Ayətullah məHƏMMƏd məHƏMMƏDİ reyşƏHRİ İslamda aiLƏ SƏADƏTİ Mütərcim: Dr. Əfzələddin Rəhimov



Yüklə 2,04 Mb.
səhifə104/159
tarix24.12.2023
ölçüsü2,04 Mb.
#192466
1   ...   100   101   102   103   104   105   106   107   ...   159
570. "Əl-Möcəmül-kəbir": Əbu Ümamə rəvayət edir: Bir gün Peyğəmbərin (s) yanında bir qadın əyləşmişdi və o, üzünü qadına tutub, buyurdu: "Mən güman edirən ki, siz (qadınlar) xəlvətdə ərlərinizlə etdiyiniz əməllər haqında başqalarına danışırsınız, doğrudurmu?"
Qadın cavab verdi: Bəli, Allaha and olsun. Atam-anam sənə qurban olsun, ey Allahın rəsulu! Biz bununla fəxr edirik.
Allahın elçisi (s) buyurdu: "Belə etməyin. Çünki Allah-təala belə hərəkət edənləri özünə düşmən sayar."1
10\6

Cinsi əlaqənin haram olduğu yerlər




1- Heyizli2 olan qadınla cinsi əlaqədə olmaq


- وَ يَسْئَلُونَكَ عَنِ الْمَحِيضِ قُلْ هُوَ أَذىً فَاعْتَزِلُوا النِّساءَ فِي الْمَحِيضِ وَ لا تَقْرَبُوهُنَّ حَتَّى يَطْهُرْنَ فَإِذا تَطَهَّرْنَ فَأْتُوهُنَّ مِنْ حَيْثُ أَمَرَكُمُ اللَّهُ إِنَّ اللَّهَ يُحِبُّ التَّوَّابِينَ وَ يُحِبُّ الْمُتَطَهِّرِينَ
Qurani-kərim:
- "(Ya Rəsulum!) Səndən heyz (aybaşı) barəsində sual edənlərə söylə: “Heyz əziyyətli bir haldır. Heyz zamanı qadınlardan kənar olun, (heyzdən) təmizlənməyənə qədər onlarla yaxınlıq etməyin, təmizləndikdən sonra isə Allahın sizə əmr etdiyi yerdən (buyurduğu qayda üzrə) onlara yaxınlaşın!” Allah (günahından) tövbə edənləri, (təmiz və) pak olanları sevər!"3
Hədislər:
571. Allahın rəsulu (s): Həyat yoldaşı heyizli olduğu halda onunla cinsi əlaqədə olan şəxsin övladı, anadangəlmə cüzam, alaca xəstəliyinə tutulsa; özündən başqa heç kimi qınamasın.1
572. "Təhzibül-əhkam": Eys ibn Qasim rəvayət edir: İmam Sadiqdən (ə) kişinin öz qadını ilə heyz halında cinsi əlaqəyə girməsi haqda soruşdum. Buyurdu: "Belə iş etməsin! Çünki Allah-təala, qadınla heyizli olan vaxt cinsi əlaqədə olmağı qadağan edib."2
573. İmam Sadiq (ə): Bzimlə yalnız napak doğulanlar və ya heyz halında bünövrəsi qoyulanlar, düşmənçilik edər.3
574. "Əl-Kafi": Əzafir Seyrəfi rəvayət edir: İmam Sadiq (ə) buyurdu: "Bu naqis yaranmış (əlil və ya səmə) məxluqları görürsənmi?"
Dedim: Bəli.
Buyurdu: "Bunlar, valıdeynləri heyizli vaxtı yaxınlıq edənlərin övladlarıdır."4

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin