Ayətullah məHƏMMƏd məHƏMMƏDİ reyşƏHRİ İslamda aiLƏ SƏADƏTİ Mütərcim: Dr. Əfzələddin Rəhimov


Övladları nifrin etməyin pislənməsi



Yüklə 2,04 Mb.
səhifə112/159
tarix24.12.2023
ölçüsü2,04 Mb.
#192466
1   ...   108   109   110   111   112   113   114   115   ...   159

Övladları nifrin etməyin pislənməsi




597. Allahın rəsulu (s): Övladlarınıza qarğış etməyin. Çünki bir zaman (nifrininiz) onları tuta bilər.1
598. Allahın rəsulu (s): Özünüzə qarğış etməyin. Övladlarınıza qarğış etməyin. Çünki Allah-təalanın duaları qəbul etdiyi zaman rast gələ nilər.2
599. Allahın rəsulu (s): Pis əməl sahibi olsalar da, övadlarınızın ölümünü arzulamayın. Çünki bunula belə. Onların gələcəyi üç halda, şəkildə ola bilər: Ya tövbə edərlər və Allah-təala onların tövbələrini qəbul edər. Ya da onların vasitəsilə xətərləriniz dəf olar: Düşmənlə vuruşarlar və ya bir odu söndürərlər, selin qabağını alarlar.3
600. İmam Sadiq (ə): Valideyn övladına qarğış etsə, Allah-təala onları fəqirliyə, kasıblığa düçar edər.4

Möhkəm ailənin səbəbləri haqqında şərh


Cəmiyyətdə əxlaqi və mənəvi dəyərlərin istiqrarı və möhkəmlənməsinin əsas amillərindən biri də, ailə təməlinin düzgün və möhkəm şəkildə qoyulmasıdır. Bu dəyərli quruluşun sağlam təməllərlə möhkəmlənməsi üçün, ailə bağlarının iki əsas ünsür; "məhəbbət" və "paklıq" üzərində köklənməsi zəruridir.
İslami hədislərə əsasən dostluq, özü-üzlüyündə bir növ ailə bağı kimidir. Necə ki, İmam Əli (ə) buyurur: "Dostluq (bir növ) qohumluqdur."1
Başqa bir hədisdə isə buyurur: "Dostluq, qohumluğun ən yaxın növüdür."2
Həzrət Əli (ə) qohumluq əlaqəsinin özünün də, dostluğa ehtiyacı olması haqda belə buyurur: "Hər qohumluğun dostluğa ehtiyacı var."3
Əsl həqiqətdə ailə bağları, məhəbbət və dostluq olmadan həqiqi mənasını itirmişdir. Necə ki, Həzrət Əli (ə) buyurur: "Dostun sənin qardaşındır. Bir halda ki, qardaşın sənin dostun deyildir."4
Həmçinin, dini inaclar və ailə həyatının müqəddəsliyinə olan inam, ailə qurmaqda əsas və yaradıcı rola malikdir. Çünki, mənəvi dəyərlərə sayğısız və ailə müqəddəsliyinə inanmayan, yalnız maddiyyat fikrində olan şəxslərlə, birlikdə yaşayış və dostluq etmək, heç də, güvən və etibar vəd etmir. Həzrət Əli (ə) buyurur: "Dünya qullarının dostluğu süst olur. Çünki təməlləri (səbəbləri) özü də süstdür. (Amma) axirət qullarının dostluğu, möhkəm olur. Çünki onun təməlləri özü də möhkəmdir."5
Başqa bir hədisdə buyurur: "(Həqiqi) dindarların dostluğu çox gec pozular, o, əbədidir."6
Sonsuz hikmət sahibi olan aləmlərin Rəbbi, təbii olaraq iki insanın məhəbbətini bir-birilərinin qəlbində yerləşdirərək, ailə təməllərinin atılmasına şərait yaratmışdır: "Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda (dostluq) sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən bir qövm üçün ibrətlər vardır!"2
Bununla da, Allah-təala, evlilik həyatına mənəvi dəyər bağışlayaraq, ailə həyatının müqəddəs olmasına təkid etmişdir.
Deməli, ailədə məhəbbət və paklığa səbəb olan hər bir şey, bu müqəddəs quruluşu möhkəmləndirir. Ailədə məhəbbət və paklığın azalmasına səbəb olan hər bir şey, bu müqəddəs quruluşun süstlüyünə və dağılmasına bais olur.
Möhkəm ailə quruluşuna sahib olmaq üçün ilk addım, islam dinində ailə qurmaq üçün nəzərdə tutulmuş qayda-qanunlara riayət etməklə atılır.
Peyğəmbərimizin (s) və Əhli-beytin (ə) hədislərində, ailədə məhəbbət və paklığı möhkəmləndirmək üçün olduqca dəyərli göstərişlər mövcuddur. Bu göstərişlərin ən mühüm hissələri üç qismə ayrılır:
1- Qadın və kişinin müştərək vəzifələri
2- Kişiyə xas olan vəzifələr
3- Qadına xas olan vəzifələr



Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin