədənini ona toxundurmalıdır. Belə etsə, deməli özünü ərinə təslim etmişdir.2
524. Allahın rəsulu (s): Hər xatv kişi qadınını (cinsi) ehtiyacılarını ödəmək üçün yanına çağırsa, mütləq getməlidir. Hətta təndir başında da (çörək bişirən halda) olsa belə.3
525. Allahın rəsulu (s): Kişi həyat toldaşını yatağına çağırdığı zaman, o, ərinə rədd cavabı versə və əri də, bundan narahat olub yatsa. Sübhədək mələklər o qadına lənət oxuyar.4
526. Allahın rəsulu (s): Ərinin yatağını tərk edən hər bir qadını, mələklər lənətləyər.1

5\6

Həyat yoldaşın cinsi ehtiyaclarını təmin etməyən qadın tənqid olunması




527. "Əl-Möcəmül-əvsəd": Allah-təala hey bəhanə gətirən qadınları lənətləmişdir.
Dedilər: Ey Allahın elçisi! Hey bəhanə gətirən qadınlar hansılardır?
Buyurdu: "Əri onu yatağına çağıra, amma o deyə: Sonraya qalsın. Əri də naümid olub yata."2
528. İmam Sadiq (ə): Bir qadın Peyğəmbərin (s) yanına bir iş üçün gəldi. Peyğəmbər (s) ona buyurdu: "Sən də hey bəhanə gətirən qadınlardansanmı?"
Dedi: Ey Allahın elçisi! Hey bəhanə gətirən qadınlar hansılardır?
Buyurdu: "Əri onu (cinsi) ehtiyacı üçün yanına çağıra, amma qadın o qədər bu işi təxirə sala ki, əri mürgüləyib, yatsın. Belə qadını mələklər, əri yuxudan ayılana qədər lənətləyər."3

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin