Ayətullah məHƏMMƏd məHƏMMƏDİ reyşƏHRİ İslamda aiLƏ SƏADƏTİ Mütərcim: Dr. Əfzələddin Rəhimov



Yüklə 2,04 Mb.
səhifə102/159
tarix24.12.2023
ölçüsü2,04 Mb.
#192466
1   ...   98   99   100   101   102   103   104   105   ...   159
559. Allahın rəsulu (s): Möhtəlim5 olmuş kişinin, qüsl almadan, həyat yoldaşı ilə cinsi əlaqəyə girməsi məkruhdur. Çünki möhtəlim olduqdan sonra yaxınlıq etsə, bunun nəticəsində sahib olduğu övlad dəli olsa, özündən başqa heç kimi danlamasın (özünü günahkar bilsin).1

9\6

Cinsi əlaqə zamanı üzaq qalınması məsləhət olan məsələlər

1- Cinsi əlaqədə ifrat etmək


560. "Mən la yəhzərühül-fəqih": Allahın rəsulu (s) buyurdu: Kim əbədi yaşamaq istəyirsə, doğrusu, əbədi yaşamaq mümkün deyil. Amma (belə istəyi olan, uzunömürlü olmaq istəyən,) sübh yeməyi yesin, gözəl (rahat) ayaqqabı geyinsin, geyimi yüngül olsun və qadınlarla çox cinsi əlaqədə olmasın.
Soruşsular: Ey Allahın elçisi! Geyimin yüngül olmağından mədqsəd nədir?
Buyurdu: "Borcun az olması."2
554. İmam Əli (ə): "Cima3 nədir?"-deyə soruşulduqda, buyurdu: Utanmaq pərdəsinin kənara gedir, övrətlər qovuşur, bu (sanki) dəliliyə ən çox oxşayan haldır. Intim əlaqədə olmaqda ifrat etmək, insanı qocaldar. (Haram yolla bu işi) görüb qurtardıqdan sonra özünə gəldikdə, peşman olur. Bu işin halal meyvəsi, övladdır. Diri qalsa, valideynini məşəqətə salır. Ölsə, valideynləri (yenə də), onun üçün qəm-qüssəyə batır.1

2- Tox olan halda əlaqəyə girməmək


562. Allahın rəsulu (s): Sizlərdən heç kim, qarnı tox olduğu halda və (bağırsaqlarınız dolu olduğu,) ayaqyoluna getməyə ehtiyac duyduğu zaman, cinsi əlaqəyə girməsin. Çünki bu iş, babasil xəstəliyi yaradır. Sidik kisəniz dolu olan zaman da, intim əlaqəsinə girməyin. Çünki bu iş, fistul xəstəliyi yaradır.2

3- Üzü qibləyə intim əlaqəsində olmaq


563. İmam Əli (ə): Peyğəmbərin (s) çəkindirdiyi əməllərdən bəhs etdiyi zaman, buyurdu: O həzrət (s), kişinin öz qadını ilə üzü qibləyə olduqları halda, cinsi əlaqəyə girməsindən çəkindirdi.3

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin