Ayətullah məHƏMMƏd məHƏMMƏDİ reyşƏHRİ İslamda aiLƏ SƏADƏTİ Mütərcim: Dr. Əfzələddin Rəhimov


a) Kişi və qadının ən zəruri vəzifələri



Yüklə 2,04 Mb.
səhifə113/159
tarix24.12.2023
ölçüsü2,04 Mb.
#192466
1   ...   109   110   111   112   113   114   115   116   ...   159

a) Kişi və qadının ən zəruri vəzifələri

1- Birbirinizə sevginizi aşkar edin


Dinimizin davranış qaydaları haqda olan ən dəyərli tövsiyələrindən biri də, insanların bir-birilərinə qarşı öz məhəbbətlərini izhar etmələri və dilə gətirmələridir. Allahın elçisi (s) buyurur: "Məhəbbətini, sənə qarşı məhəbbət bəsləyən şəxsə, izhar et ki, aranızdakı sevgi daha da möhkəmlənsin."1
Başqa bir rəvayətdə buyurulur: "Öz müsəlman qardaşının xətrini çox istəyirsənsə, onu bundan xəbərdar et. Çünki bu iş, insanları bir-birinə daha yaxın edir."2
Sözsüz ki, hər kəs öz həyat yoldaşını sevdikdə, bu hissi ona aşıladıqda, onların sevgisi daha da möhkəm olcaq və ailə təməlləri süstləşməyəcək. Bu, ər və arvadın hər ikisinə aiddir. Amma qadın, həyat yoldaşının ona qarşı öz məhəbbətini izhar etməsinə daha çox ehtiyac duyduğu üçün, islami rəvayətlərdə kişinin qadına öz sevgisini bəyan etməsinə dəfələrlə təkid olunur. Allahın rəsulu (s) buyurur: "Kişi qadınına "Mən səni sevirəm"- desə, bu söz heç vaxt onun qəlbindən silinməz."3
Başqa bir hədisdə buyurur: "Kişi qadının və qadın kişinin üzünə mehribanlıqla nəzər salsa, Allah-təala onların hər ikisinə mehribanlıq nəzəri salar. Onlar bir-birilərinin əllərini (məhəbbətlə) tutduqları zaman, günahları barmaqlarının arasından süzülüb-tökülər."1
Həmçinin, övlada qarşı öz məhəbbətini izhar etmək də, ailə bağlarının möhkəmlənməsiniə xidmət edir: "Mömin Allahın dostudur və övlad ona ilahi hədiyyəsidir. Hər kimə Allah-təala övlad nəsib etsə, onu çox öpsün."2
Diqqət yetirmək lazımdır ki, ailəyə olan sevginin, qayğının həddini aşması və nəticədə Allah-təalaya, dini dəyərlərə və insani duyğulara qarşı etinasızlıq, sayğısızlıq yaratması, olduca tənqid edilmişdir. Allahın elçisinin (s), Abdullah ibn Məsuda belə buyurduğu rəvayət olunur: İbn Məsuda tövsiyəsində: Ey Məsudun oğlu! Ailənə üyək yandırmağın, (ailənin qayğılarını çəkməyin), sənin Allaha itaətsizliyinə səbəb olmasın. Çünki Allah-təala buyurur: "Ey insanlar! Rəbbinizdən qorxun. Atanın oğula, oğulun da ataya heç bir şeylə kara gələ bilməyəcəyi bir gündən həzər edin. 3"4

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin