Ayətullah məHƏMMƏd məHƏMMƏDİ reyşƏHRİ İslamda aiLƏ SƏADƏTİ Mütərcim: Dr. Əfzələddin Rəhimov


- Birbirinizin cinsi istəklərinə cavab verin



Yüklə 2,04 Mb.
səhifə115/159
tarix24.12.2023
ölçüsü2,04 Mb.
#192466
1   ...   111   112   113   114   115   116   117   118   ...   159
4- Birbirinizin cinsi istəklərinə cavab verin
Möhkəm ailə quruluşuna sahib olmağın yollarından və əsas amillərindən biri də, ər-arvadın qarşılıqlı olaraq bir-birilərinin cinsi istəklərini təmin etməsidir. Statistiklərin verdiyi məlumatlara görə, bəzi ölkələrdə, evli cütlərin müxtəlif bəhanələr gətirməsinə baxmayaraq, ər-arvadın boşanmaların əlli faizinin əsas və ən ümdə amili, məhz cinsi əlaqələrin qarşılıq görməməsindən qaynaqlanır.


İslam dininin ər-arvadın cinsi istəklərini təmin etməsi haqqında göstərişləri


İslam dininin ər-arvadın cinsi münasibətlərinin tənzimlənməsi haqda buyurduğu dəyərli göstərişlərə əməl olunsaydı, ailə quruluşu, bəzi cəmiyyətlərdə bu qədər tənəzzülə uğramazdı. Bu göstərişlər müfəssəl olaraq altıncı fəsildə, dəyərli oxucularımıza təqdim edilmişdir. Amma burada qısa bir işarə etmək istərdik:

1- Qadına əri üçün bəzənməsi tövsiyə olunur


Ər-arvadın cinsi istəkləri tənzimləyən gəstərişlərdən ilk olaraq, qadının əri üçün bəzənməsi tövsiyə olunur. İslami rəvayətlərdə qadının ərindən başqası üçün bəzənməsi, şiddətli şəkildə tənqid olunur. Başqa cəhətdən isə qadının əri üçün bəzənməsinə dəfələrlə təkid olunur. Deməli, qadının bəzənməsi, ailəni dağıda və ya möhkəmləndirə də bilər. Bu rəvayətlərə diqqət edin:
- "Qadın əri üçün özünü bəzəməsəydi, şübhəsiz, onun qəlbində özünə yer ayıra bilməyəcəkdi."1
- "Müsəlman qadın, özünü əri üçün xoş ətirlə bəzəməlidir."2
Məqatil ibn Həyyan rəvayət edir: Peyğəmbər (s) qızlarını ərə verdikdə, onlara tapşırırdı ki, qüsül almamışdan öncə, ərlərinə yaxınlaşmasınlar. Onların ərlərinə də, bu göstərişi verərdi.3
2- Kişiyə həyat yoldaşı üçün bəzənməsi məsləhət görülür
İslami rəvayətlərimizdə qadının kişi üçün bəzənməsinə nə qədər tövsiyə olunursa, kişinin də, qadını üçün bəzənməsinə bir o qədər tövsiyə olunub. Bu hədisə diqqət edin: "Qadın əri qarşısında (yerinə yetirilməsi lazım olan) vəzifəsi olduğu kimi, kişinin də, həyat yoldaşının qarşısında belə vəzifələri var. Yəni; özünü həyat yoldaşı üçün bəzəməlidir. Necə ki, qadın da, özünü onun üçün bəzəyir. Amma günah işlətməklə deyil."4
Başqa bir hədisdə buyurulur: "Kişinin öz həyat yoldaşı üçün bəzənməsi, qadının iffətinı artırar."5
Diqqət yetirmək lazımdır ki, İmam Kazimdən (ə) rəvayət olunan bir hədisdə, kişilərin özlərinə fikir verməməsi və həyat yoldaşları üçün bəzənməməsi, ərli qadınların pis yola düşməsinin səbəblərindən biri kimi qeyd olunur. Rəvayətin mətni belədir: "Bəli. Kişinin öz həyat yoldaşı üçün bəzənməsi, qadının iffətinı artırar. Qadınlar, ərlərinin bəzənməyi tərk etdikləri üçün, əxlaqsızlığa düşürlər." 1

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin