Ayətullah məHƏMMƏd məHƏMMƏDİ reyşƏHRİ İslamda aiLƏ SƏADƏTİ Mütərcim: Dr. Əfzələddin Rəhimov



Yüklə 2,04 Mb.
səhifə99/159
tarix24.12.2023
ölçüsü2,04 Mb.
#192466
1   ...   95   96   97   98   99   100   101   102   ...   159
538. "Sünəni-Əbi Davud": Aişə rəvayət edir: Peyğəmbər (s), Osman ibn Məunun ardınca adam yoladı və onu yanına çağırdı. Osman gəldi. Peyğəmbər (s) ona buyurdu: "Ey Osman, mənim sünnəmdən (adət-ənənəmdən, davranışlarımdan) üz çevirirsənmi?"
Cavab verdi: Xeyir, ey Allahın rəsulu! Mən sənin yolunu getmək istəyirəm.
Buyurdu: " Mən gecələr həm yatıram, həm də namaz qılıram. Gündüzlər bəzən oruc tuturam, bəzən isə tutmuram. Qadınlarla (həyat yoldaşlarımla) cinsi əlaqədə oluram. Allahdan qorx, ey Osman! Həyat yoldaşının da sənin boynunda haqqı var. Qonağının da sənin boynunda haqqı var. Öz bədəninin də, sənin boynunda haqqı var. Bəzi günlər oruc tut, bəzi günlər isə ye.Gecələr həm namaz qıl, həm yat."1

7\6

Dörd aydan artıq həyat yoldaşı ilə intim əlaqədə olmamağın pislənməsi




539. "Təhzibül-əhkam": Səfvan ibn Yəhya, İmam Rzadan (ə) soruşdu: Bir kişinin cavan xanımı var. Amma bir neçə ay, hətta bir il keçir onunla yaxınlıq etmir. Onu incitmək məqsədilə deyil, bəlkə müsibət gördükləri üçün belə edir. O, bu barədə günahkardırmı?
İmam Rza (ə) buyurdu: "Dörd ay onunla cinsi əlaqədə olmasa günahkardır."2

8\6

Cinsi əlaqə zamanı riayət olunması yaxşı olan məsələlər

1- Güclü şəhvət


540. İmam Rza (ə): Yalnız sənə güclü şəhvət üz gətirdikdə, cinsi əlaqədə ol.3

2- Məxfi məkan


541. Allahın rəsulu (s): Qarğadan üç xasiyyəti ibrət alın: Məxfi şəkildə cinsi əlaqədə olar, sübh tedən ruzi axtarmağa gedər və ehtiyatlı davranar.1
542. İmam Əli (ə): Allahın elçisi (s), beşikdə uşağın ata-anasına baxdığı halda, kişinin öz qadını ilə cinsi əlaqədə olmasından çəkindirdi.2
543. İmam Sadiq (ə): Uşaq olan otaqda, kişi həyat yoldaşı və ya kənizi ilə cinsi əlaqədə olmamalıdır. Çünki bu iş (gələcəkdə, uşağın zehnində) zina (xatirəsi, meyli) yaradar.3

3- Mülaibə1


Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin