Ayətullah məHƏMMƏd məHƏMMƏDİ reyşƏHRİ İslamda aiLƏ SƏADƏTİ Mütərcim: Dr. Əfzələddin Rəhimov



Yüklə 2,04 Mb.
səhifə98/159
tarix24.12.2023
ölçüsü2,04 Mb.
#192466
1   ...   94   95   96   97   98   99   100   101   ...   159
535. İmam Sadiq (ə): Osman ibn Məzunun arvadı, Peyğəmbərin (s) yanına gəlib, dedi: Ey Allahın rəsulu1 Osman gündüzlər oruc tutur və gecələr isə ibadət edir!
Peyğəmbər (s) əsəbləşərək ayaqqanılarını götürüb, çölə çıxdı. Allahın elçisi (s) Osmanın yanına getdi. Onun namaz qıldığını müşahidə etdi. Osman Peyğəmbəri (s) gördükdə, namazını qurtarıb, onun yanına gəldi. Peyğəmbər (s) ona buyurdu: "Ey Osman! Allah-təala məni rahib olaraq göndərmədi. Əsl həqiqədə, məni sadə və asan təkallahlıq dini ilə (sizə peyğəmbər) göndərdi. Mən həm oruc tuturam, həm namaz qılıram, həm də ki, həyat yoldaşımla cinsi əlaqədə oluram. Mənim gətirdiyim dini sevən şəxs, mənim sünnəmi (söylədiklərimi, davranış və rəftarlarımı) özünə nümunə götürməlidir. Məni sünnəmdən biri də, evlənməkdir!"1
536. İmam Sadiq (ə): Üç qadın Peyğəmbərin (s) yanına gəldilər. Onlardan biri dedi: Mənim ərim ət yemir. O biri dedi: Mənim ərim də, xoş ətirlərdən uaq durur. Üçüncüsü dedi: Mənin ərim isə qadınlarla yaxınlıq etmir.
Peyğəmbər (s) əbasını çəkə-çəkə evdən bayıra çıxdı. Minbərə qalxaraq Allah həmd-sən oxuyub, buyurdu: Nə üçün bəzi səhabələrim ət yemir, xoş ətirlərdən üz çevirir və qadınlarla cinsi əlaqədə olmurlar? Bir halda ki, mən ət yeyirəm, xoş ətirlərdən istifadə edirəm və qadınlarla cinsi əlaqədə oluram. Kim mənim sünnəmdən (qoyduğum adətlərdən, davranış tərzimdən) üz çevirsə, məndəm deyil."2
537. "Səhihi-Buxari": Əbu Cəhiyfə rəvayət edir: Peyğəmbər (s) Salmanla Əbu Dərdanı qardaşlıq əhdi oxutdu. Onları qardaş etdi. Bir gün Salman Əbu Dərdaya baş çəkməyə getdi. O, Ümm Dərdanın üst-başının pərakəndə və səliqəsiz olduğunu gördü. Soruşdu: Nə üçün bu vəziyyətdəsən?
Ümm Dərda dedi: Qardaşın Əbu Dərda tərki-dünya olub!
Əbu Dərda gəldi və Salmana yemək hazırlayaraq, dedi: Sən ye, mən orucam.
Salman dedi: Sən yeməsən, mən də yeməyəcəyəm.
Əbu Dərda yedi. Gecə olduqda, Əbu Dərda səhərədək oyaq qalıb, ibadətlə məşğulolmaq istədi. Salman ondan yatmasını xahiş etdi. Əbu Dərda yatdı.
Yenidə gecənin bir vaxtı ayağa qalxıb, ibadətlə məşğul olmaq istədikdə, Salman yenə də, ondan yatmasını xahiş etdi. O da, yatdı.
Səhərə yaxın Salman ayağa qalxıb, onu yuxudan ayıltdı. Hər ikisi namaz qılmağa başladılar.
Sonra Salman dedi: Allahın sənin boynunda haqqı olduğu kimi, bədəninin də, sənin boynunda haqqı var. Hər kəsin haqqını özünə ver.
Ardınca Əbu Dərda Peyğəmbərin (s) yanına gəlib, əhvalatı ona danışdı. Allahın rəsulu (s) buyurdu: "Salman doğru deyib."1

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin